Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Kütləvi kommunikasiya və təbliğatın sosial-psixoloji problemləri



Yüklə 93,9 Kb.
səhifə51/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   43   44   45   46   47   48   49   50   51
Sosial psixologiya (1)

Kütləvi kommunikasiya və təbliğatın sosial-psixoloji problemləri

Müasir dövrdə kütləvi kommunikasiya və təbliğatın tətbiqi sosial-psixoloji problemləri xüsusi aktuallıq kəsb edir. Sosial psixologiyanın ideoloji funksiyası bu problemlərin həllində bütün aydınlığı ilə özünü göstərir.
Kütləvi informasiya və təbliğat materiallarının qavranılması, radio, televiziya və mətbuat vasitəsilə ideoloji təsirin xüsusiyyətləri, şifahi təbliğat səmərəliyi, şəxsiyyətin formalaşmasında kütləvi informasiyanın rolu kimi mühüm tətbiqi əhəmiyyəti olan problemlər öyrənilir.
Qeyd etmək lazımdır ki, bir çox sahələrdən fərqli olaraq, kütləvi informasiya və təbliğat sistemində hələ sistemli psixoloji xidmət təşkil edilməmişdir. Bu sahədə aktual tətbiqi sosial-psixoloji problemlər əsasında 3 yolla – ya müvafq kafedra, laboratoriya və s.-nin elmi-tədqiqat planı əsasında, ya ictimai əsaslarla, ya da təsərrüfat müqaviləsi yolu ilə öyrənillir. Halbuki burada söhbət bilavasitə qəzet redaksiyasında və ya radio-televiziya komitəsi nəzdində psixoloji xidmətin təşkilindən gedir.
Tətbiqi elmlərin meydana çıxması nəinki elmin özünün, həm də ictimai praktikanın inkişaf səviyyəsi ilə bilavasitə bağlıdır. Tanış olduğumuz tarixi məlumatlara bu nöqteyi-nəzərdən yanaşanda psixologiya elmində praktik məsələləri həll edən psixoloji xidmət sahəsi formalaşırdı. Psixoloji xidmət elmi-texniki tərəqqi dövründə ictimai təcrübənin bütün sahələrində meydana çıxan problemləri müvəffəqiyyətlə həll etmək imkanı verir.
Müasir dövrdə psixoloji xidmətin inkişafında əsas çətinliklərdən biri məhz kadr problemi ilə bağlıdır. Tətbiqi tədqiqatların taleyi əslində ixtisaslı kadrlardan asılıdır. Onlar müvafiq sahə üzrə praktik psixoloq olmalı, müasir praktik metodlara mükəmməl yiyələnməli və müxtəlif üsulları yaradıcılıqla tətbiq etməyi bacarmalıdırlar. Ayrı-ayrı metodların səhv olaraq universiallaşdırılması, anket, test və s. tətbiqində yol verilən nöqsanlar praktik problemlərin həllinə mənfi təsir göstərir.
Yüklə 93,9 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin