Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Sosial psixologiyanın müstəqil elm sahəsi kimi formalaşması: II dövr



Yüklə 93,9 Kb.
səhifə22/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   18   19   20   21   22   23   24   25   ...   51
Sosial psixologiya (1)

Sosial psixologiyanın müstəqil elm sahəsi kimi formalaşması: II dövr

Sosial psixologiyanın inkişafı tarixini üç dövrə bölürlər:
I.Fəlsəfə və psixologiya sahəsində sosial-psixoloji biliklərin inkişafı (e.ə. VI əsr – XIX əsrin ortaları).
II.Fəlsəfə və psixologiya zəmnində nisbətən müstəqil bilik sahəsi kimi təsviri sosial psixologiyanın formalaşması (XIX əsrin 50-60 cı illəri – XX əsrin əvvələri).
III.Sosial psixologiyanın eksperimental elm kimi inkişafı.
Sosial psixologiyanın inkişafının eksperimental dövrünü də iki mərhələyə ayırmaq olar :
a) 1918-1945-ci illər. Bu illər V.Mak-Donqollun “Sosial psixologiyaya giriş və E.Rossun “Sosial psixologiya” dərslikləri nəşr olunmuşdur.
b) İkinci mərhələ sosial psixologiyanın müasir inkişaf proseslərini əhatə edir. O, ikinci dünya müharibəsindən sonra başlayır və bir çox yeni xüsusiyyətlərlə xarakterizə olunur.
b)XIX əsrin II yarısından etibarən ilk sosial-psixoloji tədqiqatlar aparılır, ilk sosial-psixoloji nəzəriyyələr yaranır. Məsələn, M.Latsarus və Q.Şteyntalın “Xalqlar psixologiyası” Q.Lebon və S. Sigelenin “Kütlə psixologiyası”, V.Mak-Danqollun “Sosial davranış instinkləri” nəzəriyyələri.
Həmin nəzəriyyələr hələ təsviri xarakter daşıyırdı və ona görədə II dövrü təsvir dövr adlandırırlar.
İlk sosial-psixoloji nəzəriyyələr Avropa ölkələrində yaranmışdır. Xalq psixologiyası alman, kütlə psixologiyası isəfransız və italyan alimləri tərəfindən işlənilmişdir. Sosial davranış instinktləri nəzəriyyəsiisə V.Mak-Danqol tərəfindən yaradılmışdır.
Beləliklə, II dövrdə sosial psixologiya Avropa psixoloji fikir ənənələri çərçivəsində inkişaf edirdi və onun coğrafiyası da bu xüsusiyyətləri əks etdirirdi. Bu baxımdan, I-si, Almaniyada əmələ gəlib intişar tapan xalq psixologiyası; II-si, əsasən roman ölkələrində (İtaliya və Fransada) inkişaf etmiş olan kütlə (xalq kütləsi) psixologiyası və III-sü İngiltərədə meydana gələn davranış instinktləri haqqındakı nəzəriyyələr həmin dövrdə sosial psixologiyanın əsas mənbələri hesab olunur.
Azərbaycanda sosial psixologiyanın II mərhələsi bilavasitə marifçiliklə bağlı olmuşdur. Azərbaycanda maarifşilik ictimai fikrin inkişafında önəmli rol oynamış, Azərbaycan fəlsəfi, pedaqogikası, ədəbiyyatı kimi sosial psixologiyanın inkişafına da özünəməxsus təsir göstərmişdir. Bu dövrdə müxtəlif bədii əsərlərdə, ilk növbədə C.Məmmədquluzadənin “Dəli yığıncağı” əsərində təsviri sosial psixologiya üçün səciyyəvi xüsusiyyətlər bütün aydınlığı ilə özünü göstərir.
XIX əsrin sonu XX əsrin əvvəllərində sosial psixologiya sürətləinkişaf etməyə vənisbətən müstəqil elm sahəsi kimi formalaşmağa başlayır. Bu dövrdə, sosial-psixoloji hadisələr,elmin sərhəddi, təsir dairəsi müəyyənləşdirilir, təqlid, təqin, adət və ənənələrə aid zəngin material toplanılıb təsvir olumnur; geridə qal mış xalqların psixoloji xüsusiyyətləri barədəxeyli məlumat əldə edilir və s.
Sosial psixologiyanın II dövrdə sürətlə inkişaf etməyəbaşlaması müxtəlif amillərlə - emi və ictimai tərəqqi ilə bağlı idi. Bir tərəfdən, sosialogiya və psixologiya müstəqil elm kimi formalaşır, o biri tərəfdən, sosialogiyada psixoloji istiqamət, psixologiyada isə bu və ya digər dərəcədə sosial-psixoloji istiqamət yaranır vətədricən həmin istiqamətlərin bir-birinə yaxınlaşması meyli müşahidə olunur. ən başlıcası isə sosial psixologiyanın müstəqil bur elm sahəsi kimi formalaşması dövrün özünün sosial tələblərindən nəşət edirdi.



  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin