Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni



Yüklə 93,9 Kb.
səhifə20/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   16   17   18   19   20   21   22   23   ...   51
Sosial psixologiya (1)

Referent qrupları

Sosial psixologiyada Q.Xaymen kiçik qrupları 2 yerə bölməyi təklif etdi: üzvlük qruplar; referent qruplar. Sonralar həmin faktlar M.Şerif, Q.Kelli və.b psixoloqlar tərəfindən təsdiq olundu.
Yuxarıdakı misalda Cəfər üçün sinif (məktəb) kollektivi üzvlük qrupu, küçə qrupu isə referent qrup hesab olunur.
Üzvlük qrupu elə qrupa deyilir ki, fərd öz-özlüyündə onun həyatında iştirak edir, ancaq qonaq kimi iştirak edir. Bu mənada bəzən üzvlük qrupunu bəzən iştirak qrupu adlandırırlar. Referent qrup dedikdə isə elə real və ya xəyali qrup nəzərdə tutulur ki, fərd onun standartlarını qəbul edir. Fərd öz davranışında referent qrupun onun hərəkətlərinə verdiyi və verə biləcəyi qiymətləri adətən nəzərə alır.
Referent qrupun müqayisə və normativ funksiyalarını bir-birindən təcrid etmək olmaz. Birinci halda insan bütün sosial hadisələri referent qrupun normaları ilə müqayisə edərək qiymətləndirir. İkinci halda isə insan qrupun normalarını öz normaları kimi qəbul edir və onlara uyğun surətdə hərəkət edir.
Bəzi hallarda referent qrup öz üzvünə elə tələblər verir ki, bunların yerinə yetirilməsi üçün sadəcə olaraq biliyi, təcrübəsi, qabiliyyətləri azlıq edir. Fərd bu zaman məqsədinə istədiyi kimi nail ola bilməsə də, özünün bütün qüvvəsini səfərbər edir, necə deyərlər, dəridən-qabıqdan çıxır və həmişə özündən narazı olur. Referent qrupun şəxsiyyətə belə təsiri perfektalizm adlanır.
Əksər hallarda şəxsiyyətin bir referent qrupu olur. Psixoloji tədqiqatlar göstərir ki, şəxsiyyətin iki və daha çox referent qrupa malik olması da mümkündür. Belə hallarda şəxsiyyət öz davranış, rəftar və fəaliyyətində adətən iki və ya hər üç referent qrupun norma və standartlarını nəzərə almağa çalışsa da, buna çox vaxt nail ola bilmir.

  1. Ünsiyyət prosesində informasiya sahəsinin əmələ gəlməsi

Ünsiyyət informasiya mübadiləsidir. Bu ünsiyyətin kommunikativ tərəfidir və onu ancaq ümumi şəkildə səciyyələndirir.
Kommunikasiyanın iki tipi var: verbal və qeyri-verbal.
Verbal kommunikasiyanın vasitəsi nitqdir. Nitqin, sözün əhəmiyyəti əvəzsizdir.
Nitqin müxtəlif funksiyası var:
1. Nitq sosial-təcrübənin mənimsənilməsində əsas vasitələrindən biridir.
2. Nitq idrak fəaliyyətinin alətidir.
3. Nitq insanlar arasında kommunikasiya proseslərində mühüm rol oynayır.
Kommunikativ akt ən azı iki partnor, tutaq ki, A və B arasında baş verir. A adətən fikiləşir və B-yə müəyyən informasiya verir. Sosial-psixologiyada informasiya verən partnor “kommunikator” adlanır. B isə informasiyanı qəbul edir və onu şərh edir. Sosial-psixologiyada B-yə “resipient” deyilir.
b) Ünsiyyət prosesində kommunikator və resipient bir-birlərinə qarşılıqlı təsir göstərirlər. İnformasiyanın iki (təhrikedici və təsbitedici) tipini fərqləndirmək olar.
Təhrikedici informasiya əmr, məsləhət, xahiş formasında ifadə olunur. Təsbitedici inormasiya isə məlumat formasında meydana çıxır.
Ünsiyyət prosesində kommunikatorla repient arasında ümumi informasiya məkanı yaranır.Şəxsiyyətlərarası kommunikasiya bu məkanda əmələ gəlir və sosial-psixoloji baxımdan özünəməxsus xüsusiyyətlərlə səciyyələnir.
Ünsiyyət prosesində məna ilk növbədə, nitq vasitəsilə açıqlanır. İnformasiya sahəsinin ikinci qatı da vardır. Bu qatı ümumi şəkildə “gizli infomasiya” qatı kimi səciyyələndirirlər . “Gizli informasiya qatı” ünsiyyətin “ikinci nüvəsini” təşkil edir . İnformasiya mübadiləsinin psixoloji kodları bu sahədədir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin