Sual 49. Sosial pedaqoq və sosial işçi şəxsiyyətinə verilən əsas tələblər Cavab: Sosial pedoqoqun işi çoxsahəli və çoxcəhətlidir. Onun müxtəlif pedaqoji qabiliyyətləri olmalıdir. Sosial pedaqoq iş profilindən, ixtisaslaşmadan asılı olaraq müxtəlif müəssisə, idarə və mərkəzlərdə işləyə bilər: təhsil, əmək, xidmət müəssisələri və idarələrdə - məktəblərdə, fabrik və zavodlarlarda, mənzil sahələri və bələdiyyələrdə, əyləncə mərkəzlərində, eləcə də ixtisaslaşmış müəssisələrdə - uşaq evlərində, sosial xidmət şöbələrində, bərpa mərkəzlərində, məşğulluq və işədüzəlmə mərkəzlərində, uşaq sığınacaqlarında, tibbi-psixoloji məsləhətxanalarda və s. Sosial pedaqoq öz işini lazımi səviyyədə həyata keçirməsi üçün yüksək ixtisas hazırlığına və peşə keyfiyyətlərinə malik olmalıdır. Sosial pedaqoqun ümumi keyfiyyətləri kimi aşağıdakıları göstərə bilərik:
Təşkilatçılıq və əlaqələndirmə bacarığı – sosial pedaqoq fərdlə, ailə və sosial mühit arasında, uşaqla böyüklər, ailə ilə cəmiyyət arasında, habelə müxtəlif dövlət və ictimai qurumlar arasında məqsədyönlü vasitəçilik fəaliyyət göstərməyi bacarmalıdır.
Çoxcəhətli ünsiyyət bacarığı – o ayri-ayri insanlarla, sosial qurumlarla ünsiyyət yaratmaqla yanaşı, onların ünsiyyətinə, qarşılıqlı münasibətlərinə təsir etməyi, qeyri-formal küçə qrupları ilə ünsiyyət yaratmağı, dioloji ünsiyyət qurmağı bacarmalıdır.
Stimullaşdırma bacarığı – mikromühitdəki vəziyyətə, insanların münasibətinə təsir etməyi, onları stimullaşdırmağı, uşaq və yeniyetmələri bu və ya digər fəaliyyətə yönəltməyı bacarmalıdır
Perspektiv qabiliyyəti – insanın daxili aləminə nüfüz etməyi, psixi halını duymağı bacarmalı, uşaq, yeniyetmə və gənclərin problemlərinin həllində onları başa düşməyi, dərdlərinə şərik olmağı, uşaqlara və ümumiyyətlə insanlara qarşı həssas, ürəyiyumuşaq , humanist olmalıdır
Konstruktiv – bacarığı ilə o, şəxsiyyətin sosiallaşmasdırılması ilə bağlı müxtəlif sosial layihələr hazırlayıb həyata keçirməyi, qüvvələri səfərbərliyə almağı bacarmalıdır
Sosial pedaqoq bu göstərilən keyfiyyətlərə kompleks halda yiyələnməlidir. Çünki, həmin bacarıq və qabiliyyətlər birlikdə onun fəaliyyətinin səmərəsini şərtləndirir. Göstərilən keyfiyyətlərdən hər hansı biri olmadıqda sosial pedaqoq öz çətin və mürəkkəb işinin öhdəsindən lazımi səviyyədə gələ bilməz.
Sosial pedaqoq uşaqlar ilə daha tez ünsiyyətə girməsi, yəni kommunikativ qabiliyyəti, mehribanlığı, xeyirxahlığı və səmimiyyəti ilə seçilməlidir. Yüksək pedaqoji ustalığa malik olan sosial pedaqoq uşaqlara valideyn qədər əziz olmalı, onların qəlbinə asanlıqla yol tapmalıdır. Hər bir uşağın daxili aləminə daxil ola bilməli, yəni sosial pedaqoq üçün həm də perseptiv qabiliyyət vacib şərt olmalıdır. Məhz bu keyfiyyətlərə görə uşaqlar ona inanır, hətta öz valideyinlərinə demədikləri sirlərini belə ona asanlıqla etibar edib ondan məsləhət alırlar.
Sosial pedaqoq uşaqların davranış motivlərini asanlıqla ayird edib, onların əməllərini sosial-pedaqoji cəhətdən qiymətləndirə bilir. Uşaqlarla ünsiyyət prosesində mimika və jestlərdən məharətlə istifadə etməsi, səs tonunu pedaqoji məharətlə idarə etməsi onu uşaqların sevimlisinə çevirir.
Hər bir sinfin və uşağın inkişafının layihələndirilməsində, tərbiyə prosesinin proqramlaşdırılmasında sosial pedaqoqun konstruktiv fəaliyyəti də əsaslı rola malikdir. O, eyni zamanda səriştəli təşkilatçılıq qabiliyyətinə malikdir və hər hansı tədbirin keçirilməsində həm rejisor, həm ssenarist kimi iştirak edir.
Əsl sosial pedaqoq öz iş prosesində demokratik iş üslubundan geniş istifadə edir, çünki avtoritar, avtokratik və liberal iş üslubu onu uşaqlardan uzaqlaşdıra bilər. O, eyni zamanda sinif rəhbəri və müəllimlər ilə şagirdlər arasındakı münasibətlərin demokratik ruhda olmasına çalışır. Bunun üçün onun pedaqoji kollektivdə də sosial-pedaqoji iş aparması vacibdir. Sosial pedaqoq uşaqları sevməli, onlara qayğıkeşliklə yanaşmalı, həmişə optimist ruhda olmalıdır.
Peşə etikasını iş prosesində həyat kredosuna çevirən sosial pedaqoq həm şagirdlər, həm də müəllimlər ilə etika çərçivəsində rəftar etməlidir. Onun uşaqlar ilə münasibəti “obyekt-subyek” deyil, “subyekt-subyekt” münasibəti olmalıdır. O, təkcə uşaqlarla deyil, onların valideyinləri ilə də ünsiyyət yaradıb, daha çox problemli uşaqların ailələri, ailə problemləri, sosial şəraitləri ilə tanış olmalıdır.
Sosial pedaqoqun işinin məzmunu çox cəhətlidir və müəyyən mərhələlərdən ibarətdir:
Diaqnostika mərhələsi – uşaq və yeniyetmələrin layiqli həyat səviyyəsini və onu əhatə edən sosial mühitin vəziyyəti, problemləri və inkişaf perspektivləri öyrənilir (ilkin diaqnostika) və ya sosiallaşma prosesində müəyyən pozuntular olduqda baş vermiş dəyişiklikliklərin dinamikası izlənilməklə sosail-pedaqoji prosesdə lazımi düzəlişlər aparılır (monitorinq)
Təhsil müəssisələrində sosial-pedaqoji fəaliyyətin proqnozlaşdırılması və planlaşdırılması – təhsil müəsisəsinin və ya konkret uşaq və yeniyetmənin gələcək inkişaf meylləri müəyyənləşdirilir (proqnozlaşdırma) və mövcud problemlərin həlli, məktəbdə əlverişli sosial mühitin yaradılması istiqamətində fəaliyyət planı tərib edilir (planlaşdırma)
Tərtib olunmuş plana və monitorinq proosesində edilən düzəlişlərə uyğun sosial-pedaqoji fəaliyyətin reallaşdırılması – qəbul olunmuş planın həyata keçirilməsi üzrə, təşkilatı işlər görülür: iş və səlahiyyətlər bölünür, məsul şəxslər müəyyənləşdirilir, icraçılar arasında qarşılıqlı əlaqələr yaradılır, optimal metod və formalar seçilib tətbiq edilir, fəaliyyət üçün əlverişli şərait yaradılır
Nəzarət və tənzimləmə - işin gedişinə və nəticələrinə nəzarət edilir, əks əlaqə yaratmaq yolu ilə nəzərədə tutulan işin nə dərəcədə məqəsəduyğun getməsi müəyyənləşdirilir, onun nəticəsi aşkara çıxarılır, görülən işlər və alınana nəticələrhesaba alınır, işdə olan nöqsanlar, çətinliklər və onların səbəbləri müəyyən edilir, məqsəddən yayınma halları olduqda işin gedişində lazımi düzəlişlər aparılır.
Sosial-pedaqoji fəaliyyət nəticələrinin təhlili və qiymətləndirmə - müəyyən dövr üçün nəzərdə tutulan işlər başa çatdıqdan sonra onların nəticələri qiymətləndirilir – bu zaman alınan nəticələr əvvəldən qarşıya qoyulmuş məqsədlə tutuşdurulur. Məqsəd tam yerinə yetirilibsə, deməli, iş yaxşı görülmüş və lazımi səmərə verdiyi üçün yüksək qiymətləndirilir. Eyni zamanda yol verilmiş nöqsanlar, buraxılmış səhvlər təhlil olunaraq onların aradan qaldırılması yolları müəyyənləşdirilir, müsbət təcrübə ümumiləşdirilir və sosial-pedaqoji fəaliyyətin sonrakı planlaşdırılması həyata keçirilir.
Göstərilən mərhələlər bir-birilə sıx bağlıdır hər sonrakı mərhələnin səmərəsi əvvəlki mərhələlərin düzgün hazırlanaması və yerinə yetirilməsindən asılıdır. Səmərəli nəticə bütün mərhələlərin ümumi uğurlu yekunu kimi əldə edilir. Bir mərhələdə olan yanlışlıq ümumi nəticəyə mənfi təsir göstərir. Buna görə də fəaliyyətin bütün mərhələlərini yüksək səviyyədə yerinə yetirmək lazımdır.
Sosial pedaqoq fəaliyyətini yerinə yetirərkən təhsil müəssisəsinin və onun mikromühitinin sosial-pedaqoji pasportunu tərtib etməli, davranışında əyintiləri olan uşaqlar haqqında, demoqrafik problemləri olan ailələr haqqında məlumat bankı formalaşdırmalıdır. Təhsil müəssisəsində sosial pedaqoqun fəaliyyət sahəsi genişdir, beləki, onun məzmunu təhsil müəssisəsinin xüsusiyyətini və regional şəraiti nəzərə almaqla konkretləşdirilir.
Sosial pedaqoq həmçinin fəaliyyətini digər sosial əməkdaşlarla – sosial iş sahəsində çalışan sosial işçilərlə qarşılıqlı əlaqə şəraitində qurmalıdır.
Sosial pedaqoqla sosial işçi ümumi vəzifələri həll edirlər. Onlar şəxsiyyətin müəyyən səviyyələrlə müstəqilliyinin artmasına və öz sosial funksiyalarını sərbəst yerinə yetirməsinə kömək göstərməlidirlər.
Sosial pedaqoqun işi çoxcəhətlidir və bir neçə istiqaməti vardır:
a)uşaq və yeniyetmələrlə işi
b)ailələrlə işi
c)pedaqoji kollektivlərlə, müəllimlərlə və sinif rəhbərləri ilə işi
d)sosial əhatə və ictimaiyyətlə işi
f)digər sosial qurumlarla işi və s.
Sosial pedaqoqun diqqət mərkəzində ilk növbədə, təhsil və tərbiyəsində müəyyən qüsurları olan və asosial həyat tərzi sürən, ailə vəziyyəti və yaşayış tərzi ağır olan, qayğıya ehtiyacı olan uşaq, yeniyetmə və gənclərlə işləri durur. Belə uşaqların təhsil keyfiyyəti, pis oxumasının, dərslərindən yayınmasının səbəbləri və onların aradan qaldırılması yolları, hər bir uşağa konkret köməyin xarakteri kimi məsələlərin araşdırılması mühüm əhəmiyyət kəsb edir.