Fərdi yanaşma prinsipi. Bu prinsipin əsasında insanı bütün xüsusiyyətləri, keyfiyyətləri, bacarıqları və çatışmazlıqları ilə birgə qəbul etmək dayanır. İnsan öz münasibətlərinin məcmusu baxımından fərdi aləmdir. Buna görə də, hər bir konkret insanın inkişafının, tərbiyəsinin və fərdi sosial potensialının tam reallaşması üçün sosial-pedaqoji fəaliyyətdə xüsusi yanaşmalar olmalıdır. Yəni sosial-pedaqoji fəaliyyət prosesində obyektin fərdi xüsusiyyətlərininin nəzərə alınması ön plana çəkilsin.
Humanizm prinsipi. “Humanizm” insanın mahiyyətini müxtəlif hüquqlara malik olan şəxsiyyət kimi görən baxışlar sistemidir. Hər bir uşaq təhsil almaq, maraq və qabiliyyətini inkişaf etdirmək, cəmiyyətdə özünütəsdiq etmək və s. hüquqlara malikdir. Sosial pedaqoq bu prizmadan uşağa yanaşaraq, onun yaxşı təhsil alması, maraq və qabiliyyətlərinin maksimum inkişafı və özünütəsdiq etməsi üçün maksimum şərait yaratmalıdır.
Humanizm prinsipinin tətbiqi zamanı müəyyən güzəştlərə də yol verilir. Bu xüsusi köməyə ehtiyacı olan uşaqlarla iş zamanı həyata keçirilir. Güzəştlərin mahiyyəti ondan ibarətdir ki, uşağa qarşı ürəyiyumşaqlıq göstərərək onun həyatda tənha və köməksiz olmadığını onun diqqətinə çatdırmaq və bu yolla onun inkişafının və özünütəsdiqinin tam olmasını həyata keçirməkdir.
Dostları ilə paylaş: |