Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Qrup diferensiasiyasının xüsusiyyətləri



Yüklə 93,9 Kb.
səhifə33/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   29   30   31   32   33   34   35   36   ...   51
Sosial psixologiya (1)

Qrup diferensiasiyasının xüsusiyyətləri

Qrupdaxili diferensiya dedikdə qrupda qarşılıqlı münasibətlərin strukturu nəzərdə tutulur. Onları funksional, kommunikativ və emoti meyarlara əsasən müxtəlif aspektlerdə təhlil etmək mümkündür.
Funksional baxımdan qarşılıqlı münasibətlərin iki planını və ya səviyyəsini ayırd edirlər : qrupun rəsmi strukturu və qeyri-rəsmi strukturu.Həmin münasibətlər şaquli xətt üzrə vəzifə iyerarxiyasına görə bir-birinə tabe olan işçilər arasında yaranır.
Rəsmi qarşılıqlı münasibətlər hər bir fərdin müvafiq qrupda onun rəsmi statusu ilə şərtlənən münasibətlərin məcmusundan ibarətdir.
Rəsmi struktur səviyyəsində qarşılıqlı münasibətlər fəaliyyətin normativ cəhətlərini əks etdirir və zəruri qaydalarla tənzim edilən işgüzar münasibətlərdə ifadə olunur.
Rəsmi münasibətlər səviyyəsində işçilər qarşıdakı vəzifənin xarakteri, vasitələri və həlli yollarından asılı olaraq bu və ya digər qruplar şəklində təşkil olunurlar.Məsələn, 5 nəfərdən ibarət bir qrupda işçilərin birgə fəaliyyəti müxtəlif formalarda təşkil oluna bilər.
Hər bir qrup özünün rəsmi strukturu ilə bərabər həm də müəyyən qeyri-rəsmi struktura malikdir. Qrupun qeyri-rəsmi strukturu onunn üzvlərini müəyyən psixoloji əlamətlərə görə birləşdirən ayrı-ayrı kiçik qruplar kimi meydana çıxır.
Qrupda ( kollektivdə ) rəsmi struktur ilə qeyri-rəsmi strukturun yaranması ünsiyyətin qanunauyğun cəhətlərindən birini əks etdirir. Qeyri-rəsmi səviyyədə qarşılıqlı münasibətlər ictimai funksiyalarla müəyyən olunmur,şəxsi xarakter daşıyır.
Şəxsi qarşılıqlı münasibətlər heç kəs tərəfindən müəyyən olunmur,müvafiq psixoloji şəraitdə öz-özünə təşəkkül tapır.
Sosial-psixoloji tədqiqatlar göstərir ki, qrupun rəsmi strukturu ilə qeyri-rəsmi strukturu bir-birini üzvi şəkildə tamamlayır və bir-birilə ahəngdar surətdə uzlaşır.Bir sıra hallarda isə onlar sadəcə olaraq bir-birinə uyğun gəlmir və qrupda müxtəlif konfliktlərin yaranmasının mənbəyinə çevrilir.
Qrupda qarşılıqlı münasibətlərin strukturunu kommunikativ baxımından təhlil edərkən sosiometriya və referentometriya üsulları ilə bu cəhəti aydınlaşdırır,onun üzvlərinin mövqeyini açıqlayırlar.
Qrup diferensiyasının emotiv meyara əsasən təhlili maraqlıdır. Emosional ekspansivlik (həssaslıq) anlayışı mahiyyət etibarilə qrupdaxili şəxsiyyətlərarası münasibətləri bu baxımdan xarakterizə edir. Emosional ekspansivlik (həssaslıq) şəxsiyyətin qrupa münasibətinin funksiyasıdır.
Emotivlik nöqteyi-nəzərdən qrupda qarşılıqlı münasibətlərin 3 tipini fərqləndirirlər: “simpatiya”, “indifferent” və “antipatiya”.
Ünsiyyət təcrübəsində simpatiya tədricən antipatiyaya və ya indifferent münasibətə çevrilə bilər.Və ya dünən bir-birlərinə laqeyd olan və rəğbət bəsləməyən adamlar bu gün bir-birlərinə rəğbət bəsləyə bilərlər.
Şəxsi qarşılıqlı münasibətlər “simpatiya” zəminində əmələ gəlir və bir qayda olaraq qarşılıqlı surətdə inkişaf edir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin