Mədəniyyətəuyğunluq prinsipi. Sosial varlıq kimi insan öz həyat və fəaliyyəti prosesində konkret mədəniyyət içərisində yaşayır, həmin mədəniyyəti əxz edir, bu əsasda inkişaf edir və formalaşır. Mədəniyyətlə yanaşı insan həmçinin onun fəaliyyət göstərdiyi mühit üçün səciyyəvi olan mentaliteti də mənimsəyir. Bu prinsipin irəli sürülməsi də tərbiyənin məhz bu incəlikləri ilə bağlıdır.
Bu prinsip ilk dəfə Disterverq tərəfindən irəli sürülmüşdür. O, tərbiyədə insanın doğulduğu və yaşadığı zamanı, o, cümlədən ərazini nəzərə almağa böyük önəm verirdi. Bu artıq bir aksiomadır ki, insan-öz dövrünün və bu dövrün mədəniyyətinin məhsuludur.
Dostları ilə paylaş: |