Sosial psixologiyada eksperiment və çöl eksperimentləri metodları
Sosial psixologiya empirik elmdir və müxtəlif tədqiqat metodlarından uğurla istifadə edir. Bu metodlardan bəzisi əsas, bir qismi köməkçi metodlardır. Köməkçi metodların bir qayda olaraq, əsas metodlarla qarşılıqlı əlaqədə tətbiq olunur.
Eksperiment metodu. Ayrı- ayrı kəmiyyətlər arasında səbəb nəticə münasibətləri ancaq bir yolla eksperiment metodu ilə müəyyən olunur. Bu metdoun əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir;
- eksperiment metodu səbəb-nəticə əlaqələri haqqında informasiya müəyyən edir;
- bu zaman tətqiqatçı eksperiment iştirakçılarını təsadüfi surətdə müxtəlif situasiyalara salır və şəraitin identik olmasını təmin edir;
- bir və ya bir neçə faktoru (asılı olmayan kəmiyyətləri) dəyişir;
- ancaq o biri faktorları olduğu kimi saxlayaraq onlara nəzarət edir;
Eksperiment prosesində iki qrup- eksperimental və kontrol qruplar yaradılır. Eksperimental qrupun materiallarl konrtol qrupun materiallrına nəzərən təhlil olunur.
Eksperimentin digər növlərində olduğu kimi,sosial-psixoloji eksperimentin də iki əsas kompenenti olur. Onlardan birinə asılı olmayan kəmiyyət, digərinə isə asılı kəmiyyət deyilir. Tədqiqatçı asılı olmayan kəmiyyəti dəyişir, bu zaman o yoxlayır ki, asılı olmayan kəmiyyət başqa faktorlara (asılı kəmiyyətlərə) necə təsir göstərir.
Asılı kəmiyyət ölçülən kəmiyyətə deyilir.Asılı kəmiyyətə ona görə bele deyilir ki o,asılı olmayan kəmiyyətin dəyişdirilməsindən asılıdır.
Bu kəmiyyəti tədqiqatçı müəyyən edir və asılı olmayan kəmiyyətlə necə şərtləndiyini yoxlayır. Bu zaman tətqiqatçı belə hesab edir ki,asılı kəmiyyətin böyüklüyü asılı olmayan kəmiyyət ilə müəyyən olunacaqdır.
Eksperimental araşdırmaların özünəməxsus metodologiyası və metodikası var.Yuxarıda qeyd ediliyi kimi say seçimi hər şeydən öncə məqsədyönlü komplektləşdirməlidir, yəni reprezantativ olmalıdır.
Metaanaliz adlanan xüsusi statistik texnika mövcüddur. Onun vasitəsilə iki və daha çox tətqiqatın nəticələri qiymətləndirilir və asılı olmayan kəmiyyətin dayanıqlığı yoxlanılır.
Çöl eksperimentəri. Eksperimentin özünəməxsus bir forması çöl eksperimenti sayılır. Çöl eksperimentində labaratoriya in ən eksperimentlərindən fərqli olaraq adamların davranışı təbii şəraitdə öyrənilir.Çöl eksperimenti sosial psixoloji eksperimentin xarici validliyini yüksəltməyin ən yaxşı vasitəsi sayılır.
Gəlin Latans və Darlinin eksperimentlərini xatırlayaq. Onlar eyni məsələni adamların bir birinə kömək etməsi fonomenini həm laborotor həm də çöl eksperimentləri şəraitində öyrənmişlər. Hər iki eksperimentin nəticəsi təxminən eyni olmuşdur. Öz özunə sual əmələ gəlir.Əgər çöl eksperimentləri tətqiqatın xarici validliyini təmin etmək üçün əlverişlidirsə, onda laborator eksperimentlərinə nə ehtiyac var. Olmaz ki, laborator eksperimentləri aparılmasın,elə çöl eksperimentləri təşkil olunsun.
Çöl eksperimentdə situasiyaya,ilk növbədə, xarici kəmiyyətlərə qədərincə nəzarət etmək olmur. Bu baxımdan labaratoriya eksperimentləri əvəzsizdir. Ancaq, bununla belə , labarotoriya eksperimentdən fərqli olaraq çöl eksperimentdə onun iştirakçıları eksperiment aparıldığını hiss etmirlər,onları təbii hadisələr kimi qavrayırlar. Real həyatı çöl eksperimenti vasitəsilə daha yaxşı dərk etmək olur. Bu baxımda labarotoriya və çöl eksperimentdən hər birinin öz xüsusiyyətləri var.Onlar bir-birini nəinki inkar etmirlər,əksinə yeni materiallarla bir birlərini tamamlayırlar. Latans və Darlinin təcrübəsi bunu aydın şəkildə sübut edir.