Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Sosial-psixoloji xidmət: tətbiqi tədqiqatların aktual problemləri



Yüklə 93,9 Kb.
səhifə35/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   31   32   33   34   35   36   37   38   ...   51
Sosial psixologiya (1)

Sosial-psixoloji xidmət: tətbiqi tədqiqatların aktual problemləri

Sosial-psixoloji xidmət praktik təşkilatdır. Fundamental tədqiqatların aparılması onun vəzifəsinə daxil deyildir. Sosial-psixoloji xidmətin əsas vəzifəsi tətbiqi problemləri həll etməkdən ibarətdir. Sosial-psixoloji xidmətin üstünlüyü ondan ibarətdir ki, o praktik problemləri qısa müddətdə həll etmək imkanı verir.
Sosial psixologiyanın tətbiqi problemləri müxtəlifdir və ictimai praktikanın önəmli sahələrini əhatə edir. Lakin psixoloji xidmətin vahid sistemi yaradılmamışdır. Kənd təsərrüfatında psixoloji xıdmətdən, demək olar ki, sistemli istifadə olunmur...
Sosial psixologiyanın tətbiqi problemləri dedikdə, xidmət sahəsində, təhsil müəssisələrində, ailə vəkütləvi kommunikasiya və təbliğatın tətbiqi sosial-psixoloji problemləri nəzərdə tutulur
Təhsil müəssisələrində psixoloji xidmət şəbəkəsi 90-cı illərin əvvəllərində formalaşmağa başlamışdır. Məktəbdə psixoloji xidmətin təşkili məktəbin əsas məqsədinin – şəxsiyyətin hərtərəfli inkişafı məqsədinin bütün problemlərinin həll edilməsində mühüm vasitə sayılır.
Ailə xidmətinin təşkilinin başlıca məqsədi ailənin möhkəmlənməsinə, uğurlu ailə kimi inkişaf etməsinə kömək etməkdən ibarətdir. Sosial-psixoloji tədqiqatlar göstərir ki, ailədaxili münasibətlərin psixoloji cəhətdən pozulması ailədə müxtəlif çətinliklər və konflikt şəraiti yaradır.
Ailə xidmətinin əsas istiqamətlərindən birini də yeniyetmə və gənclərlə aparılan iş təşkil edir.
Müasir dövrdə kütləvi kommunikasiya və təbliğat tətbiqi sosial-psixoloji problemləri xüsusi aktuallıq kəsb edir. Sosial psixologiyanın ideoloji funksiyası bu problemlərin həllində bütün aydınlığı ilə özünü göstərir.

  1. Sosial-psixoloji tədqiqatın metodoloji məsələləri

Psixoloji tədqiqatın metodları dedikdə, bu elmin öz predmetini, mövzusunu tədqiq etmək üçün istifadı etdiyi yol və vasitələrin məcmusu nəzərdə tutulur.
Metodologiya nədir?Müasir elmdə metodologiya termini 3 mənada işlənir. Bunlar aşağıdakılardan ibarətdir:
1 Ümumi metodologiya;
2 Xüsusi metodologiya;
3 Metodologiya – konkret metodik priyomların məcmusu kimi
I.Ümumi metodologiya dedikdə, tətqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşma, ümumi idrak üsulu nəzərdə tutulur;
II. Xüsusi metodologiya dedikdə, bir tərəfdən, tətqiqatçının əsaslandığı sosial psixoloji konsepsiya,digər tərəfdən, soasial psixologiyanı metodoloji prinsipləri nəzərdə tutulur. Bu prinsiplər müxtəlifdir. Onlardan bəzilərini qeyd edək. ;
Determinizm (latınca determunase- müəyyən etmək deməkdir)ictimai və təbii hadisələrin səbəbi haqqında təlimdir.Psixologiyanın ekspermental elm kimi inkişafı bilavasitə bu prinsipin əmələ gəlməsi və bərqərar olması ilə bağlıdır. Determinizm prinsipinə görə psixoloji hadisələr ictimai münasibətlərlə,sosial həyat tərzi ilə müəyyən olunur və onların dəyişilməsi ilə də dəyişilir. Beləliklə də həmin prinsip sosial psixoloji hadisələrin mənşəyini şərtləndirən amillərin təhlil edilməsini nəzərdə tutur.
Determinizm prinsipi sosial psixologiya sosial determinizm prinsipi kimi tətbiq olunur.
Sosial determinizm prinsipi sosial-psixoloji hadisələri, ümumiyətlə deyil, müəyyən bir cəmiyətə məxsus sosial- pisxaloji hadisələr kimi öyrənməyi tələb edir. Sosial –psixoloji hadisələrin təhlili zamanı onların yaranmasını, fəaliyyət göstərməsini şərtləndirən sosial amillər öyrənilməli və sistemli təhlil olunmalıdır.
Müxtəlif elm sahələrində, o cümlədən psixologiyada sistemli yanaşma son zamanlar daha geniş miqyasda tətbiq olunur. Sosial–psixoloji fenomenler də sitemli xarakter daşıyır. Sistemli yanaşma prinsipi psixoloji hadisələri, ocümlədən sosial-psixoloji hadisələri nəzərdən keçirtmək və onları şərtləndirən amilləri elmi baxımdan ətraflı təhlil etmək imkanı verir.
III.Metodologiyanı konkret metodiki priyomların məmusu kimi nəzərdən keçirtdikdə adətən sosial-psixoloji tətqiqat metodikalarını aydınlaşdırırlar. Hər bir psixoloji tətqiqatın və sosial-psixoloji tədqiqatın konkret metodikası olur. Konkret tədqiqat metodikası ümumi və xüsusi metodologiya əsasında işlənir. Onu heç də tədqiqat metodları, proseduraları və texnikası kimi başa düşmək olmaz. Hər bir konkret tədqiqat metodikasının nəzəri- metodoloji şərtləri vardır ki,onlar ümumi və xüsusi metodologiyanin müddəalarını əks etdirirlər. Konkret tədqiqat metodiklarının spesifik cəhətləri onların köməyilə həll edilən elmivəzifənin və öyrənilən psixoloji hadisənin xarakteri ilə müəyyən olunur.
Konkret psixoloji tətqiqat metodokisında, şərti surətdə olsa da, 4 mərhələni fərqləndirmək olar.
Birinci mərhələ hazırlıq mərhələsidir.Bu mərhələdə müxtəlif yollarla (müşahidə, anket və s)ilkin məlumat toplanılır. Onların əsasında tədqiqatın empirik, məntiqi və nəzəri vəzifələri həll edilir. Bu zaman tədqiqatın nəzəri problemlerinin işlənilməsinə xüsusi diqqət yetirilməlidir. Fərziyyənin formulə edilməsi psixoloji tədqiqatda da mühüm yer tutur. Bir çox sosial psixoloji tədqiqatların müasir tələblərə cavab verməməsi onlarda fərziyyənin olmaması və ya zəif olması ilə bilvasitə əlaqədardır.
Tədqiqatın ikinci mərhələsi eksperimental (korrelyasiya) xarakter daşıyır.Bu mərhələdə tədqiqatın konkret metodikası reallaşdırılır.
Tədqiqatın üçüncü mərhələsində tədqiqat materialları kəmiyyət baxımından təhlil olunur. Dördüncü mərhələdə isə materiallar psixoloji nəzəriyyə əsasında şərh edilir, nəticə etibarilə fərziyyənin düzgünlüyü və ya səhv olması aydınlaşdırılır.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin