Fərdi yanaşma prinsipi Bu prinsip tərbiyə işində insanın olduğu kimi – bütün xüsusiyyətləri, imkanları, üstün və zəif cəhətləri ilə birilkdə qəbul edilməsini nəzərdə tutur. Hər bir insan öz inkişafı tərbiyəsi və mühitlə qarşılıqlı təsir imkanına malik olan xüsusi fərdi bir aləmdir. Buna göra də hərbir konkret insanla münasibətdə onun öz fərdi, o cümlədən təbil imkanlarını tam dolğun şəkildə reallaşdırmasi üçün şərait yaradılmalıdır. Hər kəsə xüsusi yanaşma tərzi, eləcə də sosial-pedaqoji fəaliyyətin optimal vasitə və metodlarını seçib tətbiq etmək lazım gəlir. Fərdi yanaşma prinsipinin mahiyyəti ondan ibarətdir ki, sosial-pedaqoji fəaliyyət insanın fərdiliyini, sosial şərtlənməsi və maraqlarını nəzərə almağa yönəlir, bu əsasda qurulur və həyata keçirilir.
Fərdi yanaşma prinsipi ilə bağlı bəzi tələbləri gözləmək lazımdır:
-insanla iş prosesinda onun vəziyyətini, dəyişmə dinamikasını nəzərə almaq va lazımi çeviklik göstərmək vacibdur.
-insanı (qrupu) işə başlamazdan əvvəl yaxşı öyrənmək mühüm şərtdir. Belə ilkin diaqnostika insanın fərdi xüsusiyyətlərini daha yaxşı üzə çıxarmağa imkan verir
-soslal-pedaqoji iş prosesinda hər bir insan üçün üçündaha rahat şərait yaratmağa çalışınaq lazımdır.
İnkişafyönümlülük prinsipi İnkişafyönümlülük prinsipi uşaq və gənclərdə öz potensial imkanlarını, şəxsi qabiliyyətlərini inkişaf etdirmək üçün əlverişli şərait yaratmağı nəzərdə tutur. Sosial inkişafın əsas hərəkətverici qüvvəsi ziddiyyətlərin yaranması və həlli ilə bağlıdır. Əsas ziddiyyət – insanın tələbatları ilə imkanları arasındakı ziddiyyatdir. Sosial inkişaf üçün uşaq və gənclərdə mənəvi tələbatların formalaşması vacib şərtdir. İnkişafyönümlülük prinsipinin həyata keçirilməsi müəyyşn tələblərlə bağlıdır:
--sosial-pedaqoji fəaliyyətdə insanın sosial-mənəvi inkişafı üçün, şəxsiyyətin tam, dolğun təzahürü və öz şəxsi həyat və fəaliyyətinin subyektinə çevrilməsi üçün əlverişli şərait yaradılmalıdır,
--uşaq, yeniyetmə və gənclərə sosial dəyər və sosial tərbiyənin məqsədi kimi baxılmalı, onların hər birinin təkrarolunmazlığı qəbul olunmalıdır,
--konkret uşaq üçün sosial inkişaf və tərbiyə strategiya və taktikasını müəyyən edərkən onun fərdiyyətinin inkişafına göstərilən diqqət və köməyi mərkəzləşdirmək lazımdır.