Sosial –psixoloji tədqiqtalar göstərir ki, bir nəfərin qrupa daxil və ya xaric olması ilə qrupun şəxsiyyətlərarası münasibətlət şəbəkəsində ilk baxımdan bəlkə də diqqəti cəlb etməyən dəyişikliklər baş verir. Fikrimizi təsəvvür edək: tutaq ki, birinci qrupda bir rəhbər və iki tabe işçi, ikincidə bir rəhbər və üç tabe işçi, üçüncü də isə bir rəhbər və dörd tabe işçi vardır.
Birinci qrupda rəhbər işçinin nəzarət etdiyi sahədə yaranması mümkün olan münasibətlərin miqdarı 3-ə bərabərdir: rəhbər işçi ilə tabe olanların hər biri arasında və rəhbər işçi ilə tabe olanlar qrupu arasında.
Tabe olan işçilərin sayı bir nəfər artdıqda, yəni üç nəfər olduqda münasibətlər şəbəkəsi daha da mürəkkəbləşir. Başqa sözlə, qrupda tabe işçilərin miqdarının bir nəfər artması və ya azalması ilə mümkün ola biləcək münasibətlərin miqdarı birdən-birə iki dəfə artır və ya azalır. Münasibətlər şəbəkəsi genişləndikcə, onların tənzim edilməsində psixoloji amillərin rolu da artır. Bu nöqteyi-nəzərdən qrupun həcmi probleminin öyrənilməsi son dərəcə zəruridir.
Müasir sosial-psixologiyada qrupun həcmi problemi 3 istiqamətdə tədqiq olunur:
1. Qrupun həcminin son həddi
2. Qrupun həcminin onun sosial-psixoloji xüsusiyyətlərinə təsiri
3. Qrupun optimal həcmi
Birinci istiqamət ilə bağlı olaraq qrupun həcminin son həddini ayrı-ayrı müəlliflər müxtəlif cür göstəricilər müəyyən edilmişdir: 2-7 nəfər , 6-7 nəfər , 2-20 , 12-30 , 3-45 , 2-dən 30-40 nəfərə qədər ,50-70 nəfər və s.
Sosial qrupların böyük əksəriyyətində qrup üzvlərinin sayı 2 nəfərlə 6 nəfər arasında olur.
İkinci istiqamət ilə bağlı olaraq biz belə bir cəhəti xüsusi qeyd etmək istərdik ki, qrupun tipologiyasını nəzərə almadan qrupun həcmi problemini həll etmək mümkün deyildir.
Üçüncü istiqamət ilə əlaqədar olaraq qrupun optimal həcmi məsələsi sosial psixologiyanın tətbiqi problemləri içərisində mühüm yer tutur.
Alimlərin böyük əksəriyyətinin fikrincə, kiçik qrupun optimal variantı 7+2-dir,yəni 5 nəfərdən 9 nəfərə qədərdir. Sosialji tədqiqtlar belə bir nəticə çıxarmaq imkanı verir ki, istehsalat briqadalarının miqdarının 10 nəfərdən artıq müəyyən edilməsi məqsədəuygun deyildir.
Kiçik qrupun optimal variantı onun spesifikasından, həll etdiyi sosial-iqtisadi vəzifələrin xarakterindən və inkişaf səviyyəsindən asılı olaraq müəyyən edilməlidir.