Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 56. İnsanın dezadaptasiyası, onun səbəbləri, xəbərdarlıq və onun aradan qaldırılması



Yüklə 158,37 Kb.
səhifə58/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   54   55   56   57   58   59   60   61   62
sos pdqgk imt

Sual 56. İnsanın dezadaptasiyası, onun səbəbləri, xəbərdarlıq və onun aradan qaldırılması
Cavab:
İnsanın sosiallaşmasında onun sosial adaptasiyası da mühüm rol oynayır.Sosial adaptasi insanın sosial mühitə, dəyişən şəraitə uyğunlaşması ilə bağlıdır, Onun sayəsində insanın özünüifadəsi, sosial norma və dəyərlərə daha yaxşı yiyələnməsi üçün əlverişli şərait yaranır. Sosial adaptasiya uşaq və yeniyetmələrin həyatında xüsusi əhəmiyyət kəsb edir: bu yolla onlar müxtəlif sosial qruplara, ətraf aləmə, yeni həyat şəraitinə, o cümlədən mürəkkəb və əlverişsiz şəraitə tez uyğunlaşır, ayrı-ayrı fəaliyyət sahələrində - təlim, əmək və ünsiyyətdə öz qüvvə və imkanlarını daha yaxşı və tam reallaşdıra bilər.
İnsanın müəyyən vəziyyətlərə uyğunlaşması imkanları heç də daimi səciyyə daşımır. Şəraitdən, vəziyyətdən asılı olaraq bu hal güclənib-zəifləyə bilər. Adaptasiya imkanlarının azalması dezadaptasiya hadisəsi ilə xarakterizə olunur. Dezadaptasiya — müəyyən şəraitə (məsələn, uşaq bağçası, sinif və qrupa) insanın uyğunlaşma imkanlarının azalmasında ifadə olunur. Uşaq üçün uzun müddətli dezadaptasiya onun sosial inkişafının ləngiməsinə, neqativ yönəlişliyin (ustanovkanın) formalaşmasına, gərginlik və həyəcana gətirib çıxara bilər. Dezadaptasiyanın ciddi mənfi nəticələri sırasında aşağıdakıları göstərmək olar: şəxsiyyətin deformasiya fziki və psixi inkişafın bəngiməsi, tənhalıq, əsəb pozğunhuğu (ruh düşgünlüyü, keyləşmə və ya hədsiz həssaslıq, aqressvlik), həmyaşıdları və başqa adamlarla qarşılıqlı münasibətlərdə problemlərin yaşanması və s. Bəzən yaranmış vəziyyətə uğunlaşa bilməyən insan son vasitəyə- özünüqəsdə əl ata bilar. Məsələn, gənc oğlan və qizlar məhəbbətdəki, yaxud həyat üçün ciddi sinaqdakı (qəbul imtahanında) uğursuzluqlardan bəzən bu yola əl atmalı olurlar.
Dezadapdasiyanın ciddi mənfi nəticələrini nəzərə alaraq onların profilaktikasına xüsusi diqqət yetirmək lazimdir. Bu məqsədlə mövcud müxtəlif yollar təklif olunur: İnsan üçün alverişli mühit şərait yaratmaq, yeni şəraitə uyğunlaşmaqda insana dayaq durmaq, hayatın kəskin anlarında insana köməyə gəlmək (inam telefonu, soslal-psixoloji yardim, reabilitasiya işi və s).
Sosial adaptasiya və dezadaptasiya readaptasiya prosesi ilə vəhdət təşkil edir.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin