Sosial psixologiya empirik elmdir və müxtəlif tədqiqat metodlarından uğurla istifadə edir. Bu metodlardan bəzisi əsas, bir qismi köməkçi metodlardır. Köməkçi metodların bir qayda olaraq, əsas metodlarla qarşılıqlı əlaqədə tətbiq olunur.
Kross-mədəni tədqiqatlar. Hər bir xalqın özünəməxsus bənzərsiz mədəniyyəti var. Şəxsiyyət bu mədəniyyət kontiniumunda doğulur, böyüyür, ərsəyə çatır. Görəsən , hər hansı bir mədəniyyət məsələn, Amerika mədəniyyəti çərçivəsində aparılmış sosial psixoloji tətqiqatın nəticələri başqa mədəniyyətlər, tutaq ki, Fransa, Almaniya və ya Azərbaycan mədəniyyəti axarında da özünü eyni ölçülərlə göstərir. Bu köklü metodoloji sualdır,sosial psixologiya nəzəriyyəsi və təcrübəsində kross-mədəni araşdırmalar vasitəsilə açıqlanır.
Kross–mədəni tədqiqatlar başlıca olaraq iki yönümdə aparılır:
a) Müxtəlif mədəniyyətlər axarında müqayisəli araşdırmalar təşkil olunur. Bu müqayisələrin ana xətti müxtəlif xalqların sosial psixoloji durumunda universal məziyyətlərin müəyyənləşdirilməsi ilə bağlıdır.
b) Hər bir xalqın mədəniyyəti üçün səciyyəvi elmi özünəməxsus xüsusiyyətlər müəyyənləşdirilir.”Əsas psixoloji proseslərin formalaşmasına və inkişafına mədəniyyət hansı önəmli ölçülərlə təsir göstərir?” sualı kross-mədəni araşdırmalarda əsaslı təhlil olunur. Psixi qanunauyğunluqların formalaşmasında mədəniyyət faktoru köklü rol oynayır. Onun araşdırılması aktual sosial psixoloji problemdir.
Dünya psixologiyasinda müxtəlif istiqamətlərdə kross-mədəni tətqiqatlar aparılır. kross-mədəni tətqiqatlar Azərbaycan sosial psixologiyası üçün yeni olan istiqamətdir.
Sosial qrupun əsas xüsusiyyətləri
Sosial psixologiyada ən mücərrəd anlayışlardan biri qrup anlayışıdır. Müxtəlif psixloji məktəblərdə qrup müxtəlif cür dəyərləndirilir və şərh olunur.
Sosial qruplara verilmiş bəzi təriflərlə tanış olaq:
a) Fərdlərin kifayət qədər sabir məcmusu qrup adlanır;
b) Qrup fərdlərin elə məcmusudurki,burada hamının varlıgından hər kəsin hər hansı bir tələbatının təmin olunması üçün istifadə olunur;
c) Sosial qrup mədəniyyət meyarları,sərvət meylləri,həyat fəaliyyəti vasitələri və ya şəraiti ilə bir-birilə bağlı olan insanların nisbətən səbatlı birliyidir. Bu birliyin özünəməxsus məkan və zaman ölçüləri var.
Müəyyən edilmişdir ki, sosial qrup termini sosial-psixologiyada XVIII əsrdə əmələ gəlmişdir. Halbuki onun sirləri uzun müddət güzəran psixologiyasında açıqlanmış və təhlil olunmuşdur. Sosial qrupun funksiyaları seçimlidir. N.Smelzer qrupun aşağıdakı funksiyalarını ayırd edir:
1. Sosializasiya funksiyası
2. İnstrumental funksiyası
3. Ekspressiv funksiya
4. Müdafiəedici funksiya
Sosializasiya funksiyasının məziyyətləri aydındır: şəxsiyyətin sosial təcrübəni mənimsəməsində sosial qrupun rolu həlledicidir. Onun instrumental funksiyası insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsində ifadə olunur. Konveyer briqadası,futbol komandası,zoreoqrafik ansamblı v.s bunların hamısı instrumental qruplardır. Qrupun ekspressiv funksiyası insanın rəğbətləndirmə hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunur. Qrupun müdafiəedici funksiyasının da əhəmiyyəti boyükdür. İnsanlar həmişə çətin məqamlarda birləşməyə cəhd edirlər.
a) Qrup insan üçün nə deməkdir? Bu sualı ilk dəfə qrup dinamikasının banisi kimi məşhur olan Kurt Levin belə açıqlayıb:
1. Qrup şəxsiyyətin fəaliyyət göstərməsi üçün zəmindir
2. Qrup məqsədlərin həyata keçirilməsi üçün vasitədir
3. İnsan qrupun bir hissəsidir, onun ideyalarının daşıyıcısıdır.
4. Qrup insan üçün həyati məkandır.
Qrup özünəməxsus sistemi və müəyyən struktura malikdir. Hər bir qrup özünün müəyyən məqsədlərinə, normalarına müvafiq olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir; onları rəğbətləndirir və ya cəzalandırır.
Qrupda şəxsiyyətlərarası münasibətlər, liderlik(rəhbərlik) üslubu,qrup normaları, rəğbətləndirmə və cəzalandırma sistemi və.s qrupun sosial-psixoloji həyatını məzmun cəhətdən xarakterizə etmək imkanı verir.
Hər bir adam, adətən müxtəlif qrupların üzvü olur. Lakin bu qrupların hamısında eyni statusa malik olmur və buna uyğun olaraq müxtəlif qruplarda müxtəlif rollar ifadə edir. Məsələn,bir qrupda lider olan şəxs başqa qrupda icraçı ola bilər.
İnsanın daxil olduğu qrupların miqdarı təxminən onların həyat fəaliyyətlərinin həcminə,tələbatlarının genişliyinə və müxtəlifliyinə uyğun gəlir.İnsanların həyatında qrup mühüm rol oynayır. İki cəhətə diqqət edək:
a) şəxsiyyət nəinki kiçik qrupun, həm də cəmiyyətin üzvüdür.
b) şəxsiyyət fəaldır o, özünün mövqe və roluna görə sosial qrup daxilində ictimai rəyin təşəkkülünə müxtəlif foramalarda təsir göstərir.