2.Sosial pedaqogikanın obyekti və predmeti
Sosial pedaqogika insanın demək olar ki, bütün ömrü boyu həyata keçirilən sosial tərbiyəsini öyrənir. Tədris fənni kimi sosial pedaqogikanın tərkib hissəsini-sosial pedaqoq, sosial işçi, xüsusi psixologiya üçün mütəxəssis, təshihedici və bərpaedici pedaqogika üçün sosial işçi hazırlığı təşkil edir. Müasir dövrdə sosial –pedaqoji nəzəriyyə və təcrübəyə tələbat artmış, sosial amillərin uşaqların və ayrı-ayrı insanların həyatında rolu yüksəlmiş, sosial müdafiəyə, sosial-pedaqoji köməyə ehtiyacı olan uşaq və böyüklərin sayı artmışdır.
Sosial pedaqogikanın obyekti-sosial qarşılıqlı təsirlərin, insanın yaxın əhatəsi sahəsindəki şəxslərarası münasibətlərin bütöv bir sistemidir. Bir çox alimlər belə hesab edirlər ki, sosial pedaqogikanın obyekti insan olmaqla, onun bütün ömrü boyu nəzərdə tutulan sosiallaşması və bu prosesdə ona köməklik göstərilməsidir.
Sosial pedaqogikanın predmeti isə sosial pedaqoji proses olub, praktik fəaliyyətin prinsiplərinin, forma, üsullarının tədqiqi və onun gerçəkləşməsi şərtləri ilə müəyyən edilir.
Dostları ilə paylaş: |