NOOSFER TƏDQIQAT PREDMETI KIMI
Sadıxova Kəminə Elbrus qızı
Təbiətşünaslığın fəlsəfəsi ixtisası
II kurs magistrantı, BDU
Açar sözlər: “noosfer”, “zəka”, “yerin strukturu”, “şüurlu sahə”, “davamlı inkişaf”,”geoloji hadisə”.
Ключевые слова: “ноосфера”, “разум”, “геологическое происшествие”, “постоянное развитие”, “структура земного шара”, “осознанное пространство”.
Key words: “noosphere”, “intelligence”, “the structure of the Earth”, “conscious field”, “sustainable progress”, “geological, event”.
Təbiətin strukturunda bir-biri ilə dialektik qarşılıqlı əlaqədə olan bir neçə sahə ayırd edilir. Bunlar aşağıdakılardır:
1.Geosfera (geo – Yer, sfera – sahə deməkdir) – Yerin bütün səthi, insan yaşayan və yaşamayan bütün sahələr. Yerin landşafı, relyefi, atmosfer, iqlim, Yeraltı və Yerüstü sular (çaylar, göllər, dənizlər, okeanlar və s.) geosferaya aiddir.
2.Biosfera (bio – həyat, sfera – sahə deməkdir) – Yer üzərindəki çaylarda, göllərdə, dənizlərdə, okeanlarda, Yer səthində, torpaqda və atmosferdə yaşayan bütün orqanizmləri, onların yaşadığı mühiti və həyat fəaliyyətini təmin edən məhsulları əhatə əhatə edir. İlk dəfə akad. V. İ. Vernadski tərəfindən işlənib hazırlanmış biosfera təlimi Yerin sferik səthində yaşayıb – çoxalan nazik canlı təbəqəni əhatə edir. Canlıların yaşadığı mühit – biosfera atmosferin müəyyən hissəsini təşkil edir. Biosfera hidrosfera və litosferanın yüksək inkişaf etmiş hissəsidir. Bunların hər üçündə maddə və enerjinin mübadiləsi prosesi baş verir. Biosfera özünəməxsus mövcudluq və inkişaf qanunları olan bütöv bir sistemdir. Biosferanın bu və ya digər ünsürünə təsir edildikdə onun bütöv sistemində dəyişiklik baş verir.
3.Noosfera – hərfi mənası “zəka sahəsi” demək olan bu anlayış insanın şüurlu fəaliyyət göstərdiyi təbiət sahəsini, son nəticədə insan intelekti ilə müəyyən olunan sferanı əhatə edir. Noosferanın elmi anlayışı təbiət ilə cəmiyyətin qarşılıqlı əlaqəsinin ahəngdar inkişafını elə bir səviyyədə təmin etməyi nəzərdə tutur ki, burada insanın səmərəli fəaliyyəti həm təbiətin, həm də cəmiyyətin inkişafında başlıca amil olur.
4.Kosmosfera – Yerə yaxın məkan. İnsanın kosmik raketlər, kosmik gəmilər göndərdiyi, özü getdiyi, intensiv tədqiq etdiyi, gələcəkdə səyahət edə biləcəyi kosmik məkanlar bura daxildir.
5.Nəhayət, bu siyahıya müasir dövrün qlobal problemlərinin mənbə və xarakterini izah etməyə imkan verən texnosferanı da əlavə etmək lazımdır. İnsanın yaratdığı bütün fenomen və proseslərin məcmusu olan texnosferaya şəhərlər, yollar, gəmilər, Yerin süni peykləri, şaxtalar, suvarma qurğuları və s. aiddir.
Noosfer yunanca zəka mənasına gələn “noos” sözündən yaranmış termindir. Dünyada əvvəl geosfer, onun ardından isə biosfer yaranmışdır. İndi insanların dünya miqyasında ünsiyyət yaratmaqları ilə birlikdə dünya noosfer yəni yer kürəsinin bir yanından digər yanına uzanan bir “zəka” aləmi, “fövqəladə bir düşünmə maşını”, torlarla dolu bir “düşünən qəlib” və dünya səviyyəsində bir “şüur” formalaşdırırdı. Noosfer “yaşayan düşüncə toru” mənasını verir. Zehnin gücləri əsrlər boyu noosferin hissələrini yaradıb təkmilləşdirirdi. Nəhayət, qlobal bir varlıq qazanırdı. Çox keçmədən fərqli mədəniyyətlərdən, irqlərdən və ölkələrdən xalqların fərdi şəxsiyyətlərini itirmədən dünya miqyasında şüur və zəka
anlayışlarını birləşdirəcəyi bir sintez formalaşdıracaqdı. Tam olaraq formalaşdığında noosfer ictimai şüur və mənəvi enerjilərin birləşimini özündə cəmləşdirəcəkdir.
Noosferi canlı bir sistem olaraq qəbul etməkdə heç bir tərəddüd görünmürdü. Və təbii ki hər canlı sistem kimi noosferin də özünə görə bir ekoloji tarazlığı var. İndi “noosfer” anlayışı müxtəlif istiqamətlərdə tətbiq olunur. Bu tərəfləri nəzərdən keçirərkən ilk növbədə qeyd edək ki, hər birimiz fərd olaraq bir zehnə sahibik yəni bir daxili dünyamız var. Bu iç dünyamızın formalaşması çoxistiqamətli informasiyanın nəticəsində formalaşır. Yəni zehni yönümüz içərisində yetişdiyimiz mədəni mühit və sonrasında da öz seçimlərimiz nəticəsində yaranır və təkmilləşir. Bütün davranışlarımız zehnimizdə yerləşmiş müxtəlif proqramların nəticəsi olaraq meydana çıxır. Hər birimiz noosfer ilə qarşılıqlı təsir halındayıq. Yəni həm ona nəsə qatır, həm də ondan təsirlənirik. Noosfer anlayışı ilk baxışda gözlə görünməz və mücərrəd bir anlayış kimi başa düşülür. Ancaq heç də elə deyil. Çünki hamımızın zehni onun bir hissəsidir. Və üstəlik də noosferin konkret təzahürlərini hər an hər yerdə görmək mümkündür. İndi əvvəlki dövrlərdə mövcud olan ünsiyyət növlərindən daha çoxuna sahibik.
Noosferdəki dəyişikliklər əlbəttə konkret olanlarla məhdud deyil. Biz onların fərqində olsaq da, olmasaq da mövcuddurlar. Bizim indiki əsas məsuliyyətimiz noosferdə mövcud olan ekoloji tarazlığı qorumağa yönələn fəaliyyətdə olmaqdır.
Noosfer dedikdə kosmosun planetar məkanında yaradılmış olan, insan əqli tərəfindən inkişaf etdirilən və bəşəriyyətin proqressiv mövcudluğu üçün bütün şəraitlərə malik olan alt sistemi başa düşürük. Bununla da biz noosferi insanı əhatə edən vahid sistem, vəhdət şəklində qəbul etmiş oluruq.
“Noosfer” anlayışı tarixin məhsulu olaraq qalmamış şüurun qloballaşması prosesinin geniş vüsət aldığı müasir dövrdə təbii-elmi və fəlsəfi ədəbiyyatda özünə möhkəm yer almışdır. Lakin sosial və təbiinin qarşılıqlı təsir prosesinin inkişaf perspektivlərini əks etdirmək imkanlarına malik olan bu anlayışa istinad verilən konkret məna sahəsində alimlər arasında yekdilliyin olmaması noosferin genezisinin, ümumsosioloji aspektlərinin, məkan-zaman səciyyələrinin tədqiqindən alınan nəticələrin və metodoloji göstərişlərin müxtəlifliyinə səbəb olur.
Noosferin reallığından və bu reallığı əks etdirən müvafiq anlayışın praktiki əhəmiyyətindən yalnız o halda danışmaq mümkündür ki, bəşəriyyət zərurət aləmindən azadlıq aləminə keçmiş olsun. Qeyd etməliyik ki, sosial-təbii hadisə olmaq etibarilə noosferin özünəməxsus mənbəyi, qərarlaşması və real halı vardır. Bu baxımdan noosferin genezisində iki mərhələni fərqləndirmək olar: birincisi: “noosferdən əvvəlki mərhələ” adlanan təbii (kortəbii) mərhələ; ikincisi-sosial (rasional) təşkil olunmuş mərhələ.
Noosfer planetimizdə yeni geoloji hadisədir. Onda insan ilk dəfə olaraq böyük qüvvəyə çevrilir. O, əməyi və fikri ilə özünün həyat sahəsini əvvəllər mövcud olmuş hər şeylə müqayisədə köklü surətdə dəyişə bilər və bunu etməlidir. Onun qarşısında get-gedə geniş yaradıcılıq imkanları açılmaqdadır.
Noosferin tədricən özünün ilkin maddi əsaslarından – Yer biosferindən ayrı salınıb kosmosda məkan-zaman etibarilə yayılmasının genişləndirilməsi obyektiv və qanunauyğun prosesdir. Bu proses artıq başlanğıc götürmüşdür və buna görə də onun sosial-təbiinin qarşılıqlı təsir nəzəriyyəsində və praktikasında nəzərə alınması təbii sayılmalıdır.
Noosfer – insan, texnika, biosfer kimi müxtəlif elementləri və onların əlaqə və münasibətlərini ehtiva edən maddi sistemdir. Bu baxımdan, noosferi “praktiki münasibətdə” səmərəli işləyən bəşər sivilizasiyasının “üzvi bədəni” kimi, “texnoloji münasibətdə” isə insana yaxşı uyğunlaşdırılmış təbii və süni cisimlər sistemi kimi təqdim edilməsi təşəbbüslərinə də bəraət qazandirmaq mümkün deyil.
Noosfer haqqında ən böyük fikir V. İ. Vernadskiyə məxsusdur. O, biosferin yeni bir vəziyyətə keçməsini qabaqcadan xəbər verdi. Həmin yeni vəziyyəti Vernadski “noosfera” adlandırdı. Onun fikrincə insan ən güclü geoloji qüvvəyə çevrilir. Vernadski noosferanın hərəkətverici qüvvəsi kimi yalnız idrakı deyil, həmçinin xalqın ruhu – onun biosahəsi olduğunu hesab edirdi. Vernadskinin fikrincə noosfera biosferanın elə vəziyyətidir ki, o onun qanunları və insan idrakının qarşılıqlı təsiri nəticəsində yaranmışdır. Vernadski noosfer haqqında ümumiləşdirici irs qoyub getməmişdir. O, öz elmi axtarışlarında problemi irəli sürüb, inkişaf etdirib dərinləşdirsə də, onun noosferə həsr etdiyi “Elmi fikir planetar hadisədir” adlı fundamental əsəri alimin sağlığında nəşr olunmamışdır.
Vernadskinin noosfer haqqında təliminin gücü və keçici olmayan dəyəri ondadır ki, o, bir təbiətşünas alim kimi təbiətdə maddə və enerjinin miqrasiyasının geokimyəvi proseslərini tədqiq edərək planetar proseslər və biosferin qərarlaşması və onun dinamik tarazlığının saxlanılması üçün həyatın, canlı maddənin geoloji rolunu aşkar etmişdir. Vernadski düşüncələrinin əsas axarını belə bir fikir təşkil etmişdir ki, insan özünün uzun dövrlər ərzində qərarlaşmış təsəvvrüləri ilə planetimizdə maddə və enerjinin miqrasiyasının təbii dövrlərini yenidən qurmağa və bununla da Yer biosferini dəyişməyə qadirdir.
Noosferin idealist konsepsiyasından fərqli olaraq Vernadski təsəvvürlərində noosfer “bizim planetimizdə “azad zəkanın”, “insan dühasının” yaradıcılıq məhsulu”, təsadüfi hadisə olmayıb, öz nəticələrinə görə insanı əhatə edən təbii mühitdə kəskin təzahür edən təbii hadisə, şüurlu varlıqların – elmin və texnikanın nailiyyətlərinə əsaslanan insanların yaradıcı fəaliyyətinin nəticəsidir. Vernadskinin noosfer konsepsiyasının əsasında belə bir ideya yerləşdirilmişdir ki, azad düşüncəli vahid bütöv bəşəriyyətin ali məqsədi öz mənafeyi naminə ətraf mühiti- təbiəti dəyişdirməkdir. Vernadskinin nəzəri irsində noosfer insanı əhatə edən mühit, təbii hadisə kimi, onun yaradılması isə cəmiyyət və təbiət arasında baş verən və enerji mübadiləsi kimi elmi məlumatlar əsasında təbiətin şüurlu dəyişdirilməsi hadisəsi kimi başa düşülmüşdür.
Noosferi mükəmməl sistem hesab etmək olmaz. Bu gün insanla onu əhatə edən sistem arasında ciddi problemlər vardır ki, bu da qarşılıqlı deqradasiyaya səbəb ola bilər. Belə ki hal-hazırda noosfer tam təşəkkül tapmamışdır. Kapitalist cəmiyyətə xas olan sosium ekologiyanı və bütün alt sistemləri məhv olma təhlükəsi altında qoyur. Bu çətinliyi aradan qaldırmaq təəssüf ki heç də asan olmayacaqdır. Dünya xalqları problemin aradan qalxması istiqamətində məqsədyönlü fəaliyyət göstərməlidirlər.
Ədəbiyyat siyahısı
1. Məmmədov Ə. İnsan haqqında fəlsəfi düşüncələr. Bakı, “Elm”, 2000, 463səh.
2. “Noosferdə Sismik olaylar”, “Mavi Gezegen sayı”, 2000
İnternet resursları
3. www.npg.com.tr/siber - uzaydan- noosfer
Xülasə
Məqalədə noosferin daşıdığı əsas anlamın mahiyyətinə diqqət yetirilmişdir. Noosfer anlayışının inkişaf etdirilməsinin insanların gələcək həyatlarının tənzimlənməsində mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur.
Резюме
В статье уделено внимание основному содержанию ноосферы. Было отмечено особое место в урегулировании будущей жизни людей осмысления ноосферы.
Summary
There is paid attention to the importance of main meaning carrying noosphere in the article. There is noticed that improvement of notion of noosphere played a significantrole in the regulation of people’s future life.
ETİK DAVRANIŞDAN KƏNAR (DEVİANT) DAVRANIŞLARIN YARANMA SƏBƏBLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI
Əfəndiyev Elçin Vüqar oğlu
BDU-nun II kurs magistrantı
Açar sözlər: Etika, deviant, fəlsəfə, insan
Ключевые слова: Этика, девиантное, философия, человек
Key words: Ethics, deviant, philosophy, human
Tarixən bəllidir ki, ağıllı insanın formalaşmasından müasir günümüzədək insanların yaşadığı ərazilərdə müxtəlif adət-ənənələr, etik davranış qaydaları mövcud olmuşdur. Etika sözü yunanca əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106-7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir.
Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil eidilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar. Nəzəri fəsəsfəyə məntiq, qavrama nəzəriyyəsi və metafizika daxildir.
İlk dəfə olaraq Aristotel tərəfindən fəsləfə fənninə Etika adı verilmişdir. Bununla o adətlərin, ənənələrin elmi yaranmasını nəzərdə tuturdu. Ancaq ona qədər artıq etika fəlsəfi düşünmənin tərkib hissinə çevrilmişdir. Bunun arxasında Sofisitlərin insan idrakının arxasında onların adət və ənənələri durması idi. Aristotel fikirləşirdi ki, insan praktikası əsaslı və nəzəri cəhətdən mövcud olan əksetdirməyə yol tapa bilər. Bu baxımdan etika insanın materiya ilə davranışı, bu materiyanın fəlsəfi üsullarla işləyən normativlər əsasında qiymətləndirilməsi və bunun əsasında əldə edilən biliklər əsasında praktikada tətbiqini fadə edir.
Fəlsəfə fənni olan etika belə bir suala cavab axtarır ki, "Mən bu situasiyada necə davranmalıyam?" Bu sualın klassik ifadəsini Kant vermişdir: "Mən nə etməliyəm?" Onun nəticəsi tətbiqi xarakterli etik normalardan ibarətdir. Bu normalar əsasən müəyyən şərtlərə, müəyyən hərəkətlərə ya icazə verir, ya qadağan edir, ya da təklif edir ki, biz də bu barədə araşdırma aparırıq.
Fəlsəfi elmlər sistemində mühüm yer tutan etika insan idrakının ən qədim sahələrindən olan əxlaq haqqında elmdir. Hələ ibtidai dövrdə insanların müəyyən adət-ənənələr, qaydalar, qadağalar və s. formada mövcud olan münasibətləri zaman keçdikcə mürəkkəbləşir, yeni məzmun kəsb edirdi. Bu münasibətlər ibtidai insanların dünya haqqında təsəvvürlərini təşkil edən totemizm, animizm, fetişizm və magiyanın təsiri altında dəyişirdi. Həyat fəaliyyəti prosesində inkişaf edən bu təsəvvürlər əsatir fəlsəfəsinin formalaşmasını təmin etdi.
Əxlaq haqqında elm olan “Etika” fəlsəfənin insan həyatının praktik məsələləri ilə daha çox bağlı olan sahəsidir. O, insanın gerçəkliyəəxlaqi münasibətlərinin qanunauyğunluqlarını, cəmiyyətin əxlaqi şüurunun strukturunu, insanların əxlaqi təcrübəsini, əxlaqi görüşlərini, insan əməllərinin məqsədini, insanın rəftarını idarə edən motivləri, onların mənəvi qiymətləndirilməsinin obyektiv meyarını aydınlaşdırır. Etika «insanın davranışı necə olmalıdır», «insan hansı mənəvi keyfiyyətə malik olmalıdır», «hansı normaları rəhbər tutmalıdır» kimi suallara cavab verməyə çalışır.
Əxlaq nəzəriyyəsi olan “Etika” xeyir, şər, ədalət, borc kimi kateqoriyaların münasibətini təhlil edir, mənəvi hisslər, emosiyalar, vərdişlər, adət və ənənələri nəzərdən keçirir. “Etika” insanın sirlərinə, onun digər insanlarla və bütün dünya ilə münasibətlərinə, insan varlığının ən dərin problemlərinə müraciət edir. Beləliklə, “Etika” əxlaqa və əxlaqi dəyərlərə aid hər nə varsa, hamısını öyrənir.
Lakin “Etika” nə əxlaqı, nə onun prinsip və normalarını, nə də yeni davranış qaydalarını yaratmır, o yalnız bunların mənbəyini və mənşəyini tədqiq edir, insanın davranışı ilə əlaqədar əxlaqi qiymətləndirmənin xarakter və mahiyyətini öyrənir, bunları ümumiləşdirir və sistemləşdirir, əxlaq nəzəriyyələrini formalaşdırır. “Etika” yalnız bu və ya digər hallarda necə hərəkət etmək lazım olduğunu öyrədən normativ elm yox, həm də mürəkkəb və ziddiyyətli əxlaqi münasibətlərin və əxlaqın təbiətini öyrənən nəzəri təlimdir. Aristotel “Nikomax etikası”nda (3, I kitab, I fəsil) yazır ki, “Etika”nın əsas məqsədi bilik yox, əməldir.
Qeyd edək ki, istər bizim, istərsə də digər cəmiyyətdə etikadan kənara çıxma halları da baş verir ki biz bunu deviant davranış olaraq şərh edirik. Deviant davranışı şərtləndirən aşağıdakı amilləri fərqləndirmək mümkündür:
a) Sosial amillər: Evdə və məktəbdən kənar şəraitdə uşağa həmyaşıdlar quruplarının (qeyri – formal), küçənin, sosimun göstərdiyi xoşagəlməz təsirlər sistemi.
b) Pedаqoji psixoloji amillər: Uşaqların ailə tərbiyəsində yol verilən qüsurlar və səhvlər, təlim-tərbiyə müəssisələrində uşaq yeniyetmə və gənclərin tərbiyəsində meydana gələn boşluqlar bu qəbildəndir.
c) Fərdi psixoloji faktorlar: Cəmiyyətə zidd və qeyri-sosial davranışa təkan verən ilkin təbii psixoloji göstəricilər, əxsi sərvət meyilləri davranışın özünü tənzim mexanizmləri, fərdin sosial normalara neqativ münasibətini inkişaf etdirən psixoloji xüsusiyyətlər. Hüquqa zidd davranışın tədqiqi maraq doğuran və çox istiqamətli bir sahədir. Qeyd olunan davranışı izah edən aşağıdakı nəzəriyyələr diqqəti cəlb edir.Bu nəzəriyyələr hüquqa zidd davranışının bəzi psixoloji mexanizimləri,müxtəlif formaları və .s xüsusiyyətlərini daha geniş şərh edir.
Deviant davranış haqqında müxtəlif konsepsiyalar arasında banisi Z. Freyd olan psixoanalitik meylli tədqiqatlar xüsusi yer tutur. Psixoanalizdə pozuntuların əsas mənbəyi “O”-nun strukturunu təşkil edən şüursuz meyllərlə “Mən” və “Fövqəl-Mən”- dən çıxış edən məhdudiyyətlər arasındakı daimi konflikt hesab olunur. Şəxsiyyətin normal inkişafı şüur və şüursuzluq sahələrini balanslaşdıran optimal müdafiə mexanizmlərinin yaranmasını nəzərdə tutur. Freyd həm də təklif etmişdir ki, libido istənilən yaradıcılıq fəaliyyətində çıxış axtarır; insan özünütəsdiqetmə və azadlığa can atır. Lakin azadlıq mədəniyyətin inkişafıyla birgə məhdudlaşır. Libidonun sıxışdırılıb çıxarılması, boğulması seksual enerjinin sublimasiyasına, davranışın sadizm və cinayətə qədər dəyişməsinə gətirib çıxarır.
Neofreydistlər deviant davranışın təbiətini digər davranış pozuntularıyla-nevrozlar, psixasteniyalar, seksual pozuntular, sayıqlama halları, şəxsiyyətin sosial dezadaptasiyasının müxtəlif formalarıyla – yanaşı olaraq nəzərdən keçirirlər. Xüsusi diqqət psixoanalitik işlərdə zorakılıq cinayətinin ilk səbəbi hesab olunan aqressivliyin təbiətinə verilir. Anadangəlmə dərk olunmayan meyllər aqressiv enerjini oyadır: Freyddə bu libidodur; Adlerdə hakimiyyətə, digərləri üzərində üstünlüyə meyl; E.Frommda ölümə, əzab çəkməyə mazoxistik meyl; V.Şutsda yaxın ətraf tərəfdən bəyənilmə və tərəfdaş olmadır. Lakin sonrakı tədqiqatlar göstərdi ki, deviant davranışın mahiyyətini yalnız psixoloji amillərin təhlili əsasında aydınlaşdırmaq olmaz.
Biheviorizm və neobiheviorizmin nümayəndələri B.Skinner, E.Torndayk, D.Uotson sübut edirlər ki, ətraf mühit insanın davranışını tamamilə təyin edir: öyrənmə vasitəsilə insan təcrübə əldə edir, davranışın nəticəsi onun təkrarlanma ehtimalını müəyyən edir. Buna müvafiq olaraq, xarici möhkəmlənmələr həm lider, həm də deviant davranışlı insanın davranışının şəklini dəyişir. Lakin həyat tərzinin proqramlaşdırılması haqqında elm iflasa uğradı. Belə ki, o, şəxsiyyətin özünüdərki və özünüinkişafıyla konfliktə girmişdir. Humanistik yanaşma davranışdakı pozuntuları uşağın öz hissləriylə uyğunluğu itirməsinin nəticəsi kimi nəzərdən keçirir və mövcud tərbiyə şəraitində özünütəsdiqləmə və məna tapmağın mümkün olmamasıyla əlaqələndirilir. Bu yanaşma belə hesab edir ki, aqressiya sosiallaşma prosesinin təhrif olunmasının, xüsusən də, valideynlərin cəzalardan sui-istifadə etməsinin, uşaqlara qarşı qəddar münasibətin nəticəsidir.
Nəzərdən keçirdiyimiz deviant davranış amili daha geniş və maraqlıdır.
Deviant (kənara çıxan) davranış spesifık sosial hadisədir. Belə davranış “məlum cəmiyyətdə rəsmən qərarlaşmış və ya faktik surətdə təşəkkül tapmış normalara (standartlara, şablonlara) uyğun gəlməyən insan fəaliyyəti formalarında [64-65] ifadə olunur”1.
Qeyd etdiyimiz sosial hadisənin daşıyıcıları müəyyən şəxslərdir, bəzi qruplardır. Onlar şüurlu və ya kortəbii surətdə cəmiyyətdə mövcud olan tələblərlə və davranış normaları ilə konfliktə girirlər. İnsanların şüurunda və davranışında deviasiya (kənara çıxma) adətən tədricən yetişir. Bu baxımdan sosiologiyada «ilkin deviasiya» anlayışının işlədilməsi diqqəti cəlb edir. Həmin anlayışın mənasını belə izah etmək olar: ilk vaxtlar müəyyən kənara çıxma hallarına ətrafdakılar, necə deyərlər, barmaqarası yanaşırlar, hər hansı qaydanı pozan şəxs isə özünü bu cür qiymətləndirmir.
Belə kənara çıxma halları isə əhəmiyyətsiz qüsurlar və ya qeyri-əxlaqi hərəkətlərə lap yaxın olsalar da, müəyyən zaman ərzində nəzərə çarpmaya bilərlər. Məsələn, təsadüfi adamlarla spirtli içkilərin içilməsi-ictimai əxlaqın pozulmasına gətirib çıxaran bu hadisə müəyyən müddətdə diqqətdən kənarda qala bilər. Kənara çıxan davranışın ikinci səviyyəsi də vardır; bu, ikinci deviasiya adlanır. Bu halda ətraf sosial qrup və ya rəsmi təşkilatlar tərəfindən həmin davranışın daşıyıcısı açıq şəkildə əxlaq və ya hüquq normalarının pozucusu kimi etiraf olunur. Başqa sözlə, həmin davranışa müəyyən reaksiya özünü göstərir. Kənara çıxan davranışı təhlil edərkən deviasiyanın fərdi və ya kollektiv formalarını fərqləndirmək vacibdir.
Fərdi forma dedikdə, əxlaq və hüquq tələblərinin ayrıca şəxs tərəfindən pozulması başa düşülür. Kollektiv formada isə kənara çıxan davranış müəyyən sosial qrupun (məsələn, cinayətkar dəstənin) fəaliyyətinin ifadəsidir. Həmin qrup özünün qaydalar sistemini, “mədəniyyətini” yaradır və açıq şəkildə qəbul olunmuş normalara qarşı durur.1
Nəzərə almaq lazımdır ki, hər cür kənara çıxma halını [65-66] deviant davranış hesab etmək doğru deyildir. Hərçənd bəzi tədqiqatlarda kənara çıxan davranış və deviant davranış eyniləşdirilir. Onlar eyniləşdirildikdə bütün sosial qruplar və bütün adamlar həmin təriflə ehtiva olunurlar. Halbuki cəmiyyətdə elə bir adam və sosial qrup yoxdur ki, onlar həyatın bütün hallarında mütləq surətdə norma və qaydalara müvafiq hərəkət etmiş olsunlar.2 Deməli, kənara çıxan davranış anlayışı daha geniş məzmuna malikdir.
Ədəbiyyat
1. Тощенко Ж. Т. Социология. Общий курс. М., 2001, с. 256.
2. Вах: Тощенко Ж. Г. Социология. Общий курс. М., 2001, с. 246.
3. Yenə orada: Тощенко Ж. Г. Социология. Общий курс. М., 2001, с. 246.
4. Кудрявцев В. Н. Исследовательская проблемф-социальные отклонения //Социс, 1983, № 2.
5. Тощенко Ж. Г. Социология. Общий курс. М., 2001, с. 248.
6. Yenə orada. 30
7. Галинский Я. И. Социология девиантного поведения как специальная социологическая теория //Социс, 1991, № 4, 74. 29
8. Mənbə: Etika: İncəsənət təmayüllü ali məktəb tələbələri üçün dərslik.- Bakı: 2009.- 160 s.
XÜLASƏ
Tarixən bəllidir ki, ağıllı insanın formalaşmasından müasir günümüzədək insanların yaşadığı ərazilərdə müxtəlif adət-ənənələr, etik davranış qaydaları mövcud olmuşdur. Amma bununla yanaşı onların pozulması halları da müşahidə olunmuş və olunmaqdadır. Etikadan kənar davranışları tənzimləmək üçün müəyyən qaydalar, etiketlər mövcuddur ki, məhz onlar da qeyri-etik davranışları həlli yollarıdır.
РЕЗЮМЕ
Исторически известно, что начиная со времен появления человека разумного и вплоть до наших дней на территории проживания той или иной исторической общности существовали различные обряды, обычаи и традиции, образ жизни. Вместе с тем наблюдаются и случаи нарушения этих обычаев. Для регулирования проблем, не связанных с этикой, таже существовали определенные правила, которые способствовали реализиации неэтичных форм поведения.
SUMMARY
Historically, it is known that from the time of the appearance of Homo sapiens, and up to the present day territory of residence at a particular historical community, there were various rituals, customs and traditions, lifestyle. However, there are also cases of violation of these customs. To control the problem, not related to ethics, tazhe there are certain rules that have contributed realiziatsii unethical behaviors.
NƏZƏRIYYƏ RASIONAL IDRAKIN ƏN YÜKSƏK FORMASI KIMI
Əliəskərli Leyla Namiq qızı,Təbiətşünaslığın
fəlsəfəsi ixtisası, II kurs magistrant, BDU
leyla.aliaskerli@mail.ru
Açar sözlər: elmi idrak, empirik bilik, nəzəri bilik, çıxış müddəaları, anlayış, hipoteza, əqli nəticə.
Key words: scientific cognition, empirical knowledge ,theoretical knowledge, statement provisions, notion, hypothesis, mental conclusion
Ключевые слова: научное познание, теоретические знания, тезисы выступлений , понятия, гипотеза умозаключение, эмпатические знания.
Elmi bilik formalarının şərti ierarxik bir sırasını düzəltsək, şəksiz, nəzəriyyə bu “pilləkanın” ən yuxarı pilləsində yerləşəcəkdir. Belə demək mümkünsə nəzəri biliyin bütün əvvəlki pillələri – anlayış, mühakimə, əqli nəticə, hipoteza, qanun və s. – nəzəriyyənin formalaşması yolunda keçilən özək dayanacaqları, zəruri pilllərdir. Məhz bu formalar nəzəriyyənin meydana gəlməsini hazırlayır, onun ərsəyə gəlməsində tikinti materialları funksiyasını yerinə yetirirlər. Nəzəriyyə nədir sualı ümumməqbul cavabı hələ də olmayan suallardan biridir. Bunun da iki başlıca səbəbi vardır: biri nəzəriyyə kateqoriyasının mürəkkəbliyi, tərkibinə daxil olan nəzəri bilik formalarının vahid sistemdə birləşməsidirsə, digəri nəzəriyyənin müxtəlif elmi bilik sferalarının inkişafında işlək alət funksiyasını yerinə yetirdiyindən, həmin elmi bilik sahələrinin nümayəndələri tərəfindən fərqli izah edilməsidir.
Ən ümumi şəkildə elmi idrakın məntiqi və metodologiyası problemlərinə həsr edilmiş ədəbiyyatda belə bir fikir formalaşmışdır ki, nəzəriyyə təbiət, cəmiyyət və təfəkkür hadisələrinin düşünülməsi və idrakına yönəlmiş hər cür rasional fəaliyyətdir. Nəzərə alsaq ki qneseologiyada nəzəri fəaliyyət dedikdə abstraktlaşdırma, ümumiləşdirmə, sərfnəzəretmə, anlayışyaratma, hipetoza irəli sürmə, onun verifikasiyası və falsifikasiyası və s. əməliyyatlar başa düşülür. Rasional fəaliyyətin və rasional təfəkkürün bütüb formaları nəzəriyyə sisteminin elementləri və tərkib hissələridir. Onların hər birinin nəzəriyyə sistemində yeri, rolu, digər elementlərlə nisbəti problemlərinin tədqiqi bizim bu yazımızın törəmə məqsədlərindəndir .
Hər bir inkişaf etmiş nəzəriyyənin strukturuna aşağıdakı komponentlər daxildir:
-
Nəzəriyyənin ilkin şərti olan empirik bilik – faktlar, məlumatlar, onların ilkin məntiqi-riyazi ümumiləşdirməsi məhsulları;
-
Nəzəriyyənin əsaslandığı çıxış müddəaları fərziyyələr, idealizasiyalar, prinsiplər, aksiyomlar, postulatlar, qanunlar və s.
-
Nəzəriyyənin çıxarılması mümkün olan potensial nəticə və gümanlar.
Nəzəriyyənin strukturu bir sıra digər mənbələrdə də oxşar şəkildə verilir. Onları müfəssəl araşdırmadan, onu qeyd etmək vacibdir ki, bu sxem basmaqəlib şəklində mütləqləşdirilə bilməz.
Söylədiklərimizdən belə bir qənaət hasil olur ki, nəzəriyyəyə az-çox optimal tərif vermək üçün əvvələn nəzəriyyənin necə qurulduğunu, hansı elementlərdən təşkil edildiyini, həmin elementlər arasındakı əlaqələrin xarakterini, bir sözlə, ona sistemli yanaşmaq, yəni ona tarixi mövqedən yanaşmaq; necə yarandığını, inkişafını, təkmilləşməsini, hansı təməl müddəalar üzərində qurulduğunu öyrənmək; nəhayət nəzəriyyənin idrak prosesinin həm nəticəsi həm də yekunu, düyün nöqtələri olmaqla prosesdə oynadığı idraki (qneseoloji) rolu bilmək zəruridir. Biz də bu tələblərə əməl etməyə çalışacağıq .
Elmi idrakın inkişafında uyğunluq prinsipi. Bunu izah etmək üçün elmi biliyin inkişafı haqqındakı əsas konsepsiyalara nəzər salaq :
-kumulyativ nəzəriyyə. Tərəfdarlarının fikrincə elmi biliyin inkişafı kumulyativ ( yığma ) xarakter daşıyır. Dəlil kimi bu nəzəriyyənin təmsilçiləri buna istinad edirlər ki , elmi biliyin çağdaş vəziyyəti və statusu bu fikri təsdiqləyir . Belə bir təəssürat yaranır ki, elmi biliyin inkişafı düz və rəvan bir yolla gedir. Bu yolda müəyyən yayınmalar, sapmalar, əyrintilər olsa da onlara məhəl qoymaq lazım deyildir .
Paradiqmatik nəzəriyyə. Bu konsepsiyanı Amerika alimi Tomas Kunun adı ilə bağlayırlar çünki o, Kunun adını çəkdiyimiz əsərində geniş və müfəssəl şərh edilmişdir. Ədalət naminə qeyd etməliyik ki, bu konsepsiya Kundan xeyli əvvəl rus alimi S. R.Mikulinskinin 1964-cu ildə “Voprosi filosofii“ jurnalında çap edilmiş məqaləsində şərh edilmişdir. Çox qısaca konsepsiyanın məğzi bundan ibarətdir: elmi biliyin inkişafı ikimərhələli bir prosesdir. Birinci mərhələni Kun normal mərhələ adlandırır. Bu mərhələ müxtəlif səbəblər üzündən uzun bir zaman kəsiyində də baş verə bilər. digər halda qısa bir zamanda da. Həmin dövrün xarakterik xüsusiyyəti odur ki, bu müddətdə baş verən və ya aşkarlanan obyektlər, onların xassə və əlamətləri alimlərin və praktik işçilərin sərəncamında olan elmi alətlərin tətbiqi ilə qalıqsız təfsir və izah edilirlər, təəccüb doğuracaq bir məqam qalmır .
İkinci yol daha uzun zaman kəsiyində baş verir. Bu halda köhnə paradiqmanın ehtiva etdiyi nəzəriyyələr, prinsiplər, postulatlar, yanlış olduqlarından və ya yeni, daha yenilərlə əvəzlənirlər .
Pozitivist nəzəriyyə. XIX əsrin sonu və XX əsrin əvvəlinci onilliklərinin məhsulu olan bu nəzəriyyənin yaradıcıları fransız Oqyust Kont və ingilis Herbert Spenser sayılırlar. Pozitivistlərin əsas məhək müddəaları budur ki , hər bir pozitiv elm özü qarşılaşdığı problemlərin nəzəri-fəlsəfi aspektini özü həll edir, ona görə də xüsusi bir fəlsəfənin mövcudluğuna ehtiyac yoxdur. Pozitivist ruhda böyüyən və fəlsəfi cəhətdən formalaşan T. Kun sözügedən bu ziddiyyəti qavramış və buna reaksiya olaraq adıçəkilən əsərini yazmışdır. Kun konsepsiyasının bir sıra çatışmazlıqlarına baxmayaraq, onun böyük uğuru elmi biliyin, yeni elmi biliyin istehsalı mexanizmi və qanunauyğunluqlarının adekvat tədqiqindən ibarətdir. Əsərdə elm tarixinə məntiqi və konkret yanaşma üstünlük təşkil edir .
Reduksionist nəzəriyyə. Reduksionizm bütün elm sahələrində mövcud olan və ya meydana çıxan, materiyanın konkret struktur səviyyəsinə aid olan fenomeni daha sadə təşkil formalarına aid olan qanun, nəzəriyyə və xassələrlə izah etməkdən ibarətdir. Onlar hesab edirlər ki, mikrosəviyyədə olan bütün xassələri tam və adekvat izah edən bir modelin olması makrosistemin də adekvat izahının olmasının təminatıdır.
Ötəri toxunduğumuz bu konsepsiyaların heç birini nə qeyd-şərtsiz qəbul etmək , nə də eyni dərəcədə kənara atmaq mümkündür . Bütövlükdə olmasa da onların hər birində şəksiz rasional məqamlar vardır və məqbul sayılmalıdır. Həmin rasional məqamlar elm fəlsəfəsində “uyğunluq“ adlanan qanun ətrafında cəmlənir.
Nəzəriyyənin formalaşması mexanizmi. Nəzəriyyə nədir sualını cavablandirmaq xeyli ağır və çətin bir vəzifədir. Bu çətinlik iki məqamla bağlıdır: birincisi, nəzəriyyə kateqoriyası bütün elm sahələrində tədqiqat obyekti olduğuna görə, onunla müxtəlif bilik sahələrinin təmsilçiləri məşğul olurlar. Məzmunları önə çəkilir, bu baxımdan da həmin nəzəriyyə haqqında fikir söylənilir: o, ya məqbul sayılır, yaxud qeyri – məqbul, ya həqiqət sayılır, yaxud yanlış, ya dəstəklənir yaxud da rədd edilir. Nəzəriyyə mürəkkəb sistem olduğundan mübaliğəsiz demək olar ki, o şüurun, elmi biliyin bütün formaları ilə bu və ya digər əlaqədədir. Bunları sadədən mürəkkəbə prinsipinə uyğun olaraq aşağıdakı kimi sıralamaq olar: faktlar, anlayış, (xüsusi elmi və ümumelmi anlayışlar), mühakimə, əqli nəticə, fəlsəfi kateqoriyalar, ideya, problem, prinsip, simvollar, riyazi əməliyyatlar və qaydalar, hipoteza, qanunlar, paradiqmalar .
Nəzəriyyə gerçəkliyin ideallaşdırılmış inikasıdır. Nəzəri təfəkkür idrakda formalaşan və istifadə edilən anlayış və abstraksiyaların təbiəti, funksional xüsusiyyətləri haqqında düşünmək və müəyyən konseptual mövqe nümayiş etdirmək hər bir elm sahəsinə xasdır. Təsadüf deyildir ki, bu problemə müxtəlif bilik sahələrinin ən görkəmli nümayəndələrinin elmi yaradıcılığında ön yerlərdən birini tutur. Nəzəriyyə elmi bilik sahələrinin yetkin mərhələsinin məhsulu kimi yaranır. Bu da çox təbiidir, çünki hər bir elmin məhz ilkin səviyyəsində nəzəriyyənin formalaşmasının dayaqları olan nəzəri-məntiqi formalar təşəkkül tapır . Heç bir nəzəriyyə gerçəkliyin bu və ya digər sahəsinə daxil olan obyektlərə xas olan bütün səviyyələrdən və laylardan olan müxtəlif xarakterli və məzmunlu əlaqələri tam şəkildə inikas etdirə bilməz. Əslində qneseoloji məqsədlərə uğurla nail olmaq üçün bu heç lazım da deyil, çünki qarşıya qoyulan hər bir koqnitiv vəzifə müəyyən tipli və müəyyən məzmunlu bu konkret aspektdən mühüm xarakterli əlaqə və xassələrin öyrənilməsi vacibdir .
Bütün digər əlaqələrdən bu hal üçün lazım olmadiqlarına görə, sərfnəzər edilir. Lakin bu sərfnəzər, empiriklərin düşündükləri kimi ixtiyari xarakterli ola bilməz. Əgər biz bu ixtiyari metoddan istifadə edərək hərəkət etsək, onda Lokkun dediyi vəziyyət yaranar. Əgər “insan“ və “ay“ sozləri ilə işarə edilən mürəkkəb ideyalardan onları fərqləndirən cəhətləri atsaq , onlar üçün ümumi olanları saxlasaq və onlardan yeni mürəkkəb bir ideya yaratsaq və ona “heyvan“ adi versək onda insanla yanaşı müxtəlif digər varlıqları da ehtiva edən ümumi termin yaratmış olarıq. Bu yolla biz yalnız sadə empirik anlayışlar yarada bilərik, cunki burada ayrılan xassələr hissi-qavrayış xarakterlidirlər .
Nəzəriyyələrin təsnifatı prisipləri. Əvvələn qeyd etməliyik ki, nəzəriyyənin bu və ya digər təsnifatı o zaman işlək və məhsuldar olar ki, o, genetik, məzmun və funksional baxımdan bir – birinə oxşar, qohum hadisələr qrupuna aid olsun. Bu halda nəzəriyyələri müəyyən siniflərə, tiplərə və növlərə ayırmaq məqbuldur. Təsnifatın əsasında nəzəriyyənin tədqiqat prinsipinə xas olan obyektiv xassə və münasibətlərin xarakterik cəhətləri götürülməlidir. Bu baxımdan elmdə mövcud olan nəzəriyyələri iki böyük sinifə ayırırlar: məntiqi – riyazi nəzəriyyələr və gerçəkliyin müxtəlif sahələrindən, müxtəlif yol və vasitələrlə toplanmış konkret empirik materialları tədqiq edən nəzəriyyələrə. Birinci sinifdən olan nəzəriyyələrə cəbri və həndəsi nəzəriyyələr, çoxluqlar nəzəriyyələri, bir sözlə bütün məntiqi – riyazi nəzəriyyələr aiddir ki, bunlar riyaziyyat vı riyaziyyatla baglı elmi biliyin təməli funksiyasını yerinə yetirirlər.
Nəzəriyyələrin başqa bir təsnifatında onları fenomenoloji və qeyri fenomenoloji növlərə ayırırlar. Bu bölgünün əsasında nəzəriyyənin funksional inkişaf dərəcəsi durur. Əgər nəzəriyyə yalnız müşahidə edilən funksiyanı yerinə yetirirsə, onların mahiyyətinin açılması və izahı ilə məşğul deyilsə, bu cür nəzəriyyələrə fenomenoloji nəzəriyyələr deyilir.
Nəzəriyyənin qurulması metodları. Hər bir nəzəriyyənin qurulması üçün müvafiq hadisələr və proseslər sahəsində təməl funksiyalar yerinə yetirən anlayışları müəyyənləşdirmək, onları simvolik şəkildə ifadə etmək, bu anlayışlar arasında koordinasiya və subordinasiya əlaqələrini aydınlaşdırmaq zəruridir. Nəzəriyyənin qurulmasında hələ nəzəri izahını tapmamış və deməli, nəzəri bilik sferasına daxil olmamış empirik məlumatların da müəyyən rolu vardır. Nəzəriyyənin empirik imkan şərtləri adlanan bu məlumatlar sırasına əvvələn, bu və ya digər bilik sahəsində qoyulan və həyata keçirilən təcrübədə alınan pərakəndə məlumatlar, sonra da həmin məlumatlar kütləsinin empirik ümumiləşdirilməsi vasitəsilə alınan empirik qanunlar daxildir.
Empirik qanunlar təbiəti etibarı ilə təzahüri xarakter daşısalar da , nəzəriyyənin qurulmasında önəmli rol oynayırlar. Biliyin nəzəri bazisi və dünyanın elmi mənzərəsi elementləri çıxış anlayışları, prinsipləri və hipotezaları fərqləndirməklə nəzəriyyənin qurulması üçün zəruri olan prinsiplər, postulatlar, irəli sürülən hipotezalar nəzəriyyənin əsasını təşkil edirlər. Bunlar da öz növbəsində iki qrupa bölünür: birincilər sırasına köhnə, artıq qismən, ya bütövlükdə məlum olan anlayışların dəyişmiş şəraitə ekstrapolyasiyası aid edilir; ikincilər sırasına isə, prinsipcə yeni olan, elmi biliyin inkişafının tələbi ilə nəzəriyyəyə daxil edilən, yeni “elmi alətlər “ aid edilir.
XÜLASƏ:
Məqalə nəzəriyyənin elmi idrak üçün olan əhəmiyyətindən bəhs edir. Bu anlayış nəzəri biliyin bütün əvvəlki pillələri arasında ən sonuncusu və ən əhəmiyyətlisidir .
Резюме:
Статья посвящена анализу роли теории в научном познании. В этом понимании теоретические знания являются самыми верхними и значимыми среди всех предыдущих ступеней познания.
Summary:
This article analyzes the role of theory in scientific knowledge. In this understanding of the theoretical knowledge are the most important and top of all the previous stages of cognition.
Ədəbiyyat siyahısı
1. Əhmədli C. Nəzəriyyə , onun tipləri və funksiyaları. Bakı: 2008, 238 s.
2. Məmmədov Ə. Rasionallıq və qeyri rasionallıq. Bakı: 2010, 880 s.
SOSİAL-MƏDƏNİ MÜHİTIN XÜSUSİYYƏTLƏRİ
dos. Kazımi Pərviz F., kitabxanaşünaslıq kafedrası, BDU
dos. İslamov İslam Ə., fəlsəfə kafedrası, BDU
Ключевые слова: классификация, история развития, развитие классификации, классификация информации.
Key words: Classification, story development, development of classification, classification of information.
Açar sözlər: təsnifat, inkişaf tarixi, təsnifatın inkişafı, informasiyanın təsnifatı.
Mütəxəssislər sosial-mədəni mehitin öyrənilməsi zamani bu mühitin forma-laşmasına təsir edən amilləri əsasən aşagidakı kimi qruplaşdırir.- genetik amillər, -cografi amillər, -etnik amillər, -dini amillər,-siyasi (ideolojı) amillər. Müasir qlobal informasiya məkanını müxtəlif areallarda xarakterizə edən sosial-mədəni mühit son nəticədə qlobal informasiya məkanında həledici amilə çevrilir, yeni dəyərlər sistemi yaradır, yeni meyarlar ortaya çıxır. Belə ki, müasir dövrdə sosial-mədəni mühit artıq regional və lokal xüsusiyyətlərini itirir və qloballaşır. Bu baxımdan problemin bütün aspektlərdən öyrənilməsi aktualdır.
Hazırkı tədqiqatda problemin yalhız bir istiqamətini araşdırmaga çalışacagıq.
Türk xalqlarının etno-mədəni areallarını öyrənən zaman bir çox problemlərlə üxləşirik.Məsələn,Türkmənistan mədəniyyətinin mənbəyi və mənbəşünaslıgının tədqiqi və ciddi akademik informasiyanın əldə edilməsi xeyli çətinliklərlə qarşılaşır. Belə ki çox sayda çap olunmuş və vertual məkanda informasiya kütləsini oxumaq,təhlil etmək lazım gəlir ki, materialların mənasız, əsassız və bəzən də qərəzli oldugunu yalnız sonda və çətinliklə müəyyənləşdirə bilirsən. Əlbətdə bunun üçün də oxucunun müəyyəm hazırlıq səviyyəsi tələb olunur. Nəzərə alınsa ki, Türkmənistan türkdilli cografiyanın mühüm bir hissəsini təşkil edir,oguz boylarının,türk mifologiyasının, türk-islam dövrünün görkəmli alimlərinin vətənidir, odur ki problemin öyrənilməsi çox əhəmiyyətlidir.
Müasir tədqiqatçının istifadə edəbiləcəyi çox sayda informasiya kütləsi əsasən iki qrupa bölünə bilər -çox böyük həcmdə vertual məkanda təqdim olunan materiallar və ondan da az olmayan çap məhsulları.
Məsələn, "Fərqanə" adlı nüfuzlu Beynəlxalq İnformasiya Agentliyinin Mariya Yanovski adından yayınladıgı "Türkmənlər-asketlərin, inklərin, qədim şumerlərin və sərt norveçlərin əcdadlarıdır" adlı analıtik yazısı diqqətimizi cəlb edir.
Tədqiqatçı, Türkmən alimi Odeq Odeqovun əsərlərini təhlil edən M.Yanovski belə bir fikir ifadə edir. "Fərqanədə O.Odeqovun iki kitabını oxumaq imkanı əldə etdim. Birincisi, "Biz- asiyalılar, arilər, türkmənlər",ikincisi " Dünyada türkmən izi".
Nəzərə alsaq ki, O.Odeqovun Türkmənistanın əməkdar elm xadimi, Türkmənistan EA-nın həqiqi üzvü, geofizika və gealogiya sahəsində elmlər doktoru və professordu əlbəttə bu kitabları əldə etmək və oxumaqı biz də istərdik. Lakin ilk mənbələri əldə edə bilmədiyimiz üçün M.Yanovskinin təhlilləri ilə kifayətlənməli oluruq.
Kitabda toplanmış materialların mövzusunu öyrəndikcə bu əsərin orijinalını tapmaq və alımin tarixi proseslərə orijinal baxışlarını öyrənmək daha çox fikrimizdən keçir.Yalnız məqalənin sonunda məlum olur ki M.Yanovski linqvo-arxiologiya, mürəkkəb etno-mədəni mühitin öyrənilməsi kimi problemlərdən çox uzaqdır. Məsələn məqalənin sonunda məlum olur ki, M.Yanovski Moskvanın yaxşı orta məktəblərindən birində oxuyan 15 yaşlı qızından məsləhət alır və qızı ona şumerlərin mixi yazı ilə yazdıgını xatırladır.
Əlbətdə, hər bir hazırlıqlı oxucu sonunda başa düşür ki, bu tip tədqiqatlar məhz tədqiqatçının uşaqlarının yaxşı məktəblərdə oxuması məqsədi ilə yazılır. Yoxsa M.Yanovskinin nə işinə var şumerlər,inklər, türkmənlər kimdir.
Tədqiqatçı mülahizələrini məyusluqla bitirir. Məyuslugun səbəbi belə anlaşılır ki. "əyər bir ölkədə kəndli kəndi ilə, məmur idarəetmə ilə, alim elmlə məşguldursa, bu pisdi. Əyər bir orta dərəcəli jurnalist Türkmənistan Elmlər Akademiyasına elmsiz deyərsə, bu yaxşıdı".
Görkəmli şumeroloq alim S.Kramer də uzun illər apardıgı təgqiqatlarının sonunda məyus olur. "Tarix şumrerdə başlanır" əsərində o etiraf edir ki, bütün ömrünü Sami xalqlarının əcdadlarını axtarmaga sərf etmiş və müəyyən olduqdan sonra ki, şumerlilərin dili kumilyativ dillərə aiddir və buna uygun öələn dil bu cografiyada yalnız türk əsilli xalqlardılar təbii bir məyusluq yaranmışdı. Bu ğörkəmli alimin məyuslugu ilə tədqiqatçı M.Yanovskinin məyuslugu xeyli fərqlidir.
Əlbətdə ğörkəmli alim O.Odeqovun əsərlərini oxumaq istəyimiz onunla baglı deyil ki, orada yazılanlar "quran ayəsidir". Əlbətdə bizimdə oxudugumuz, araşdırdıgımız bir sıra bildiklərimizlə tutuşdurub bəzi hallarda razılaşmaq, bəzən razılaşmamaq, hətta müəlliflə mübahisə edə biləcək nəticələrlə sonuclana bilər. Lakin bütün hallarda tədqiqatçı M.Yanovskinin istehzası bizə yaddir. Məsələn XIX əsrin ortalarinda inğilis zabiti Rolinson Bisitun daglarındakı yazıların oxunması zamanı mətnlərdə olan simvallardan birini "mən" olaraq qəbul etməsi, onun qədin fars dilində qarşılıgının "Aham" olması və by kəlmənin qədim cami dillərində "Adam" sözünün transformasiya olunmuş versiyası kimi qəbul edilməsi bu konsepsiyanın əlehdarlarının da etirazına səbəb olmuşdu.İstehza elmi əsası olmayan və əlacsızlıqın ifadəsidir.
Mixi yazı şəkilli yazının (piktoqrafiyanın) bsəsli əlifbaya kecməsi prosesində bir aralıq alifbadır. Heca əlifbası da aralıq əlifbadır. Odur ki, "məktəbli" tövsiyəsi ilə nəticə çıxaran araşdırıcı hiddətlənir. Nədən? Akademik O.Odaqovun arqumentlərinə qarşı nə irəli sürür? Heçnə.
Peşəkar tədqiqatçı irəli sürdüyü fikirləri konkret nəzəri konsepsiyaya əsaslanan mütəxəssis türkdilli etnonim və toponimləri peruda, mesapatamiyada skandinaviyada axtarır və diqqəti cəlb edən nəticələr əldə edir. Bu tarixi təcrübə diğər super etnoslara da aid edilir. Məsələn sami dilli etnonim və toponimlər də böyük bir cografiyada hələ də qorunub saxlanılır. Buna təccüb və hiddət göstərmək problemin elmi həllindən uzaq olmaq deməkdir.
90-cı illərdə "Qaraqum" çölündə aparılın ciddi arxeolojı qazıntılar antik dövrün əhəmiyytli mədəni mərkəzlərini üzə çıxardı. Bu cografiyanın mavərənnəhr mədəniyyəti ilə əlaqələrinin olması, inancları və mifalogiyasında yaxınlıq elementləri müəyyənləşmişdi.
Ümumbəşər tarixinin varislık konsepsiyası ümumiyyətlə mütəxəssislərin əksəriyyəti tərəfindən qəbul edilir. İnsan cəmiyyətinin bugünki nailiyyətləri dünyanın müxtəlif xalqlarının minilliklərlə yaratmış oldugu, yaradaraq paylaşmış, paylaşdıqca zənginləşən və mükəmməlləşən ümumbəşəri nailiyyətlərdir. Müzakirə bu proseslərin alqoritmi və ümumbəşəri nailiyyətlərdə iştirak dərəcəsi üzərindədir. Bu zaman siyasi və ideolojı maraqlar toqquşur və məyusluq, hiddət, dezinformasıya və müxtəlif müəllif və ideyaların "jonqlorlugu" qarşıya çıxır.
Türkmənistanın İran sərhədləri yaxınlıgında, Annau ərazisindəki xarabalıqlarda yeni və həle haqqında geniş məlunat verməkdə çətinlik çəkilən bir mədəniyyət mərkəzi arxeoloqlar tərəfindən üzə çıxarılmışdı. Amerikanın Pensilvaniya universitetinin mütəxəssisi doktor Frederik T.Xibertin apardıgı arxeolojı gazıntılar zamanı üzərində yazıya bənzər 4-5 sinvov həkk olunmuş bir daş parçası üzə çıxmışdı. Alim bu tapıntı ilə əlaqədar Harvard universitetində keçırilən "Dil və arxeologiya" problemlərinə həsr edilmiş simpoziumda çıxış etmişdi. O qeyd etmişdi ki, "Biz demək olar ki yeni bir qədim sivilizasiya üzə çıxarmışıq. "Bu o dövrə aiddir ki, Misir piramidaları üç yüz il idiki gurulmuşdu, Dəclə və Fərat çayları vadisində hokmranlıq şumerlilərdən Babillilərə keçirdi, Çimlilər isə hələ yazını ixtira etməmişdilər.
Tapılmış yazı nümunəsi nə "iki çay vadisi" yazı nümunələrinə nə də qədim iran yazilarına bənzəmədiyindən mütəxəssislərin diqqətini cəlb etmişdi.Harvard universitetinin arxeoloq alimi doktor Karl Lamberq-Karlovski və digər nüfuzlu mütəxəssislər türkmənistanda tapılmış "artifaktlar" barədə fikir yürütmüşdür. Məlum olmuşdu ki, türkmənistan ərazisində antik dövrün böyük sivilizasiya mərkəzləri barədə sovet mütəxəssisləri də araşdırmalar aparmışdı. lakin nəticələr gizli saxlanılmışdı.
Bu sivilizasiyanın mənbəyinin Türkiyə ərazisində oldugunu iddia edən doktor Sarianidi də Türkmənistanda arxeolojı qazıntılar aparmışdı və bu baxımdan mülahizələri diqqətə layiqdir. Müxtəlif fikirlər hələ ümumi nəticələr əldə etməyə imkan vermir. lakin əminliklə demək olar ki , doktor Frederik T.Xibertin dediyi kimi "arxeologiya dərsliklərini yenudən yazmaq lazım gələcək".
Digər bir mənbə Həcir (Xajir) Teymuryana aid olan "Ömər Xəyyam-şair,qiyamçı,astranom" adlı 414 səhifəlik əsəridir. Kitab "Hazhir Teimourian.Omar Khayyam-hiz life and times" adlı əsərin ingilis dilindən rus dilinə tərcüməsidir və Moskvanın AST-astrel nəşriyyatında 2007-2010-cu illərində bir neçə dəfə böyük tirajlarla çap edilmişdi.
Türk xalqlarının kitab və kitabxana mədəniyyətini araşdirarkən mədəni tarixin mühüm mərhələlərindən olan Səlcuqilər dövrünü araşdırmadan keçmək mümkün düyil.Bu baxımdan qeyd olunan əsər nəzərə alsaq ki böyük, tirajlarla elmi mənbə olaraq oxucuların əlinə keçir və tarixi dövrlə əlaqədar düşüncələr yaradır bizim də bu mənbələri öyrənərək təhlil etməyimiz zərurətə çevrilir.
Müəllif İran Kürdüstanında anadan olub böyümüş erməni əsilli bir xanımdır, sonra mühacirət edərək Londonda "Tayms" qəzetində, daha sonra Hyu-yorkda SiBiEs -də xəbərlər proqramında işləmişdi. Peşə xasiyyətnaməsində "Tayms" ona "anadangəlmə diktor", "Faynenşıl tayms" qəzeti isə ona "lütfükar yeni Britaniyalı" kimi qiymət verir.
Min il əvvəl baş vermiş tarixi prosesləri araşdırmaq üçün müəllifin bir sıra göstəricilərə malik olması əsərdə ozünü göstərir.
-Müəllif fars dilində təhsil aldıgına görə dövrön ilk mənbələrini araşdıra bilir.
-Müəllif ingilisdilli tədqiqatlara müraciət edərək nüfuzlu alimlərin fikirləri ilə tanış ola bilir.
Lakin təbii bir sual ortaya çıxır, bu, müəllifin nəyinə lazımdı?Beləisə İranın, Əfqanıstanın, Tacikistanın da çox sayda vətəndaşı həm fars dilini bilir, həm də ingilisdilli mənbələr istifadə üçün açıqdır. Bir diktor və ən yaxşı halda orta səviyyəli jurnalist nədən Ömər Xəyyam haqqında əsər yazaraq bütün Səlcuqlar dövrünü təhlil etsin və müxtəlif tarixi şəxsiyyətlərin siyasi və mədəni portretini yaratsın? Əsərin yazilmaqda məqsədini başa düşmək kifayət qədər çətindir. Dərin elmi mütaliəsi olmayan oxucu bu səbəbləri anlamaqda mütləq çətinlik çəkər.
Müəllif yazır: "Bədr əl-Cəmali Misirin erməni hökmdarıdır. O uşaq yaşlarında Cəlcuqlar tərəfindən tutulur və qul olaraq satılır.Sonralar orduda hərbi karyera yaradaraq bir vilayət hakiminin yanında sərkədə olur.Qahirəyə İsmaililər hökmüdarı tərəfindən Türk əsilli qulamlardan dövləti qorumaq üçün dəvət edilir. O isə bunun əvəzinə hakimiyyəti ələ alır və iran ismaililərinə yardım almaq üçün gəlmiş Həsən Səbbahı Qahirədən qovur." [ s. 396]
Bir kiçik abzasda bu qədər informasiya yükü və onun içində mövcud olan dezinformasiya hər bir oxucuya eyni təsir göstərmir.Məsələn. məlum olur ki, Səlcuqlar dövründə qullara da şəcərə tutulurmuş, uşaq yaşında qul olaraq satılmış Bədr əl-Cəmalinin şəcərəsində hətta onun anasının erməni olması qeyd olunub və ona görə də o "erməni hökmdarıdir".Bununla da Misirin Məmluklar dövrü hakimiyyətinin türk əsilli olması sual altına düşür.
Başqa bir epizodda deyilir: "Alp Aslan Qafqaza soxulur.Gürcüstanın erməni çarı IV Baqrat məcbur olub qızını ona ərə verir.Sonralar bu xanım Nizam əl-Mülkin arvadı olur" [s. 403].
Mütəxəssiz çox sayda suallarla qarşı-qarşıya qalır.Dogrudu Səlcuqilər,eləcədə digər hökmdarlar fəth etdikləri əyalətlərin hökmdarlarının qızlarını alır və sah hərəmxanasında belə "gəlinlərin" sayı çox olardı. Lakin avropa və xristian normalarından fərqli olaraq islam mədəniyyətində bu "gəlinlər" islam dinini qəbul etməli və sarayda heç bir digər milli və dini təzahürlərə yol verməməli idi. Eləcə də erməni kimliyini qoruyub saxlamaq üçün "erməni qriqoryan kilsəsinə" mənsub olmaq lazımdır. Kilsədən uzaqlaşmaq erməni kimliyinin itirilməsi demək idi ki, bunu erməni tədqiqatçıları da etiraf edir.
Kitabın bütün mətnində Səlcuqilərə bəslənilən dərin nifrət özünü göstərir. Dogrudur bəzi tarixi şəxsiyyətlərə nifrət bir çox digər tədqiqatlarda da görünür.Məsələn, görkəmli fransız alimi Jan Pol Ru məşhur " Tamerlan"adlı əsərində (rus dilinə 2006 -cı ildə "Gorkəmli İnsanların Həyatı" seriyasında "maladaya qvardiya" nəşriyyatında çap olunmuş tərcüməsi əsasında) Osmanlı Sultanlarına, xüsusilə də Sultan Bəyazidə nifrəti aydın his olunur. Tarixi hadisələri şərh edərkən "Ankara döyüşünü" həvəslə şərh edir və Əmit Teymurun qələbəsini sevinclə təsvir edir. Sanki Bəyazidi Ankara döyüşöndə, Toxtamışı Səmərqənddə məglub etməklə Əmir Teymur avropanı fəlakətdən qurtarır və müəllifi "xoşbəxt" edir. Lakin bu əsərin əhəmiyyətinə bir o qədər təsir etmir. Müəllif tarixi həqiqətləri öz şəxsi kimliyindən gələn maraqlara qurban vermir.
Kitaba yüksək akademik şəkil vermək məqsədi ilə onun sonuna Səlcuqilərın tam olmayan şəcərəsi və hec bir tarixi-elmi əsası olmayan xəritə əlavə olunub. Lakin isnad və ədəbiyyat siyahısı yoxdur. Kitabın sonunda tərcüməçinin kiçik şərhində qeyd edilir ki, Ömər Xəyyam haqqında ən ciddi tədqiqatlar Sovet dövrünün fars-tacik ədəbiyyatının tədqiqat əsərləridir. Deməli 414 səhifəli agır kompozisiyalı kitabı əbəs yerə oxuduq və zamanımızı hədər etdik.
Başqa bir mötəbər mənbədə [5] Oguzlar haqqında maraqlı və zəngin materiallarla rastlaşırıq.Materiallar arxeolojı və ilkin mənbələrə əsaslanaraq mütəxəssislərə xeyli maraqlı faktlar təqdim edir. Altı oguz tayfa birlikləri, doqquz oguz fayfa birlikləri haqqında, göy-türk dövləti və bir çox digər maraqlı və mötəbər məlumatı əldə etmək mümkündür.Məlumatın nöqsanlı təqdimat formasından başqa bir sıra ümumiləşmələrlə də razılaşmamagımızın səbəbini şərh edək.
Resurs sahibləri məlumatı kütləvi oxucu kontingenti üçün ünvanladıqları üçün tarixi faktlara isnad vermir və edilən ümumiləşmələrin hansı mütəxəssis tərəfindən edildiyi də göstərilmir.Bu zaman müzakirə və mübahisə obyekti aradan çıxır və material elmi mahiyyətini itirir. Məsələn, resursda qeyd edilir ki, eramızdan əvvəl 2-ci əsirdən eramızın 5-ci əsrinə qədər yalnız Oguz tayfalarının siyasi birliyinə "türklər" deyilib. Bundan belə nəticə çıxarmaq olar ki,oguz olmayan türkdilli xalqlar türk adlanıla bilməzlər. Belə bir ümumiləşmə ilə razı olmasaq da müzakirə aparılacaq mənbə yoxdur.
Lakin qeyd etməliyik ki, Türk xalqlarının tarixən dil və dini müxtəlifliyə taleyrantlıgı bir çox mənbələrdə öz təsdiqini tapır. Resursda deyilir-"Orxon yazılarında oguz və göy-türklər arasında fərq qoyulmur.Oguzlar və göy-türklər eyni millətdilər və "Türk" siyasi birliyi ifadə edən addır.Bununla da uyqurları türk adlandırmagin yanlış oldugu iddia edilir. Əlbəttə bu kimi materialları da mötəbər məlumat mənbəyi hesab etmirik və yeri gəldikcə yalnız faktoqrafik materialların iqtibasından başqa istifadəyə yararlı oldugunu düşünmürük.
Əldə etdiyimiz son ümumiləşmələr aşagıdakı kimi ifadə etmək olar.
1.İnformasiya məkanı son 20 ildə o qədər "çirklənmişdirki" elmi informasiya kütləsini "bulvar" dediqodularından ayırmaq çətinləşir və bu proses dahada mürəkkəbləşməyə təmaüllüdir.
2.Tədqiqatçı mütəxəssislərin mötəbər elmi informasiya axtarışı cəhdləri çox zaman və xüsusi hazırlıq tələb edir.
3.Elmi informasiyanın istehsalı, toplanması, mühafizəsi və yayılaraq təblig edilməsi əyər texniki və texnolojı sahələrdə iqtisadi amillərə söykənirsə, humanitar sahələrdə siyasi və ideolojı maraqlardan tam asılıdır.
4.Qlobal informasiya məkanında mötəbər informasiya kütləsinin alqı-satqı vasitəsinə çevirmək tendensiyaları cəmiyyəti bu informasıya kütləsinin siyasi və ideolojı təsirlərdən kənar olmasından qarantiləmir.
5.Tədqiqatçının əsərində əyər tədqiqat abyektinə, tarixi dövrə, tarixi şəxsiyyətlərə böyük bir nifrət ifadə olunursa deməli məqsədli və qərəzli əsərdir və kütləvi mütaliəyə tövsiyə olunmamalıdır.
6.Elmi əsərlər əlavə olunmuş ədəbiyyət siyahısının mötəbərliyi və mükəmməlliyi ilə qiymətləndirilməlidir.
7.Elmi əsərlərdə ədəbi personajlar və ədəbi "macaralar" isnad mənbəyi olmamalıdır.
8.Tədqiqatçı tarixi faktları və elmi nəticələri milli,dini və ideolojı maraqlara qurban verməməlidir.
9.Rəsmi dövlər resurslarında təqdim olunan tarixi məlumatlar və ümumiləşmələr bu ümumiləşməni etmiş tədqiqatçıya istinadən verilməli və ya resursun ədəbiyyat siyahısında rəsmi qəbul olunmuş tədqiqatçılar qrupu, ilkin mənbələr göstərilməlidur.
ƏDƏBİYYAT SİYAHISI
1.Xələfov A.A. Kitabxana və cəmiyyət. B: Azərnəşr, 2012. - 360 s.
2. Xələfov A.A. Azərbaycanda kitabxana işinin inkişaf konsepsiyası. Bakı: BDU-nun nəşri.2012.
3.Kazımi P.F. Informasiya mühəndisliyi. Bakı,.: Bdu, 2011, 236 s.
4.Гилмиянова Р.А. библиотеки в социокультурном прастранстве.Баку: БГУ,"Библиотековедение и информация", 2013, 2(11), c.58-66
5. http://turkmenhistory. narod. ru/oguzhistory. html
РЕЗЮМЕ
Характер социокультурного пространства
В статье рассматривается этнокультурное пространство как составная часть социокультурного информационного пространства. Вопросы достоверных источников, книжная культура, информационные массивы, влияющие на социум, анализируются как формирующий фактор в этнокультурном пространстве.
SUMMARY
Nature of social and cultural space
The article deals with ethno-cultural space as an integral part of socio-cultural information space. Questions to reliable sources, the book culture, information files, affecting society, are analyzed as forming factor in the ethno-cultural space.
Dostları ilə paylaş: |