Sosial fəaliyyət və ünsiyyətlə şərtlənmə prinsipi İnsanın sosial inkişafı və tərbiyəsi fəaliyyət və ünsiyyət prosesində formalaşır. Şəxsiyyətin keyfiyyətləri-intellektual, ideya-mənəvi, əmək, fiziki, estetik və s. Müxtəlif fəaliyyət növlərində iştirak etməklə qazanılır. Əməksevərliyi, sağlamlığı sözlə tərbiyə etmək olmaz, bu keyfiyyətlər yalnız müvafiq fəaliyyət sayəsində (əmək, idman, oyun və s.) formalaşa bilr, ğuna görə də insanın rəngarəng fəaliyyəti (təlim. əmək, idman, elmi-texniki, bədii-estetik, ictimai-siyasi və s) nə qədər mütəşəkkil, məqsədyönlü şəkildə təşkil olunarsa, o, müvafiq keyfiyyətlərə daha tez yiyələnər və sosail tərbiyə prosesi də bir o qədər-yüksək səmərə verər, Fəaliyyə ünsiyyətlə sıx bağlıdır, ünsiyyət də bir növ fəaliyyətdir. İnsan başqa adamlarla, cəmiyyətlə əlaqə və münasibətdə sosial norma və dəyərlərə yiyələnir, davranış təcrübəsi qazanır. Şəxsiyyətin inkişafı bu ünsiyyətin xarakterindən çox asılıdır: tərbiyə işində ünsiyyət, şəxsiyyətlərarası münasibətlər nə qədər məqsədyönlü və düşünülmüş olarsa, sosial tərbiyə prosesi də bir o qədər yaxşı səmərə verər.
Bu prinsipin reallaşması müəyyən tələblərə bağlıdır:
-Uşaq və yeniyetmələr kollektiv fəaliyyət və ünsiyyət prosesinə geniş cəlb edilməli, onların birgə fəaliyyət və düzgün ünsiyyət qurmaq bacarıqlarının inkişafı üçün əlverişii şərait yaradılmalıdır,
- sosial tərbiyə müxtəlf tipli sosial qruplarda (idman bölmələri, incəsənət dərnəkləri, könüllü cəmiyyətlər, marağa görə dəstələr, klublar, müsabiqələr, yarışlar və s.) aparılmalı, bununla da uşaq və gənclərin cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyət və ünsiyyət təcrübəsi qazanmalarma imkan yaradılmalıdır.
-tərbiyə prosesində sosial norma və dəyərlərin mənimsənilməsi işini davranış və ünsiyyət vərdişlərinin – birgə fəaliyyət təcrübəsinin qazanılması ilə əlaqələndirmək vacibdir.
Söhbət və nəsihətlərdən sui-isüfadə etməkdən çəkinmək, əsas diqqəti uşaq və gənclərin həyatının düzgün təşkilinə, onlarda müsbət adətlər yaradılmasına, kollektivə və cəmiyyətə adaptasiya işinə yönəltmək lazımdır.