Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 37. Yeniyetmə mühiti və yeniyetmələrin davranışındakı əyintilər



Yüklə 158,37 Kb.
səhifə38/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   34   35   36   37   38   39   40   41   ...   62
sos pdqgk imt

Sual 37. Yeniyetmə mühiti və yeniyetmələrin davranışındakı əyintilər
Cavab:
Yeniyetməlik yaş dövrü həm psixoloji, həm də mənəvi baxımdan uşağın həyatında ən çətin dövr olduğundan bu dövrü bir çox tədqiqatçılar “böhranlı dövr” kimi xarakterizə edirlər. 11-13 yaşdan 14-15 yaşadək olan dövrü yeniyetməlik yaş dövrü adlandırırlar ki, bu da orta məktəbin V-VIII siniflərini əhatə edir. Bu dövrdə yeniyetmədə yaşlılıq meylinin yaranması sosiallaşma prosesində bir sıra çətinliklərlə müşayət olunur. Ancaq bu yaş dövrünün xarakterik xüsusiyyətlərini nəzərə almamaq yeniyetmələrin davranışında əyintilərə gətirib çıxarır. Yeniyetmələrin davranışındakı əyintilər onlara olan pedaqoji nəzarətin zəifliyi və onları əhatə edən ətraf mühitin pozucu təsiri ilə yaranır. Bu zaman yeniyetmə onunla aparılan tərbiyəvi prosesə qarşı adekvat reaksiya göstərir, belə ki, davranışlarında böyüklərə məxsus sərbəstlik onlarla ətrafdakılar arasında müəyyən toqquşmalara gətirib çıxarır. Özlərinə qarşı yönəlmiş yenidəntərbiyə prosesinə etiraz əlaməti olaraq itaətsizlik, kobudluq göstərir, küsərək evdən gedirlər.
Çətin yeniyetmələri tədqiqatçılar davranış xüsusiyyətlərinə görə 3 qrupa bölürlər:
1-ci qrupa daxil olan uşaqlar həm fiziki, həm də psixoloji cəhətdən öz həmyaşıdlarından geri qalırlar. Belə uşaqlarda özünəqapanma, məsuliyyətsizlik,hisslərin qeyri-sabit olması kimi xüsusiyyətlər özünü qabarıq göstərir. Onlar aqressiv olur, tez-tez dərsdən yayınıb, heç kimə tabe olmaq istəmirlər.
2-ci qrupa daxil olan uşaqlarda sürətli cinsi inkişaf gedir və onlar yüksək affektli, aqressiv olmaları ilə fərqlənirlər. Müəllimin və valideynin müəyyən qadağasına çox çılğın və aqressiv cavab verirlər.
3-cü qrupa daxil olan yeniyetmələr üçün cinsi pozğunluq, avaraçılıq, narkotik vasitələrdən istifadə etmək kimi mənfi xüsusiyyətləri ilə fərqlənirlər. Asosial həyat tərzi sürən və həmişə münaqişə baş verən ailələrdən çıxmış belə uşaqlar çox kinli, aqressiv, qəddar və tez özlərindənçıxan olurlar. Sağlam olmayan bu cür həyat tərzi yeniyetmənin orqanizminin anormal inkişafına şərait yaradır .Həyat tərzi sağlamlıqları üçün təhlükəyə çevrilən belə yeniyetmələr qəsdə cəhd edir, məktəbdən uzaqlaşır, təlim fəaliyyəti onun üçün öz marağını itirir və bu dövrdə erkən cinsi əlaqələr cinsi davranışda pozğunluğa səbəb olur. Son illərdə yeniyetmələr arasında suisid-intihar hallarının getdikcə artması bu yaş dövrünə sosial-pedaqoji yanaşmanın optimal yollarının axtarılmasını aktuallaşdırır. Belə ki, bu böhranlı dövrdə sevgi macəraları, qarşılıqlı sevginin olmaması, sevgi obyektini tez-tez dəyişməsi, bədbinlik kimi psixoloji xüsusiyyətləri daim diqqət mərkəzində saxlamaq lazımdır. Yeniyetmə yaş dövrünün sosial-psixoloji və pedaqoji istiqamətləri bir çox tədqiqtçılar L.Vıqotski, Ə Əlizadə və b. Tərəfindən işlənmişdir.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin