Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni



Yüklə 93,9 Kb.
səhifə19/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   15   16   17   18   19   20   21   22   ...   51
Sosial psixologiya (1)

"Mən-konsepsiyası" haqqında

Mənlik şüuru. Termin iki sözdən - «mənlik» və «şüur» sözlərindən ibarətdir. Bu termin daxilində «şüur» sözünün evristik mənası vardır: bu ondan ibarətdir ki, «mənlik şüuru» şüurun mühüm xarakteristikalarından birini təşkil edir. Lakin şüurun digər struktur xüsusiyyətlərindən fərqli olaraq onun özünəməxsus cəhətləri də vardır. Bu cəhətlər «mənlik» sözündə ifadə olunmuşdur. «Mənlik şüurunda» şüurun bütün xüsusiyyətləri insanın «məni» vasitəsilə ifadə olunur və şəxsiyyət hadisəsinə çevrilir. Bu o deməkdir ki, mənlik şüurunda eyni vaxtda həm «mən»ə (subyektə), həm də «qeyri-mən»ə (obyektə) mənsub olan cəhətlər əks olunur. Məsələn, uşaq öz əlini dişlədikdə ağrı hiss edir, anasının, qardaşının və ya kuklasının əlini dişlədikdə isə ağrı hiss etmir. O, öz əli ilə anasının, qardaşının, kuklasnın əlini fərqləndirməyə başlayır.
Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir. Mənlik şüuru dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fıkir və hisslərinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri aşağıdakılardan ibarətdir: insan özünü bütün ətraf aləmdən, yəni «mən»ini, «qeyri-mən»dən ayırır, özünün fıziki, psixi və mənəvi keyfıyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.
Mənlik şüurunun strukturunda aşağıdakı üç cəhəti xüsusilə fərqləndirmək lazımdır:
1. «Mən obraz» - insanın özü haqqında təsəvvürləri (buna başqa sözlə, psixoloji avtoportret də deyilir).
2. Özünüqiymətləndirmə - insanın özünün özü haqqındakı təsəvvürlərinin adekvat surətdə qiymətləndirilməsi.
3. Potensial davranış reaksiyaları- insanın «Mən obrazı» və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.
Fiziki, real, ideal, sosial - Mənlərin məzmunu insanın Mən - konsepsiyasını əks etdirir. Bu anlam şəxsiyyət psixologiyasının əsas anlamlarından biridir və sosial-psixoloji baxımdan da seçimlidir.
İnsanın «Mən-konsepsiyası» son dərəcə mürəkkəb fenomendir. Necə deyərlər, interpsixoloji fenomendir. Başqa adam insan üçün güzgüdür. O, bu mürəkkəb ölçülü güzgü vasitəsilə özünü tanıyır. «Sosial-mən» və bilavasitə onunla bağlı olan «İdeal-mən» insanın «Mən-konscpsiyası»nın kökünü təşkil edir. Onun sosial-psixoloji qaynaqları belədir.
Sosial-psixologiyada (E.Aronson, T .Uilson, R.Eykert) «Mən konsepsiyası»nın aşağıdakı funksiyalarını fərqləndirirlər.
Menecerial funksiya. «Mən» insana özünün fiziki və sosial aləmi ilə qarşılıqlı münasibətləri haqqında informasiya verir, onun davranışını formalaşdırır və gələcək əməllərinin planlaşdırılmasını şərtləndirir.
Təşkilatçılıq funksiyası. «Mən»in kökündə xüsusi mental struktur formalaşır. Bu sxem əsasında insan özünü və sosial aləmi haqqında informasiyanı xatırlayır və şərh edir.
Emosional funksiya.«Mən» insana özünün emosional reaksiyalarını müəyyənləşdirmək imkanı verir.
«Mən»in müəyyənləşdirilməsində bir tərəfdən, mədəniyyət fərqləri, digər tərəfdən gender fərqləri özünü göstərir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin