Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Sosial qrupların təsnifatı: şərti və real qruplar



Yüklə 93,9 Kb.
səhifə11/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   7   8   9   10   11   12   13   14   ...   51
Sosial psixologiya (1)

Sosial qrupların təsnifatı: şərti və real qruplar

Sosial psixologiyada qrupların müxtəlif təsnifatı məlumdur. Qruplar ,əsasən, iki yerə - şərti və real qruplara bölünür.
Şərti qruplar. Şərti və ya nominal qup dedikdə, bir-biri ilə real surətdə əlaqəsi olmayan, lakin müəyyən bir şərti əlamətə (məsələn, cins, yaş və ya peşə əlamətinə) görə tədqiqatçı tərəfindən ayırd edilən adamlar kateqoriyası nəzərdə tutulur. Məsələn, cins əlamətinə görə qadınlar, yaş əlamətinə görə yeniyetmələr, peşə əlamətinə görə müəllimlər şərtiqrupa aid edilə bilərlər.
Şərti qrupa daxil olan adamlar ,adətən, bir-birlərini tanımırlar, bir-biri ilə rastlaşmır və ünsiyyətə girmək imkanı əldə edirlər.Bu zaman onlar, lazım gəldikdə, bir-birinə kömək edir və ya bir-birini medafiə edirlər. Bu o deməkdir ki, şərti qrupa daxil olan adamlar bir-birini real surətdə tanımasalarda, özlərini mənsub olduqları qrupla eyniləşdirirlər.
Şərti qrupa aid edilən adamlar ümumi şəkildə bir-birini tanımasalr da,onlardan hər biri özünün real qrupunun başqa üzvləri ilə müəyyən münasibətdə olur.
Real qruplar. Sosial psixologiyada real qrupların öyrənilməsinə xüsusi diqqət yetirilir. Real qrupların iki növünü - real laborator və real təbii qrupları fərqləndirirlər. Hər hansı bir təsadüf əsasında yaradılan laborator qruplar diffuz qruplar kimi meydana çıxırlar. Məhz buna görə də sovet psixologiyasında real təbii qrupların öyrənilməsində böyük əhəmiyyət verilir. Təbii real qrupların kiçik və böyük qruplar olmaq üzrə iki növü məlumdur.
"Kiçik qrup" və "böyük qrup" anlayışları qrupun kəmiyyət xarakteristikalarını əks etdirirlər. Böyük və kiçik qruplar bir-birindən nəinki kəmiyyət, həm də keyfiyyət baxımından fərqləndirilir.

  1. Demokratik dəyərlər: rəhbərlik üslubu haqqında

Mütəxəssislər üslubu fənlərarası anlam kimi qiymətləndirirlər. Fəlsəfə, psixologiya, ədəbiyyatşünaslıq, sənətşünaslıq və biologiyada üslub problemi özünəməxsus kontekstdə təhlili olunur. Ünsiyyət üslubunun öyrənilməsi sahəsində ilk elmi təhlil üsulları isə psixologiyada tətbiq olunmuşdur.
Rəhbərlik üslubunun sosial-pisxoloji nəzəriyələri ilk dəfə alman pisxoloqu Kurt Levinin “Qrup dinamikası”məktəbində təsvir olunmuşdur.
30-cu illərin axırlarında Kurt Levinin rəhbərliyi ilə R.Lippit və R.Vayt Ayova Universitetində müxtəlif situasiyalarda uşaqlarda aqressiv davranışın səviyyəsini eksperimental yolla öyrənirdilər. On yaşlı uşaqları üç qrupa ayırmışdır. Birinci qrupda lider uşaqların fəallığını məhdudlaşdırırdı, ikinci qrupda isə qrup diskussiyaları və qərar qəbulu prosesində onlara kömək göstərirdi; üçüncü qrupda isə uşaqlara sərbəstlik verilmişdi.
Bu eksperimentlərdə sosial-psixoloji hadisələrin yeni bir layı- liderlik üslubu kəşf olundu: avtokratik, demokratik, liberal liderlik üslublarının xüsusiyyələri açıqlandı. Eksperimentin nəticələri göstərdi ki, demokratik liderlik üslubu xüsusilə səmərəlidir.
Məktəb təcrübəsində avtoritar, demokratik və liberal tərbiyə üslublara təsadüf olunur. Müasir məkəb üçün demokratik tərbiyə üsulu daha səmərəli sayılır. Bu gün demokratik tərbiyə üslubunun əhəmiyyətini təkcə psixoloqlar deyil, həm də sosioloqlar , hüquqşünaslar, pedaqoqlar və b. xüsusi vurğulayırlar.
Avtoritar müəllim uşaqların təşəbbüslərini elə bələkdəcə boğur: əmr, göstəriş, qadağa, töhmət-onun şagirdlərlə münasibətləri əslində bu kökdə qurulur. Demokratik müəllim ünsiyyət üslubunda xahiş, məsləhət, informasiya, uşaqları aktiv fəaliyyətə cəlb etmək meyli əsas yer tutur.
Demokratik müəllimlərə nisbətən avtoritar müəllimlər şagirdlərin qiymətlərini aşağı salırlar. Liberal müəllimlər isə qiyməti şişirdirlər və şagirdlərdə təlim motivasiyasının formalaşmasına mənfi təsir göstərirlər.
Müasir məktəbə nə avtokratik, nə avtoriatar, nə də liberal müəllim lazım deyil. Məktəblərdə demokratik müəllimin müasir obrazı yaradılmalı və sistemli təbliğ olunmalıdır.
Demokratik böyük yoldaş kimi şagirdlərin daxili aləminə xüsusi diqqət yetirir, rəyini öyrənir, ideyalarından bəhrələnir, müstəqilliyini və tənqidi ağlını hər vasitə ilə rəğbətləndirir. Özünün dözümlülüyü ilə seçilir. Dözümlülük müasir təfəkkürün özünəməxsus xüsusiyyətlərindən biri hesab olunur.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin