Miokard infarktı
Tac damarlarından birinin çox daralması, trombla tutulması nəticəsində ürək əzələsinin müəyyən nahiyəsinin nekrozudur (ölməsi).Adətən miokard infarktına tac arteriyalarının aterosklerozu hipertoniya xəstəliyi və s.səbəb olur. Şiddətli həyəcan təsirindən də infarkt baş verə bilər. Əksərən 40-60 yaşlı, az hallarda cavan adamlarda baş verir.
Yardım: Xəstəlikdən şübhələndikdə həmin şəxs xəstəxanaya yerləşdirilir. Ağrıları azaltmaq üçün dəri altına 0,1-0,5 ml atropin-sulfat məhlulu ilə birlikdə 1-2 ml 1 %-li morfin vurulur.
Kəskin ürək çatışmazlığından biri ürək astmasıdır. O, boğulma tutmaları ilə izah olunur. Hipertoniya, kəskin diffuz nefrit, miokard infarktı olan və yaşı 50-ni keçmiş kişilər daha çox xəstəliyə meyllidirlər.
Xəstəliyin səbəblərindən biri sol mədəciyin işinin kəskin çatışmaması, yaxud tənəffüs, qan dövranı və sinir sisteminin vəziyyətində baş verən dəyişikliklərdir. Boğulma tutmaları xəstəni oturaq vəziyyətə məcbur edir. Xəstə narahat olur, tənəffüsü tezləşir, səthiləşir və çətinləşir, sianoz baş verir, yapışqanaoxşar tər əmələ gəlir. Bir neçə dəqiqədən bir neçə saatadək bu vəziyyət davam edir. Sonra ürəyin işi tezləşir, qan təzyiqi artır, müalicə olunmazsa, ölümlə nəticələnər.
Bakı 2020
Dostları ilə paylaş: |