Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Psixoloji müdafiənin əsas xüsusiyyətləri



Yüklə 93,9 Kb.
səhifə28/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   24   25   26   27   28   29   30   31   ...   51
Sosial psixologiya (1)

Psixoloji müdafiənin əsas xüsusiyyətləri

Psixoloji müdafıə xüsusi psixoloji fenomen kimi ilk dəfə freydizmdə öyrənilməyə başlanılmış, sonralar isə müxtəlif psixoloqların diqqətini cəlb etmişdir.
Psixoloji müdafiə terminin adında onun mənası da bu və ya digər dərəcədə öz əksini tapmışdır. Müdafiə hərbi, idman və s. sahələrdə geniş tətbiq olunur. Müdafiə həm də psixoloji xarakter daşıya bilər: bu cəhəti ifadə etmək üçün alimlər «psixoloji müdafiə» söz birləşməsindən istifadə etdilər.
Psixoloji müdafiənin geniş yayılmış formalarından biri iddia səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır. Lakin dəqiq müəyyən edilmişdir ki, psixoloji müdafiəni təkcə iddia səviyyəsinin aşağı düşməsi ilə məhdudlaşdırmaq olmaz. O daha geniş mənaya malikdir.
Psixoloji müdafıə xüsusi tənzimedici sistem kimi özünü göstərir. Bir çox hallarda insan situasiyanı sadəcə olaraq dəyişə bilmir. Müəyyən edilmişdir ki, «Mən-obraz» üçün təhlükəli olan şəraiti, hiss və həyacanları neytrallaşdırmaq zərurəti meydana çıxdıqda, şəxsiyyət psixoloji yollarla özünü müdafiə etməyə başlayır.
Frustrasiya şəraitində psixoloji müdafiənin xarakteri dəyişir. İnsan belə hallarda adətən müxtəlif çətinliklərlə rastlaşır, onları aradan qaldıra bilmir, özünün düşdüyü bu vəziyyətə görə kimisə günahkar sayır, kimisə hədələyir, bu və ya digər adama qarşı kobudluq etməyə, ona hətta düşməncəsinə yanaşmağa başlayır. Bəzən isə frustratsiya şəraitində insan özünə qarşı aqressiv münasibət bəsləyir.
Qeyd etmək lazımdır ki, psixoloji müdafə heç də həmişə adekvat formalarda ifadə olunmur. Biz elə hallara rast gəlirik ki, insan ya psixoloji müdafiənin formalarından düzgün istifadə etmir, ya da özünü qeyri-adi şəkildə müdafiə edir. Bu isə təsadüfi deyildir.Psixoloji müdafıənin məzmunu və forması insanın sosial yetkiniyi ilə bilavasitə əlaqədardır.
Beləliklə, aydın olur ki, insan psixoloji müdafiə vasitəsi ilə, bir tərəfdən, özünün davranış və rəftarını, digər tərəfdən isə qarşılıqlı münasibətlərini tənzim edir. Bu psixolji müdafiənin əsas funksiyasıdır. Z.Freyd psixoloji müdafiəni də biolojiləşdirirdi. O, psixoloji müdafıənin mahiyyətini əslində insanın şüursuz (başlıca olaraq seksual) instinktləri ilə izah edirdi. Psixoloji müdafıə insanın davranış və rəftarında xüsusi tənzimedici sistem kimi meydana çıxır. Məhz buna görədə onun köklərini şüurda-şüurun tənzimetmə funksiyasında axtarmaq lazımdır.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin