Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 54. Sosial pedaqogikanın prinsipləri



Yüklə 158,37 Kb.
səhifə51/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   47   48   49   50   51   52   53   54   ...   62
sos pdqgk imt

Sual 54. Sosial pedaqogikanın prinsipləri
Cavab:
Prinsip (latınca prinsipium- ilkin, əsas) – tərbiyə qanunauyğunluqlarını əks etdirən, onun səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət normaları, başlıca tələblərdir. Mövcud adəbiyyatda prinsiplərin təsnifatında vahidlik yoxdur, prinsiplərin miqdarı və ifadəsində müəyyən fərqlər özünü göstərir: bəzi tədqiqatçılar 9, digərləri 7 və ya 6 prinsip irəli sürürlər. Pirunsiplərin məzmun və ifadəsində müxtəliflik müşahidə olunur, bəzən iki prinsip eyni mahiyyət daşıyır. Məsələn, təblətəmüvafiqlik (insanın fərdi təbil imkanlarının nəzərə alınması) və fərdi yanaşma prinsipləri.
Tədqiqatçıların bir qismi prinsiplərin təsnifatında müəyyən məntiqi əsasdan – sosial-pedaqoji fəaliyyətə təsir göstərən amillərdən (fəaliyyətin obyekti, subyekti, mühit və texnoloji amillərdən) çıxış etdikləri halda (Ə.Ağayev, Y.Rzayeva, L.Mardaxayev və b), digər tədqiqatlarda məntiqi əsaslar göstərilmədən təsnifat aparılır (İ.A.Solovtsova və b). Nəticədə hətta eyni müəllifin irəli sürdüyü iki prinsip bir-birilə ziddiyyət təşkil edir: “tərbiyədə natamamılıq” və “tamamlanma” prinsipləri (A.V.Müdrik)
Prinsiplərin təsnifatına aşağıdakıları qeyd etmək olar:

  1. Humanizm

  2. Fərdi yanaşma

  3. İnkişafyönümlülük

  4. Sosial fəaliyyət və ünsiyyətlə şərtlənmə

  5. Sosial-pedaqoji işdə peşəkarlıqla səmərəli əməli fəaliyyətin vəhdəti

  6. Mədəniyətəmüvafıqlik

  7. Sosial həyatla və ətraf mühitlə şərtlənmə

  8. Tərbiyə texnologiyalarının optimal tətbiqi.

Göstərilən ilk 4 prinsip sosial-pedaqolji fəaliyyətə təsir göstərən obyekt amili ilə, 5-ci prinsip subyekt amili ilə, 6-7-ci prinsiplər -mühit amili ilə, 8-ci isə texnoloji amillərlə bağlıdır.
Sosial pedaqogikanın prinsiplərini ayrılıqda nəzərdən keçirək.
Humanizm prinsipi- Humanizm (latınca humanus insalıq) -insana bir dəyər kimi, şəxsiyyət kimi yanaşmaqda, onun hüquqlarını (xoşbəxtlik, azadlıq, müdafiə, sağlamlıq və b.) tanıyıb hesablaşmaqda və bu hüquqların müdafiəsi üçün şərait yaratmaqda ifadə olunur. Humanizm prinsipi sosial pedaqogikada insanın üstün (prioritet) mövqe tutması, onun özünüifadəsi və cəmiyyətə inteqrasiyasına kömək göstərilməsi ilə bağlıdır. Sosial-pedaqoli iş tərbiyə olunanı (müştərini) öz fəaliyyətinin subyektinə çevirməyi, onun öz həyatı və taleyi üçün müstəqil qərarlar qəbul etmək hüququnu və pedaqoji prosesdə fəal iştirakını nəzərdə tutur. Sosial-pedaqoji fəaliyyət sadəcə subyekt-obyekt münasibətləri kimi yox, daha çox subyekt-subyekt münasibətləri kimi qurulmalıdır. Humanizm prinsipinin tətbiqi sayəsində uşaq, yeniyetmə və gənclər normal ünsiyyət və insani münasibətlər şəraitində məktəbin və kollektivin bərabər hüquqlu üzvləri kimi böyüyür, başqalarının da hüquq və azadlıqlarına hörmətlə yanaşmağı öyrənirlər. Tərbiyə təcrübəsində humanizm prinsipinin reallaşdırılması məktəblilərdə şəxsi ləyaqət və
Məsuliyyət hissinin, tolerantlığın inkişafına, onların kollektivdə və cəmiyyətdə humanist münasibətlərin daşıyıcıları kimi formalaşmalarına müsbət təsir göstərir. Prinsipin tətbiqinə bir sıra tələblər verilir:
--tərbiyədə insanın fərdi xüsusiyyətlərinə daha münasib olan şərait yaradılmalı, şəxsiyyətin özünüməhvinə imkan verilməlidir.
--inkişaf və tərbiyə insanın maraqlarına yönəlməli və onun özünütəkmilləşdirməsinə imkan yaratmalıdır.
--uşaqla qarşılıqlı münasibətdə onun şəxsi ləyaqət hissinə və özünün istədiyi kimi olmaq hüququna hörmətlə yanaşmaq tazımdır

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin