Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Sosial fasilitasiya: kütləvi, koaksiya və interaksiya effektləri



Yüklə 93,9 Kb.
səhifə45/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   41   42   43   44   45   46   47   48   ...   51
Sosial psixologiya (1)

Sosial fasilitasiya: kütləvi, koaksiya və interaksiya effektləri

1897-ci ildə Amerika sosioloqu Norman Tripplet müşahidələr nəticəsində müəyyən etdi ki, velosipedçilər stadionun tamaşaçılar bölməsindən keçəndə xüsusilə aktivləşir, velosipedləri daha sürətli sürürlər. Bundan başqa, onlar yarışda təklikdə deyil, rəqiblə birlikdə çıxış etdikdə daha yaxşı nəticə əldə edirlər. Tripplet öz müşahidələri haqqındakı məlumatı kimə verdisə, heç kim onunla razılaşmadı. İlk dəfə Tripplet tərəfindən müəyyən edilmiş bu fenomen XX əsrin əvvəllərində ətraflı tədqiq olunmuşdur.
Tripplet eksperimental yolla müəyyən etdiyi bu fenomeni dinamogen amil adlandırmışdılar. Dinamogen amil terminini psixologiyada ifadə etmək üçün 1920-ci ildə Amerika alimi F.Ollfort sosial psixologiyaya sosial fasilitasiya (ingiliscə - asanlaşdırmaq kömək etmək deməkdir) terminini gətirdi. Müasir psixologiyada sosial fasilitasiya dedikdə, insanların sosial təmas şəraitində bir-birinə göstərişləri müsbət təsir nəzərdə tutulur.Bu zaman onların fəallığı artır; reaksiyaları nisbətən asanlaşır,fəaliyyətin nəticələri yaxşılaşır.
İnsanın fəaliyyət göstərdiyi şəraitdə başqa alanı üç səviyyədə iştirak edə bilər.Bundan asılı olaraq sosial fasilitasiya nəzəriyyəsində aşağıdakı effektlər fərqləndirilir:
1. Kütləvi effekt - başqa adam sosial siyuasiyada ancaq tamaşaçı kimi iştirak edir və özünü passiv aparır. O özünü passiv aparsa da, psixoloji cəhətdən sosial situasiyada iştirak edir və tamaşaçı rolunda adamların davranışını şərtləndirir. Kütləvi effektin möcuzəsi belədir:sosial situasiyada tamaşaçının sadəcə olaraq iştirakı sosial situasiyada anonimlik pərdəsini bu və ya digər dərəcədə aradan qaldırır. Koaksiya effekti – adamlar birgə fəaliyyətdə iştirak edirlər. Lakin bu zaman onlardan hər biri ancaq öz vəzifələrini yerinə yetirir və bir-birini əslində qarşılıqlı surətdə təsir göstərmirlər.
2. fərdlərin birgə işdə iştirakı əməkdaşlıq xarakteri kəsb etdikdə, koaksiya intereksiyaya (ingiliscə qarşılıqlı təsir deməkdir) çevrilir.
Sosial fasilitasiyanı şərtləndirən amillər içərisində fərdin şəxsiyyət kimi xarakteristikası, situasiyanın və icra edilən tapşırıgın xüsusiyyətləri mühüm yer tutur. İnsan adət etdiyi,yaxşı öyrəndiyi işləri icra edərıən sosial fasilitasiya effektləri daha çox müşahidə olunur.
Sosial psixoloji tədqiqatlar genişləndikcə, qrupda fərdlərin qarşılıqlı təsiri məsələləri diqqəti daha çox cəlb edir. Həmin tədqiqatların nəticəsində müəyyən edildi ki,qrup fəaliyyətinin ən başlica pataçetri koaksiya effektləri ilə deyil,qrup üzvlərinin qarşılıqlı təsiri-interaksiya ilə bağlıdır.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin