Sual 57. Dominant davranış sosial-pedaqoji problem kimi Cavab: Dominant sözü həm şəxsi xüsusiyyətləri bildirərkən, həm də elmi təcrübələrdə işlənən sözdür. Dominant hökmranlıq deməkdir.
Dominant sözü gündəlik həyatımızda dominant şəxsi xüsusiyyətləri təsvir etmək üçün də istifadə olunur. Dominant genetik və şəxsi xüsusiyyətləri səciyyələndirən dominant liderlik keyfiyyətlərinə malik insanların dominantlığına da aiddir. Dominant şəxsi xüsusiyyətlərə malik olan və istənilən mühitdə öz sözünü deyə bilən insanlara dominant deyilir. Bu gün bir çox məqalə və məqalələrdə rastlaşdığımız dominant sözü gündəlik istifadəmizdə üstünlük təşkil edən şəxsi xüsusiyyətləri təsvir edir. Bioloji mənada genetik dominantlığı ifadə edən dominant bu gün geniş istifadə sahəsinə malikdir.
Dominant sözünün mənası “hakim, üstünlük edən” deməkdir. Bioloji tədqiqatlarda istifadə olunan genlər üçün dominant və resessiv ayird edilir. Ətrafında dominantlıq yarada bilən və ya liderlik xüsusiyyətlərinə malik bəzi insanların da dominant olduğu qəbul edilir. Bəzi xüsusiyyətlər ailədə dominant yollarla ötürülür. Bu o deməkdir ki, İnsan genin bir normal kopyasını və bir dəyişdirilmiş kopyasını daşıyır. Bununla belə, dəyişdirilmiş gen normal gen üzərində üstünlük təşkil edir və ya ondan üstündür.
Son zamanlar aparılan psixolojik araşdırmalar nəticəsində insanlarda özünə qapanıqlıq və ya aktiv sosiallılıq kimi xüsusiyyətlərin irsiyyətin təsiri ilə yarandığını düşünürlər. Bunun kimi şizofreniya adı verilən xəstəliyin də irsiyyətlə əlaqədar olduğu bir çox psixoloji araşdırmalarla təsdiqlənmişdir. Dominaant davranışını irsiyyətlə bağlılığını araşdırmaq üçün psixologiyada əkizlər metodundan istifadə olunur. Ümumiyyətlə, iki cür əkiz vardır: tək yumurta əkizi və cüt yumurta əkizi. Cüt yumurta əkizləri eyni zamanda doğulmalarına baxmayaraq ayrı- ayrı zamanlarda doğulmuş bacı-qardaş kimi görünürlər. Tək yumurta əkizləri isə genetik struktur baxımından bir-birilərinə bənzəyirlər. Araşdırmalar intellektual potensialın cüt yumurta əkizlərindən daha çox tək yumurta əkizlərində oxşar olduğunu müəyyənləşdirmişdir. Tək yumurta əkizləri doğulduqdan sonra ayrılsalar və fərqli mühitlərdə - ailələrdə böyüdülsələr də intellektual potensial baxımından cüt yumurta əkizlərindən daha çox bir-birilərinə bənzəyirlər. Əkizlər üzərində aparılan araşdırmaların irsiyyətin insan davranışına təsirinin tədqiqində faydalı bir metod olduğu isbat edilmişdir.
Hansı uşaq dominant uşaqdır¿ Dominantlıq – ailədə və ətraf mühitdə hakim mövqe tutmaq və başqalarına üstün təsir göstərmək, öz iradəsini diktə etmək deməkdir. Belə uşaqlar bağçada da asanlıqla lider olurlar. Oyun prosesində ətrafına yaşıdlarını toplayıb komanda yarada bilirlər. Dominant uşaqlar güclü xarakterə malik olurlar, uğur qazanmağa meyilli olurlar. Məqsədlərinə asanlıqla nail olurlar, itaət etməyi sevmirlər, uğursuzluqlarına məyus olub pis reaksiya verirlər. Belə uşaq çox aktivdir, rejimə mükəmməl riayət edir, iştaha ilə heç bir problemləri olmur, sinir sistemləri güclü olur və xəstələmə halları az olur. Güclü liderlik xüsusiyyəti onları gələcəkdə şəxsiyyət kimi formalaşmasına təkan verir.
Lakin dominantlıq uşaqları bir çox problemlərlə də üzləşdirir. Hakim olmaq istəyi, ailə üzvlərinin və başqalarının qayğısına qalmamaq kimi xüsusiyyətlər onları vadar edir ki, valideynlərinin hərəkətlərini qəbul etməsinlər, ümumi ailə tədbirlərində iştirak etməsinlər. Uşaq özünü böyük kimi sübut etməyə çalışır, müstəqil olaraq qərar qəbul edir, bacı və qardaşlarına hər zaman kömək etməyə hazır olurlar. Lkin güclü təşkilatşılıq qabiliyyətinə malik olmaları onların gələçəkdə lider kimi formalşmasında yardımçı olur.
Dominant uşaqları tərbiyəsinə valideynlər nəzarət etməli və onlarla tərəfdaşlıq etməlidirlər. Düzgün qurulan ünsiyyət zamanı uşağa davranışında nəyin pis və nəyin yaxşı olduğunu vaxtında başa salmalıdırlar. Beləliklə ailə və cəmiyyət üçün yararlı xüsusiyyətli uşaq – lider tərbiyə etməlidirlər