Ürək-damar sisteminin sinir-humoral tənzimi.
Bədəndən izolə edilmiş ürəyin işi bir müddət davam edir. Bu, ürəyin avtomatizmini təmin edən aparıcı sistemin fəaliyyəti ilə izah olunur. Həmin sistem bir neçə sinir düyünündən və sinir liflərindən ibarətdir. Ürəyin işində xarici mühit amillərinə uyğunlaşma reaksiyaları yaranır.
Belə ki, müsbət və mənfi emosiyalar, ağrı hissi, xarici mühit temperaturunun yüksəlməsi və ya enməsi halları, günəş kələfi nahiyəsinə endirilən fiziki zərbə, bağırsaqlarda qazların yığılması və s. bu kimi digər təsirlər ürəyin fəaliyyətində öz əksini tapır. Ürək fəaliyyəti sinir-humoral yollarla tənzim olunur. Ürəyin işinə tənzimedici təsir göstərən efferent sinirlər azan və simpatik sinirlərdir. Simpatik sinirlər ürək fəaliyyətini gücləndirir və sürətləndirir, azan sinirlər isə zəiflədir və yavaşıdır. Ürəyin sinir-humoral tənzimi biri digərini tamamlayan vahid bioloji prosesdir. Müxtəlif tipli emosional hisslər və nitqlə ifadə olunan şərti qıcıqlar reflektor olaraq ürək-damar sisteminin fəaliyyətinə bəzən güclü təsir göstərir.
Dostları ilə paylaş: |