Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Sosial psixologiyada tətbiqi tədqiqatların xüsusiyyətləri



Yüklə 93,9 Kb.
səhifə32/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   28   29   30   31   32   33   34   35   ...   51
Sosial psixologiya (1)

Sosial psixologiyada tətbiqi tədqiqatların xüsusiyyətləri

30-cu illərdə psixoloji tədqiqata verilən tələbi Kurt Levin belə ifadə etmişdi: nəzəriyyəsiz eksperiment həm kordur, həm də kar. Lakin elmi-texniki tərəqqi dövründə psixoloji tədqiqatın metodologiyası və metodikasında köklü dəyişikliklər yarandı. Müasir dövrdə onun ən başlıca paradiqması aşağıdakılardan ibarətdir: nəzəriyyə, eksperiment, praktika.
Sosial psixologiyada da tətbiqi tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Lakin müasir dövrdə fundamental tədqiqatların rolu azalmamışdır. Tətbiqi tədqiqatlar elmin diferensiasiyası prosesləri ilə bilavasitə bağlıdır.
Sosial psixologiyada da tətbiqi tədqiqatlar əsasən 2 istiqamətdə aparılır. Birinci istiqamət ondan ibarətdir ki, tətbiqi problemlər fundamental tədqiqatlar əsasında ayırd edilir və ya bu tədqiqatların nəticələri bilavasitə praktikaya tətbiq olunur.
Tətbiqi tədqiqatların inkişafında ikinci istiqamət də mühüm yer tutur: bu istiqamətdə tətbiqi tədqiqatlar bilavasitə fundamental tədqiqatların nəticəsi kimi deyil, praktik tələbatlar əsasında meydana çıxır. Bu zaman xalq təsərrüfatı tətbiqi sosail-psixoloji tədqiqatlara sponsorluq edir, xüsusi qrantlar ayırır və maliyyələşdirir və bununla da elmin inkişafı üçün əlverişli şərait yaradır.
Təbiətşünaslıq və texnika elmləri sahəsində tətbiqi tədqiqatların əhəmiyyəti onların iqtisadi səmərəsi ilə müəyyən olunur. İqtisadi səmərə psixoloji tədqiqatlar sahəsində də mühüm göstərici hesab edilir.
sosial-psixoloji tədqiqatlarda iqtisadi səmərə dolayı yolla - sosial-psixoloji səmərə vasitəsilə əldə edilir. Tətbiqi sosial-psixoloji tədqiqatların dili problemi də mühüm əhəmiyyətə malikdir. Bir çox müəlliflər bu problemin həllini "elmi terminləri praktikanın dilinə tərcümə etməkdə" görürlər.
Sosial psixologiyada ən başlıca çətinlik tədqiqatın nəticələrinin tətbiqi prosesi ilə bağlıdır.

  1. Sosial psixologiyada nəzəriyyə, eksperiment və praktika

Elmi-texniki tərəqqi dövrünün səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, elm cəmiyyətin nəinki sosial, həm də iqdisadi həyatına nüfuz edir, bilavasitə məhsuldar qüvvəyə çevriilir; elmi-texniki fikrin nailiyyətləri sənayənin, kənd təsərüfatının, maarifin, səhiyyənin və s inkişafında mühüm rol oynayır.Bütün elm sahələrində olduğu kimi psixoloji tətqiqatın metodologiyası və metodikasında da bu zəmində yeni paradiqmalar (yunanca paraediqma –misal nümunə deməkdir)və ya müddəalar əmələ gəlmişdir.
30-cu illərdə psixoloji tətqiqata verilən əsas tələb bele idi; nəzəriyyəsiz eksperiment həm kordur, həm də kardır.Elmi-texniki tərəqqi dövründə isə psixoloji tətqiqatın metodologiyası və metodikasının ən başlıca pradiqması aşağıdakından ibarətdir; nəzəriyyə, eksperiment, praktika.
Sosial psixologiyada tətbiqi tətqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Lakin buradan səhv nəticə çıxarıb belə hesab etməz olmaz ki, müasir dövrdə fundamental tətqiqatların rolu guya azalmağa başlamışdır.Başqa sahələrdə olduğu kimi sosial psixologiyada da fundamental tətqiqatlar elmi-texniki tərəqqi dövründə tətbiqi tətqiqatların inkişafında mühüm rol oynamağa başlayırlar.
Sosial psixologiyada tətbiqi tədqiqatlar əsasən iki istiqamətdə aparılır. Birinci istiqamət üçün başlıca cəhət ondan ibarətdir ki, tətbiqi problemlər fundamental tədqiqatlar əsasında müəyyən olunur.Müxtəlif elmlərin inkişaf tarixi göstərir ki, həmin istiqamət tətbiqi tədqiqatların səmərəliyi baxımından da böyük imkanlara malikdir.Tətbiqi tətqiqatların inkişafında ikinci istiqamət də mühüm yer tutur; bu istiqamət daxilində tətbiqi tətqiqatlar praktik təlabatlar əsasında meydana çıxır. Həmin istiqamət çərçivəsində tətbiqi-psixoloji tədqiqatların bəzi xüsusiyyətləri ilə tanış olaq.
İctimai həyatın ayrı-ayrı sahələrində cəmiyyətin obyektiv inkişaf qanunlarına müvafiq olaraq müxtəlif praktik məsələlər meydana çıxır.Bu zaman ele bir vəziyyət yaranır ki, psixologiyada hələ öyrənilməmiş hər hansı bir məsələ ictimai həyatın konkret bir sahəsində böyük praktik əhəmiyyət kəsb edir. Tətbiqi problemlerin həlli baxımında burada iki yol vardır; praktika ya ‘’oturub’’ həmin problemin elmdə haçansa həll olunacağı günü gözləməli,ya da özünün inkişafı naminə problemin tezliklə olunması üçün təsirli yol tapmalıdır.Müasir dövrdə ictimai praktika məhz ikinci yola üstünlük verir, bilavasitə yaranmış praktik tələbatların təmin olunması məqsədilə aparılan tətbiqi psixoloji tətqiqatlar da bu zəmində meydana çıxmışdır.Müəyyən bir praktik vəzifəni bilavasitə həll etmək müvafiq tətqiqatın nəticələrini tezliklə tətbiq edərək cəmiyyətin maddi və ya mənəvi həyatını hər hansı bir cəhətini daha da təkmilləşdirmək və s onların əsas vəzifəsini təşkil edir.
Təbiətşünaslıq və texniki elmlər sahəsində tətbiqi tətqiqatların əhəmiyyəti birinci növbədə onların iqtisadi səmərəsi ilə müəyyən olunur. İqtisadi səmərə sosial-psixoloji tədqiqatlar sahəsində də mühüm göstərici hesab edilir.Sosial psixologiya sahəsində isə tətbiqi tədqiqatların psixoloji səmərəsi xüsusi əhəmiyyət kəsb edir.Bu onunla bağlıdır ki, psixoloji tədqiqatlarda iqtisadi səmərə dolayı yolla – psixoloji səmərə vasitə ilə əldə edilir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin