Sosial psixologiyanın eksperimental elm kimi inkişafı: III dövr
Sosial psixologiyanın inkişafı tarixini üç dövrə bölürlər:
I.Fəlsəfə və psixologiya sahəsində sosial-psixoloji biliklərin inkişafı (e.ə. VI əsr – XIX əsrin ortaları).
II.Fəlsəfə və psixologiya zəmnində nisbətən müstəqil bilik sahəsi kimi təsviri sosial psixologiyanın formalaşması (XIX əsrin 50-60 cı illəri – XX əsrin əvvələri).
III.Sosial psixologiyanın eksperimental elm kimi inkişafı.
Sosial psixologiyanın inkişafının eksperimental dövrünü də iki mərhələyə ayırmaq olar :
a) 1918-1945-ci illər. Bu illər V.Mak-Donqollun “Sosial psixologiyaya giriş və E.Rossun “Sosial psixologiya” dərslikləri nəşr olunmuşdur.
b) İkinci mərhələ sosial psixologiyanın müasir inkişaf proseslərini əhatə edir. O, ikinci dünya müharibəsindən sonra başlayır və bir çox yeni xüsusiyyətlərlə xarakterizə olunur.
b)XX əsrin əvvəllərində sosial psixologiyada müxtəlif yönümlərdə eksperimental tədqiqatlar aparılırdı.
Sosial psixologiyanın elm kimi inkişaf etməsinin elmi-nəzəri qaynaqları vardır. Bəzi müəlliflər (S.Serjante, M.Bityanova, B.Parıqin) sosial psixologiyanın formalaşmasının 5 elmi mənbəyini ayırd edirlər:
1. Platon, Aristotel, Ş.Monteske, T.Qobbs, C.Lokk, Y.Y.Russonun sosial-fəlsəfi təlimi;
2. M.Latsarus, Q.Şteyntal, V.Vundtun antropoloji araşdırmaları;
3. Ç.Darvin və Q.Spenserin təkamül təlimi;
4. O.Kont və E.Dürqeymin sosioloji baxışları;
Bu mənbələr sosial psixologiyanın metodoloji paradiqmalarının formalaşmasında mühüm rol oynamışdır.
Sosial psixologiyanın eksperimental elmə çevrilməsi prossesi 2 əsaslı tarixi hadisə ilə əlamətdardır:
1. XX əsrin 30-cuillərinə qədər sosial-psixoloji fikrin mərkəzi Avropa sayılırdı. Bu illər Almaniyada, Fransada çox önəmli tədqiqatlar aparılır. Lakin 30-cu illərdən başlayaraq Amerika sosial psixologiyanın mərkəzinə çevrilir. Amerikada aparılan sosial-psixoloji tədqiqatlar, ilk növbədə Xotorm eksperimentləri praktik effektlilik baxımında dünya psixologiyasında böyük əks-səda doğurmuşdur.<----Yadda saxla
Amerikada sosial psixologiyanın vüsətli inkişafında 30-cu illərdə mühacir kimi səmərəli fəaliyyət götərən görkəmli alman sosial psixoloqları, məsələn, Kurt Levin və başqaları da müərəqqi rol oynayırdı. Dünya sosial psixologiyasında Amerika sosial psixologiyanın rolu günü-gündən artırdı.
2. Sosial psixologiyada nəzəriyyələr təşəkkül tapır və bu nəzəriyyələr dövrün sosial-psixoloji fikrinin istiqamətini şərtləndirir. Onlar sosial psixologiyanın tarixində xüsusi yer tutun köklü nəzəriyyələr idi. Müasir psixologiyada onlar monoqrafik səpgidə geniş təhlil olunur. .<----Yadda saxla Biheviorizmin tarixi.XIX əsrin sonu XX əsrin əvvəllərində başlayır. Həmin cərəyanın nəzəri lideri Con Hotson hesab olunur. Biheviorizmin əsas müddəaları bunlardır: psixologiya guya şüurlu deyil, davranışı öyrənməlidir. (Cərəyanın adı da burdan əmələ gəlmişdir; ingiliscə - behavior davranış deməkdir.). .<----Əzbər
Biheviorizm stimul (S) və reaksiya (R) arasındakı əlaqəni davranışın vahidi kimi qəbul edir, sosial-psixoloji məsələləri də bu kontekstdə araşdırırdı. Onun əsas konseptual paradiqmaları belədir: davranış, stimul, reaksiya, rəğbətləndirmə, cəzalamdırma, öyrənmə. Biheviorizmdə aşağıdakı sosill-psixoloji problemlər tədqiq olunmuşdur:
a) Sosial aqressiya və onun determinantları (N.Miller,D.Dollard, A.Bandura)
b) Sosial öyrənmənin yolları və metodları (E.Tolmen, B.Skinner, A.Bandura)
c) Şəxsiyyətlərarası qarşılıqlı təsirin texnologiyası və onu şərtləndirən amillər (Q.Kelli, C.Tiibo, X.Domans)
Koqnitivizm.Koqnitiv (latınca koqnition-bilik, idrak deməkdir.) psixologiya XX əsrin 50-60-cıillərində əmələ gəlmişdir. Onun əsas müddəası belədir: psixoloji prosselərin cərəyanında və insan davranışında biliklər,koqnitiv strukturlar həlledici rol oynayır. (C.Bruner, U.Naysser, R.Atkinson və b.). Bu baxımdan koqnitiv psixologiya hafizə və təfəkkürün təşkilindı biliklərin rolunu öyrənir. Bununla bərabər, həmin cərəyan şəxsiyyəti, fərdi fərqləri, emosiyaları və s. koqnitiv nəzəriyyə baxımından təhlil edir. Əgər biheviorizm “reaksiya göstərən insan modelinə” əsaslanırdısa, koqnitiv psixologiyada “düşünən insan” (P.Şixirev) modeli formalaşmışdır. .<----Yadda saxla
Neofreydizm cərəyanı.XIX əsrin sonu XX əsrin əvvəllərində əmələ gəlmişdir. Bunun banisi Avstriya psixiatrı və psixoloqu Ziqmond Freyddir. Freydin acdı ilə cərəyan Freydizm adlanır. Freydin özü isə onu “Psixoanaliz” adlandırırdı. .<----Yadda saxla
Z.Freydə görə, qrupun əsasını emosional libidoz rabitələrin sistem təşkilidir. Şəxsiyyətlərarası “məhəbbət” sayəsində qrup özünün psixoloji simasını kəsb edir. Qrup üzvləri özlərini bu kökdə qrupun lideri ilə eyniləşdirirlər. Bu identifikasiya əsasında qrupun adi üzvlərinin münasibətləri formalaşır.