İnformasiya sahəsində “psixoloji qatın” öz funksiyası var. “Gizli informasiya” istər bilavasitə, istərsə də dolayısı ilə ifadə oluna bilər, lakin “gizli informasiya” həm kommunikatorun məlumatlarında, həm də resipientin mimikasında, jestlərində, intonasiyasında bilavasitə əks olunur. İnformasiya sahəsində “əks əlaqə” fenomeni əmələ gəlir və informasiya mübadiləsini şərtləndirməyə başlayır.
Əks əlaqə dedikdə, resipientin kommunikatorun verdiyi informasiyasının necə qavranması,onun davranışını və sözlərini necə qiymətləndirməsi nəzərdə tutulur. Əks əlaqə informasiya mübadiləsinin əsas fenomenlərindən biridir. İnformasiyanın psixoloji əlifbası bu sahədir və onun kodları məhz həmin əlifba vasitəsilə açıqlanır. Gizli informasiyanın kodları açıqlananda,ünsiyyət prosesində qarşılıqlı anlama yaxınlaşır.
Sosial psixologiyada kommunikativ maneələrin 4 növü təsvir ounmuşdur: fonetik maneə, semantik maneə, stilistik maneə və məntiqi maneə.
Kommonikator və resprient müxtəlif dillərdə və diolektlerdə danışanda, onların nitqində köklü deffektlər olduqda, cümlənin qrammatik quruluşu təhrif edildikdə ünsiyyət prosesində öz-özünə fonetik maneə əmələ gəlir. Ünsiyyət partnyorlarının mənalar sistemində köklü fərqlər olduqda,informasiya mübadiləsində semantik maneələr yaranır. Bundan başqa hər bir mühitin öz ünsiyyət dili,öz sevimli ifadələri və jarqonları,öz sevimli zarafatları var. Ünsiyyət məkanına bu faktorlar nüfuz etdikdə, informasiya mübadiləsində semantik maneələr meydana çıxır.
Kommunikatorun nitq üslubu respientin nitq üslubu və aktual psixoloji vəziyyəti ilə səsləşməyəndə,ünsiyyət prosesində stilistik maneələr meydana çıxır. Məsələn: yaşlılar maraqlı hekayəni elmi dildə nağıl edəndə, uşaqlar onu yaxşı qavramırlar.
Məntiqi maneələr də mövcuddur. Kommunikatorun məntiqi respienti qavranması ya həddindən artıq çətin olanda, ya da onun sübut tərzi ilə səsləşməyəndə məntiqi maneələr əmələ gəlməyə başlayır. Kişi və qadın məntiqi,uşaq və yaşlı məntiqi, dövlətli və kasıb məntiqi və s. - onlardan hər birinin öz ölçüsü, öz meyarı var.