Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 58. Məktəbəqədər təhsil müəssisələrinin işində sosial istiqamətlilik



Yüklə 158,37 Kb.
səhifə60/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   54   55   56   57   58   59   60   61   62
sos pdqgk imt

Sual 58. Məktəbəqədər təhsil müəssisələrinin işində sosial istiqamətlilik
Cavab:
Məktəbəqədər təhsil – məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.
Məktəbəqədər təhsilin məqsədi
Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.
Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.
Məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığını təmin edir.
Uşağın sosiallaşmasında ailədən sonra məktəbəqədər təhsil müəssisəsi ciddi fəaliyyət göstərir. Uşağın gələcək inkişafı, onun yeni fəaliyyət şəraitinə uyğunlaşması, sosiallaşması, əsasən, bu müəssisədən asılıdır. Uşaqlarla bir neçə istiqamətdə aparılan iş bu problemin həllinə xidmət edir. Bunlardan biri ətraf aləmlə tanışlıqdır ki, onun köməyi ilə cəmiyyətə yaxından bələd olmaq imkanı yaranır. Müəyyən problemlər Üzrə, digər proqramlardan da istifadə olunmaqla, uşaqların fərdi-psixoloji xüsusiyyətləri və əməkdaşlıq imkanlarına uyğun yeni texnologiyalar tətbiq edilir. Hazırda məktəbəqədər təhsil müəssisələrində ətraf aləmlə tanışlıq üzrə proqramların məzmunu yeniləşir, müvafiq metodik vəsaitlər yazılır. Beləliklə, bir çox problemlərin həllinə şərait yaradılır. Uşaqların sosial cəhətdən inkişaf etdirilməsi üzrə məktəbəqədər təhsil müəssisələrinin işi Bir sıra məqamlardan ibarətdir. Bu işin məzmununa doğma yaşayış məskəninin ekoloji problemlərinin, tarixinin, mədəniyyətinin öyrənilməsi, insanların həyat fəaliyyəti, ünsiyyət formaları, adət-ənənələri və s. Daxildir. Ətraf aləmlə tanışlıq prosesində uşaqlar sağlamlığın qorunması, öz hüquqları haqqında ilkin məlumatlar alırlar.“Fərd cəmiyyətdən kənarda mövcud ola bilməz. Cəmiyyətlə əlaqəsi və müəyyən fəaliyyəti qarşısında vəzifəsi olmayan insan sosial cəhətdən inkişafının mahiyyətini itirir. Şəxsiyyətindolğun anlayışı onun məkan-zaman, keyfiyyət-kəmiyyət normalarının vəhdətindən yaranır”. Məktəbəqədər yaşlı uşaqlar şüurlarında cəmiyyət anlayışını yarada və özlərinin oradakı yerini sərbəst şəkildə müəyyənləşdirə bilmirlər. Bu istiqamətdə onların böyüklərin köməyinə ehtiyacı vardır. Məktəbəqədər dövrün sonuna yaxın uşaqlarda ilkin dəyərlər sistemi yaranır. Uzun illər Azərbaycanda məktəbəqədər təhsil uşaqların idrakının inkişafına istiqamətləndiRilmişdir. Təhsilin bu mərhələsinin məqsədi uşağa bilik mənimsədilməsindən çox, onun fərdi Xüsusiyyətlərinin – mənəvi keyfiyyətlərin, emosional tələbatların, digər insanlarla münasibətlər Prosesində sosial-psixoloji xüsusiyyətlərin, özünüqiymətləndirmənin inkişaf etdirilməsindən ibarət olmuşdur. Uşağın sosiallaşmasında ailədən sonra növbəti vacib mərhələ körpələr evi, uşaq bağçası qrupudur. Uşağın fərdi və sosial inkişafında onun qrup yoldaşları ilə qurduğu münasibətlər çox vacibdir.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin