Mədəniyyətəmüvafiqlik prinsipi Bu prinsip sosial-pedaqoji fəaliyyətin həyata keçirildiyi mühit amili ilə bağlıdır. Mühit fəaliyyətin həm obyektinə, subyektinə təsir göstərir: o, fəaliyyəti gücləndirib zəiflədə bilər. Sosial tərbiyədə mühit amillərinin pozitiv amillərininn səmərəli istifadə etmək, onların neqativ təsirlərini isə neytrallaşdırmaq vş ya əhəmiyyətli dərəcədə azaltmaq lazımdır.
Mədəniyyətəmüvafiqlik prinsipi sosial-pedaqoji fəaliyyətin həyata keçirildiyi məkanda mədəni amil nəzərə almağı və ona istinad etməyi nəzərdə tutur. İnsan, sosial varlıq kimi, konkret mühitdə, o cümlədən mədəni mühitdə inkişaf edib formalaşır və özünü reallaşdırır. Sosial tərbiyə işi konkret milli və regional mədəniyyətin norma və dəyərlərinə asaşlanmalıdır. İnsan sosial milli-mənəvi dəyərləri mənimsəməklə şəxsiyyət kimi zənginləşir. O, yerli mədəniyyətlə yanaşı, mədəni mühitin mentalitetini də mənimsəyir. Mədəniyyətəmüvafiqlik prinsipi uşaq, yeniyetmə və gəncləri region adət-ənənələri, etnik mədəniyyətin müxtəlif çalarları ilə (məişət, mənəvi, mədəni, dini, sosial-siyasi və s.), habela mədəniyyətlərin müxtəlifliyi ilə tanış etməyi, onlara hər bir mədəniyyətə dəyər kimi yanaşmağı öyrətməyi nəzərdə tutur. Bu məsələ hazırda, dünya mədəniyyətlərinin inteqrastyası şəraitində bəşəri və etnik-milli mədəniyyətləri əlaqələndirmək, babelə milli mədəniyyəti qoruyub-saxlamaq və daha da inkişaf etdirmək vəzifəsi bax mmdan xüsüsi aktuallıq kəşb edir. Prinsipin əsas tələblərinə aşağıdakılar daxildir:
-gənc nəsli kiçik yaşlardan milli mədəniyyətə alışdırmaq və onu sevdirmək vacibdir.
-tərbiyə işində xalq tərbiyəsinə, xalq müdrikliyinin imkanlarına (dil, adət, ənənə və s.) geniş istinad edilməlidir
-sosial tərbiyəyə doğma dildən – xalq yaradıcılığı nümunələrindən: xalq mahnıları və deyimlərindən,milli ədəbiyyat və incəsənətdən başlamaq, digər xalqların mədəniyyətini ana dili və milli mədəniyyət fonunda öyrətmək lazımdır
-tərbiyə işində keçmişin mədəni irsindən, regionun mədəni imkanları və nailiyyətlərindən, habelə dünya mədəniyyətinin mənəvi dəyərlərindən fəal istifadə etmək vacibdir.