Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Rol davranışının qanunauyğunluqları



Yüklə 93,9 Kb.
səhifə38/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   34   35   36   37   38   39   40   41   ...   51
Sosial psixologiya (1)

Rol davranışının qanunauyğunluqları

Adamlar həyatda müxtəlif rollar ifadə edirlər: eyni bir adam məktəbdə müəllim, evdə ana, klinikada xəstə, avtobusda sərnişin və s.çıxış edir.
T.Şabutani rol nəzəriyyəsinin əsaslarını belə açıqlayır:
Rollar öz-özlüyundə davranış terminləri ilə müəyyən oluna bilməz, o ancaq qarşılıqlı hüquq və vəzifələr şablonu kimi araşdırılmalıdır. Vəzifə ondan ibarətdir ki, insan oynadığı rola söykənərək onu oynamağa məcbur olduğunu hiss edir. Başqa adamlarda ondan bu vəzifəyə uyğun hərəkət etməyi gözləyir və tələb edir
Rol nəzəriyyəsini təhlil edəndə belə bir cəhət diqqəti cəlb edir: rol şəxsiyyətin hüquq və vəzifələrini bilavasitə əks etdirir.
Rolun hüquq vəzifələri onun həm də başlıca cəhətini təşkil edir. İstər insanın özünün öz roluna, istərsə də başqa adamların onun roluna münasibəti məhz bununla bağlıdır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda rol davranışında aşağıdakıları ayırd etmək olar:
a. Rol gözləmələri
b. Rol konsepsiyası(mövqeyi)
Rol gözləmələri iki tərəfli prosesdir: hər hansı bir adam, bir tərədən başqa adamlardan onların öz rollarına uyğun davranış tərzi gözləyir: müvafiq situasiyada qadının ana kimi, kişinin ata kimi aparacağını gözləyir. Əgər ana və ya ata özlərini ətrafdakı adamların gözlədiyi kimi aparmırsa, onların aralarında müxtəlif formalarda konfliktlər yaranır. Atalar demişkən:‘‘Uman yerdən küsərlər”. Belə konfliktlərə rollararası konfliktlər deyirlər.
Rol konsepsiyası rol gözləmələri ilə biləvasitə əlaqədardır: rol konsepsiyası rol gözləmələrinin mənimsənilməsi əsasında əmələ gəlir. Lakin rol gözləməsi anlayışına nisbətən rol konsepsiyası geniş anlayışdır. Rol konsepsiyası şəxsiyyətin öz roluna və özünün sosial qrupdaki yerinə münasibətini ifadə edir. Bu cəhət öz əksini rolun ifasında tapır.
Rolun ifası müəyyən bilik, bacarıq və vərdiş tələb edir. Rolun ifası şəxsiyyətə özünəməxsus səviyyədə təsir göstərir. Buna rolun inversiyası deyilir.
Rolun internalizasiyası (mənimsənilməsi) də önəmli sosial-psixoloji və sosial-pedaqoji problemdir. Rolun ifası üçün zəruri olan bilik, bacarıq və vərdişlər bilavasitə bu prosesdə qaynaqlanır. Rolun internalizasiyası mürəkkəb və çoxcəhətli prosesdir. Onun kökləri sosializasiyanın prosesləri ilə bağlıdır.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin