Sosial həyatla və mühitlə şərtlənmə prinsipi Bu, prinsip tərbiyə işində sosial həyat və mühit amillərinin təsirini nəzərə almağı və bu amillərdən tərbiyə məqsədi ilə daha səmərəli şəkildə istifadə etməyi nəzərdə tutur. Tərblyənin sosial həyatla şərtlənməsi prinsipinin əsasırıda dövlətin siyasəti, on apardığı sosial institutların ideoloji və əməli fəaliyyəti durur. Tərbiyədə sosial amil bir neçə istiqamətdə özünü göstərir:
-sosial-pedaqoji, fəaliyyətin təşkilində (istənilən fəaliyyət müəyyən sosial-siyasi, ideolofi fonda həyata keçirilir),
-müəssisələrin işinin sosial-pedaqoji ekspertizasında (belə ki, hər bir dövlətdə tərbiyə onun sosial-pedaqoji, humanist siyasətinə uyğun şəkildə müəyyən edilir və həyata keçirilir)
-tərbiyə texnologiyalarının sosial-pedaqoji ekspertizasında, onun müəssisələrin tələblərinə uyğunluğunda,
-mütəxəssisin sosial-pedaqoii fəaliyyətinin qiymətləndirilməsində (onun müəssisədəki işinin xarakteri nəzərə alınmaqla),
-siyası partıya və hərəkatların sosial-pedaqoji fəaliyyətinin qiymətləndirilməsində və istiqamatləndirilməsində.
Sosial-pedaqoji fəaliyyətdə regionun sosial əhatəsini, sosial əhatəsini, sosial tərbiyə işinin məzmununu, forma və metodlarını diferensivləşdirmək. Eyni zamanda sosial tərbiyənin regional sistemini yaratmaq tərbiyənin səmərəsini yüksəltmək baxımından əhəmiyyətlidir.
Tərbiyənin mühitlə şərtlənməsi prinsipi Sosial tərbiyə işində insanı bilavasitə əhatə elən mühit amillərinin təsirini nəzərə almağı və onlardan səmərəli istifadə etməyi nəzərdə tutur. Mühit insanın inkişaf və tərbiyəsinin mühüm vasitəsidır, burada insan özünü reallaşdırır. Tərbiyə işində mühit amillərini düzgün idarə etmək və onların vasitəsilə insanın məqsəqyünlü fərdi inkişafını stimullaşdırmaq vacibdir. Bu, tərbiyənin mühitlə şərtlənməsi prinsipinin əsasını təşkil edir.
Mühit amillərinin hir biri xüsusi tərbiyəvi təsirə və özünəməxsus xüsusiyyətlərə malikdir, pedaqoq bunları yaxşı bilməli və tərbiyə işində məharətlə işində nəzərə almalıdır. Mühit amilləri tərbiyəvi təsiri stimullaşdıra və cır məzmunla zənginləşdirə bilər, lakin eyni zaman onu neytrallaşdıra bilər, lakin eyni zamanda əks təsir göstərə də bilər. Bu prinsipə verilən tələblər bunlardır.
Mühitin imkanlarından asılı olaraq sosial tərbiyə işini diferensiv qurmaq vacıbdir. Çünki hər bir tərbiyəvi tədbir üçün əlverişli, az əlverişli və əlverişsiz mühit mövcuddur.
Sosial-pedaqoji fəaliyyətin məqsədlərini, habelə obyektiv və subyektin xüsusiyyətlərini nəzərə almaqla tərbiyədə mühit amillərini düzgün müəyyənləşdirmək tələb olunur. Anmllar tərbi prosesini stimullaşdıra bilər.
Sosial işçi mühitin tərbiyəvi təsirlərini proqnozlaşdırmağı bacarmalı, onların müsbət təsirlərindən tam istifadə etməyə, eyni zamanda neqativ təsirləri maksimum azaltmağa və ya neytrallaşdırmağa çalışmalıdır,
Mühit amilləri istənilən insana, xüsusən inkişaf edən, həssas uşaq və yeniyetmələrə daha güclü təsir göstərir. Buna görə də peşə fəaliyyətində belə uşaqlara xüsusi diqqətlə yanaşmaq tələb olunur. Mühit amillərinin tərbiyə işində böyük rolunu nəzərə alaraq onların tərbiyəvi təsirini proqnozlaşdırmaq və sosial tərbiyə işində onlardan məqsədyönlü şəkildə istifadə etmək zəruridir.