Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əcərlər toplusu. №13 2014



Yüklə 1,05 Mb.
səhifə1/11
tarix01.01.2017
ölçüsü1,05 Mb.
#3894
  1   2   3   4   5   6   7   8   9   10   11

Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əcərlər toplusu. № 13 2014


ISSN 2409-0859

AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ


SOSİAL VƏ HUMANİTAR ELMLƏRİN MÜASİR

PROBLEMLƏRİ

ELMİ ƏSƏRLƏR TOPLUSU

BURAXILIŞ № 13

cild I

BAKI – 2014


Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, mətbu nəşrlərinin reyestrinə

daxil edilmə nömrəsi: 3885, 25.05.2014-cü il. Təsisçi: fəlsəfə elmləri doktoru Qızılgül Y.Abbasova



Ünvan: 1148, Azərbaycan, Bakı, Z.Xəlilov, 23, Bakı Dövlət Universiteti, 2 korpus, otaq 810, tel. 012 438 14 47, sayt www.elmler.com

E-mail: q.abbasova@mail.ru


Sosial və humanitar elmlərin müasir problemləri. Ali məktəblərarası elmi əsərlər toplusu. Buraxılış № 13. Bakı, 2014. 179 s.
Redaksiya həyyəti
Bəxtiyar Həmzə oğlu Əliyev, AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti

Kamilə Ramiz qızı Əliyeva, psixologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti

Rəbiyyət Nurulla qızı Aslanova, fəlsəfə elmləri doktoru, professor Bakı Dövlət Universiteti

Tatyana İvanovna Bilenko, fəlsəfə elmləri doktoru, professor, Droqobıç dövlət pedaqoji universiteti (Ukrayna)

Əziz Bəşir oğlu Məmmədov, fəlsəfə elmləri doktoru, professor,

İzzət Əşrəf oğlu Rüstəmov, fəlsəfə elmləri doktoru, professor,

Ləzifə Nağı qızı Qasımova, pedaqogika elmləri doktoru, professor,

Hikmət Əbdul oğlu Əlizadə, pedaqogika elmləri doktoru, professor,

Rəna Fuad qızı İbrahimbəyova, p.ü.f.d., dos.

Zeynəddin Camal oğlu, Hacıyev fəlsəfə elmləri doktoru, professor,

Qəmər Cəfər qızı Mürşüdlü, f.ü.f.d., dos.

Hüseyn Qaraxan oğlu Məmmədov, f.ü.f.d., dos.

Qızılgül Yasin qızı Abbasova, f.e.d., dos., baş redaktor

Fazil Qulammirzə oğlu Vahidov, f.ü.f.d., dos., məsul katib

Daxil Cahangir oğlu Vəliyev, f.ü.f.d., redaktor müavini
Topluda müasir dövrün aktual problemlərindən bəhs olunur. Məqalələrdə müəlliflər tərəfindən qaldırılan məsələlərin geniş çeşidi dünyamızın tarix, fəlsəfə, politologiya, sosiologiya, pedaqogika, psixologiya, iqtisadiyyat, mədəniyyətşünasliq, sənətşünaslıq və digər sosial-humanitar sahələrdə baş verən proseslərə bir çox yeni aspektlərdən nəzər salmağa imkan verir. Toplunun materiallarından elmi işçilər, ali və orta ixtisas məktəblərinin humanitar fənləri tədris edən müəllimlər, tələbələr və aspirantlar faydalana bilərlər. Məqalələr müəlliflərin redaktəsi ilə çapa verilmişdir.
SOSİOLOGİYA VƏ SOSİAL İŞ
MÜASIR GƏNCLIK: MƏNƏVI-IDRAKI FƏALLIĞIN BƏZI MƏSƏLƏLƏRI
Vahidov Fazil Qulammirzə o., BDU, Sosiologiya kafedrasının dosenti
Açar sözlər: Gənclər, gənc nəsil, gənclərin sosiologiyası, gənclər siyasəti, sərvət yönümləri, sosiallaşma, qloballaşma, sosial fəallıq, mənəvi-idraki fəallıq.

Ключевые слова: молодежь, молодое поколение, социология молодежи, молодежная политика, ценностные ориентации, социализация, глобализация, социальная активность, духовно-познавательная активность.

Keywords: young people, the younger generation, the sociology of youth, youth policy, values, socialization, globalization, social activities, spiritual and cognitive activity.
Gənclər əhalinin böyük sosial qrupu olub, spesifik sosial-psixoloji xüsusiyyətlərə malikdir. Həmin xüsusiyyətlər həm müəyyən yaşla bağlı məqamları, həm də kifayət qədər maraqlı, lakin mürəkkəb, ziddiyyətli mənəvi-idraki dünyanın rəngarəngliyini əks etdirir. Gənc nəslin sosial-iqtisadi, ictimai-siyasi vəziyyəti, mənəvi aləmi təşəkkül tapma, formalaşma anlayışları ilə ifad oluna bilər. Gənclərin sosial-demoqrafik xarakteristikaları obyektiv və subyektiv xarakterli bütöv göstəricilər sistemində öz əksini tapır, digər ictimai qruplarla qarşılıqlı əlaqə və münasibətlərin mürəkkəbliyini, eyni zamanda özünəməxsus­luğunu nümayiş etdirir.

Sosiologiyanın gənclərin problemlərinə xüsusi diqqət yetirilməsi təsadüfi olmayıb, cəmiyyət həyatında onların rolunun artması kimi qanunauyğun meyli ifadə edir. Sosioloji biliyin ayrıca sahəsinin – gənclərin sosiologiyasının təşəkkül tapması, öz nailiyyətlərini, töhfələrini getdikcə artırması bu baxımdan diqqətəlayiq hal kimi dəyərləndirilməlidir.

Gənclərin sosiologiyasının müstəqil sahə kimi təsbiti Varnada (Bolqarıstan) keçirilən 7-ci Beynəlxalq Sosiologiya Konqresində (1970-ci il) olmuşdur. O zaman xüsusi tədqiqat komitəsi yaradılması barədə qərar qəbul edilmişdir. Bu qərar o demək idi ki, elmi biliyin məlum sahəsində həm nəzəri, həm də tətbiqi xarakterli informasiyanın ciddi şəkildə toplanması baş vermişdir. Gənclərin, o cümlədən tələbə gənclərin sosial problemlərinin ən müxtəlif aspektlərdə hərtərəfli araşdırılması dünya sosiologiya elminin ən fəal şəkildə işlənib hazırlanan istiqamətlərindən birinə çevrilmişdir. Buna eyni zamanda 1960-cı illərin sonundan etibarən bir sıra ölkələrdə gənclərin kütləvi çıxışları da ciddi təsir göstərmişdir (13, s.227). Gənclər hərəkatı, gəncliyin submədəniyyəti, əmək, sosial-siyasi, mənəvi-idraki fəallığı, gənclərin müstəqil əmək həyatına qədəm qoyması, sərvət yönümləriindəki dəyşikliklər, qeyri-formal birlikləri, sosial-psixoloji xüsusiyyətləri və s. kimi məsələlər xüsusi olaraq təhlil edilmişdir.

Araşdırmalar göstərir ki, gənclər ciddi axtarışlar aparır, daha dürüst seçimlər etməyə çalışır, cəmiyyətin, dünya inkişafının ən müxtəlif məsələləri barəsində özlərinin maraqlı, orijinal, düşündürücü mülahizələrini bildirirlər. Bu ciddi nikbinlik doğuran ümdə məqamlardan biridir. Ümumilli liderimiz H.Ə.Əliyev respublika gənclərinin birinci forumundakı çıxışında qeyd etmişdir ki, gənclərin qaldırdıqları problemlərin «bir qisminin həllinin indi mümkün olmaması aydındır, ancaq iş burasında deyil, iş orasındadır ki, gənclər düşünürlər, gənclər fikirləşirlər, gələcək haqqında düşünürlər, təkliflər irəli sürürlər» (6, s.312).

Yeri gəlmişkən qeyd edək ki, gənclərin sosiologiyası gənclərə dair çoxplanlı elmi tədqiqatlar kontekstində öz layiqli yerini tutubdur, öz predmetinə və metodlarına görə onlardan fərqli olan xüsusiyyətlərini nümayiş etdirə bilibdir. Etiraf etməliyik ki, gənclərin bir sıra problemləri başqa bilik sahələri ilə sıx təmas vəziyyətindədir; bu, həmin problemlərin birgə səylərlə araşdırılmasını zəruri edir. Gənclərin sosiologiyası sosial psixologiya, aksiologiya, sosiolinqvistika, təhsilin sosiologiyası, tərbiyənin sosiologiyası, pedaqogika, hüquq və s. kimi sahlərlə sıx əlaqədədir. Bu əlaqə və qarşılıqlı təsir gənclərin sosiologiyasının öz predmeti və metodları baxımından nisbi müstəqil sosioloji bilik sahəsi olmasını inkar etmir.

Gənclərin sosiologiyasının problematikası hazırda müstəqil inkişaf yolunu seçmiş ölkələrdə, o cümlədən Azərbaycanda qarşıda duran vəzifələr kontekstində xüsusilə aktuallaşır, yetkinləşməkdə olan nəslin sosial problemlərinin daha dərindən və əsaslı şəkildə araşdırılmasını zərurətə çevirir. Mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, gənclərin yeni sosial-iqtisadi şəraitdə müstəqil əmək həyatına qədəm yolması prosesinin; gənclərin dəyər yönümlərindəki dəyişikliklərin; fərqli sosial-siyasi yönümlü qeyri-formal gənclər birliklərinin sosioloji təhlili çox vacibdir (11, s.509).

Hazırda müxtəlif inkişaf səviyyələrində olan və qlobal çağırışlara münasibətdə fərqli mövqelərdə dayanan cəmiyyətlərdə gənclərin əmək və ictimai fəallığı, o cümlədən mənəvi-idraki fəalığı həm ciddi elmi-nəzəri, həm də əhəmiyyətli praktik məna kəsb edən bir problemə çevrilmişdir.

Gənclərin ən müxtəlif problemlərinə artan marağın konkret ifadəsi kimi bu il oktyabr ayının 29-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılışının olmasını, rəsmi açılış mərasimindən sonra isə formun öz işini plenar iclasda və sessiyalarda davam etdirməsini qeyd etmək olar. Bu mühüm forumun Bakıda keçirilməsi ölkəmizin gənclərə, idmana, mədəniyyətə münasibətdə qazandığı nailiyyətlərin, bütövlükdə fəal inkişaf siyasəti sahəsində göstərdiyi ciddi səylərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilməlidir. Açılış mərasimində geniş nitq söyləyən Prezident İlham Əliyev qeyd etmişdir ki, gənclər cəmiyyətlərin fəal təbəqəsinin nümayəndələri kimi çox yaradıcı və dinamikdir. «Buna görə də tanış olmaq, birgə çalışmaq, bir-birinizin problemlərini anlamaq və yrdım etmək cəhdləri, fikrimcə, çox vacibdir» [3].

Predient İlham Əliyevin nitqində, habelə plenar iclasda və sessiyalarda çıxış edən nümayəndəlrin çıxışlarında öz əksini tapan və müasir qlobal çağırışlar kontekstində ciddi aktuallıq kəsb edən başlıca məsələləri yığcam şəkildə belə formula etmək olar: cəmiyyətin bütün sferalarında gənclərin fəallığının yüksəldilməsi, bunun üçün əlverişli mühitin formalaşdırılması; gənclərin üzləşdikləri problemlərin həlli üçün konkret yolların, vasitələrin tapılmasına daha ciddi diqqət yetirilməsi, bunun üçün milli və beynəlxalq çərçivədə məqsədli proqramlardan, layihələrdən istifadə olunması; gənclərin innovativ proseslərdə iştirakını fəallaşdırmaq məqsədilə onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarığının inkişafına kömək göstərilməsi; gənclərin problemlərinin həllinə, ondarın daha rasional təşkilatlanmasına, müxtəlif layihələrin həyata keçirilməsinə milli institutların daha fəal şəkildə cəlb olunması; cəmiyyətdə gənclərin təşəbbüskarlığının gücləndirilməsi ilə bağlı məsələlərə dövlət tərəfindən daha çox diqqət yetirilməsinin vacibliyi; gənclərin daha çox yaradıcı işlərə cəlb olunmasının təşviqi; gənclər siyasətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, mövcud reallıqların daha dəqiq nəzərə alınması, gənc nəslin sağlamlıq, təhsil və məşğullununun qanunvericiliklə daha optimal şəkildə tənzimlənməsi; gənclərin cəmiyyətə və dünya gənclər təşkilatlarına inteqrasiyasına hər vasitə ilə kömək göstərilməsi; gənclər siyasətinin işlənib hazırlanmasında və reallaşdırılmasında nailiyyətlər qazanmış ölkələrin, o cümlədən Azərbaycan Respublikasının təcrübəsinin öyrənilməsi və yayılması; gənclər siyasətinin mahiyyətli xarakteristikalarını əks etdirən monitorinq və qiymətləndirmə sistemlərinin qurulması; gələcək inkişaf perspektivləri nəzərə alınmaqla gənclərin müxtəlif sektorlarda səmərəli fəaliyyətinin təmin olunması; gənclərin inkişafı üçün yaradılan imkanlardan onların necə yararlanmasının diqqətdə saxlanılması; gənclər siyasətinin təkcə dövlət tərəfindən deyil, həm də özəl sektor, müxtəlif fondlar, donor təşkilatları tərəfindən dəstəklənməsi; gənclərin öz bilik və bacarıqlarını, təbii potensiallarını səmərəli şəkildə reallaşdırması, cəmiyyətdə layiqli yer tutması üçün münasib şəraitin yaradılması məqsədilə konkret dövrlərdə dövlət tərəfindən prioritetlərin müəyyənləşdirilməsi, həmin istiqamətlərdə fəallığın gücləndirilməsi.

Gənclik insanın yetkinləşməsi və inkişafında müəyyən mərhələdir. Həmin mərhələnin xronoloji hüdudları və məzmun xarakteristikası birmənalı müəyyənləşdirilməmişdir. Biz əksər statistiklərin, sosioloqların adətən ayırd etdikləri hüdudları (16-30 yaş) əsaslı sayırıq. Yeri gəlmişkən qeyd edək ki, müxtəlif cəmiyyətlərdə və müxtəlif fəaliyyət sferalarında yaş meyarlarının və hüdudlarının müəyyənlik dərəcəsi olduqca dəyişkəndir.

Sosial baxımdan öz müqəddəratını təyin etmə cəmiyyətdə, dünyada öz vəziyyətini müəyyənləşdirmək deməkdir; deməli, o, mahiyyətcə həm kənara, həm də şəxsiyyətin daxilinə istiqamətlənmişdir, ona görə də gəngin mənəvi-idraki fəallığı nəzərdə tutur. Kim olmalı və nə etməli? suallarına verilən cavab həm qərarlaşmış şəraiti, həm də özünü, öz imkanlarını dəyərləndirməyi tələb edir. Məhz insanın mənəvi-idraki fəallığı sayəsində onun fərdi seçim imkanlarının hüdudları genişlənir. Bu, sosial xarakterin formalaşmasında müstəqillik elementlərinin artmasına, fərdi variasiyaların daha çox rəngarəng olmasına gətirib çıxarır. Lakin xalqımızın milli maraqları ilə şərtlənən əsas prinsip və məsələlərdə onların birliyi, həmrəyliyi olduqca vacibdir. Çünki «1991-ci ilin sonunda Azərbaycanın əldə etdiyi dövlət müstəqilliyi tarixi nailiyyətdir və biz onu qorumalıyıq, saxlamalıyıq. Bunu gələcək nəsillərə daha da möhkəm Azərbaycan dövləti kimi verməliyik» [1, s.122-123].

Məlum olduğu kimi, mənəvi-idraki fəallıq mənəvi tələbatların ödənilməsi sahəsindəki fəaliyyətlə bağlı olan prosesləri əks etdirir. Bu fəallıq cəmiyyətin əldə etdiyi mədəniyyət sərvətlərinin mənimsənilməsi (istehlakı), yaradılması (istehsalı) sahəsindəki fəaliyyəti və yeni informasiyaya (biliklərə) olan tələbatın ödənilməsinə yönəldilmiş fəaliyyəti bir tam halında birləşdirir.

Mənəvi fəallığın bir növü olmaq etibarilə mənəvi sərvətlərin istehlakı şəxsiyyətin fəallığının bütün növlərinin intensivliyinə, səmərililiyinə, deməli, onun formalaşmasına və inkişafına fəal təsir göstərir. Belə ki, fərd mənəvi sərvətləri istehlak etmək vasitəsilə əhəmiyyətli dərəcədə zənginləşir. Unutmaq olmaz ki, mənəvi istehsalın məhsulu daha uzunömürlü olub, istehlak prosesində dəfələrlə iştirak edə bilir, həm də öz istehlakçılıq dəyərini nəinki itirmir, habelə ümumdünya sərvətinə çevrilir. Bu o deməkdir ki, mənəvi sərvətlər, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təkcə bir nəslin deyil, bütöv nəsillərin, o cümlədən gənclərin baxışlarının formalşmasında özünəməxsus əhəmiyyət kəsb edir [2].

Mədəniyyət sərvətlərinin həm istehlakı, həm də istehsalı bir-biri ilə sıx vəhdət təşkil edərək, insanın həyat fəaliyyətinin bütün tərəflərinə dərindən nüfuz edir, deməli, universal xarakter daşıyır [9, s.33]. Bəşər cəmiyyətinin həqiqi sərvəti olan mədəniyyət, onun fəal-yaradıcı mahiyyəti tarixi inkişaf prosesi ilə şərtlənmişdir. Tarixi inkişafın hər bir yeni mərhələsi insanın fəal-yaradıcı mahiyyətinin, onun qabiliyyət, istedad, mənafe və tələbatlarının reallaşmasında yeni imkanların üzə çıxması deməkdir. Lakin mənəvi-idraki fəallıq əməli fəaliyyətin arxa plana keçirilməsi demək deyildir. İdraki fəallıq əməli fəaliyyətlə birləşərək vahid, bütöv bir fəaliyyətə çevrilir.

Yeri gəlmişkən qeyd edək ki, gənclərin mənəvi-idraki fəallığı ilə onun əməli-dəyişdirici fəaliyyətinin qarşılıqlı surətdə əlaqədar olması və nəticədə onların inkişafına bilavasitə təsir göstərməsi baxımından maraqlı olan, indiki şəraitdə xüsusi aktuallıq kəsb edən məsələ biliklərin qiymətləndirilməsində və əqidəyə çevrilməsində prakrik şəxsi təcrübənin rolu məsələsidir. Belə təcrübə bir tərəfdən elmi bilikləri təsbit edir, möhkəmləndirir, digər tərəfdən isə həmin biliklərin qazanılmasının, həyat faktlarının və ictimai hadisələrin dərk olunmasının, mənalandırılmasının səmərəli stimulu kimi çıxış edir. Əməli-dəyişdirici fəaliyyət nə qədər əsaslı və dərindirsə, onun mənəvi-idraki fəallığa, bütövlükdə şəxsiyyətin baxışları sisteminə təsiri də bir o qədər çoxcəhətli və əsaslıdır.

Hazırda müstəqil inkişaf şəraiti bütövlükdə gənclərimizin sosial fəallığına, o cümlədən ideya-nəzəri fəallığına geniş meydan açır. İndiki mərhələdə azərbaycançılıq zəminində yüksək idealların insanların gündəlik mənafeləri, onların zəngin fəaliyyət formaları, əhval-ruhiyyələri ilə real əlaqəsi daha da güclənir, mənəvi amillərin, şüurlu əsasların ictimai tərəqqinin təsirli sürətləndiriciləri kimi rolu daha aydın şəkildə üzə çıxır.

İctimai mənəvi sərvətlərin hamıya müyəssər olması, şəxsiyyətin formalaşmasının çox mühüm əsasını təşkil edən elmi biliklərin geniş yayılması, böyükməkdə olan nəslin elmi-nəzəri təfəkkür vərdişlərinə yiyələnməsi cəmiyyətin fəaliyyətini və təkmilləşdirilməsini optimallaşdırmağın zəruri şərti kimi çıxış edir. Cəmiyyət üzvlərinin, o cümlədən gənclərin mədəniyyət nailiyyətlərindən fəal surətdə istifadə etməsi və bu nailiyyətləri zənginləşdirməsi real təminatlarla möhkəmləndirilir.

Müstəqil inkişafımızın real tələbatlarına və məqsədlərinə uyğun olaraq, cəmiyyət üzvlərinin elmi, texniki və bədii yaradıcılığına geniş meydan verilir.

Lakin nəzərdən qaçırmaq olmaz ki, həyatda gənclərin müxtəlif qruplarının öz mənafelərini tam elmi şəkildə dərk etməsi prosesində müəyyən bir qeyri-bərabərlik vardır. Bu qrupların ictimai xarakteristikaları müxtəlif olduğuna görə onlardan hər birinin sosial təcrübəsinin spesifikliyi, deməli, cəmiyyətin məcmu sosial təcrübəsinə yiyələnməsi dərəcəsində və xarakterində fərqlərin olması şəksiz fakt kimi qiymətləndirilməlidir. Beləliklə, indiki şəraitdə gənclərin müxtəlif qruplarının bütövlükdə əsas siyasi mövqelərinin və mənafelərinin ümumiliyi onların fəaliyyətində müxtəlif xüsusyyətlərin olmasını inkir etmir. Hazırda sosial təcrübəyə şüurlu surətdə yiyələnmək sahəsində həmin qrupların real mövqeləri bir-birinə daha çox yaxınlaşır.

Hazırda cəmiyyətin təkmilləşdirilməsi vəzifələri bu prosesə ləngidici təsir göstərən amilləri aşkar etməyi, onları aradan qaldırmaq sahəsində məqsədyönlü iş aparmağı tələb edir. İnsanı fəal vəziyyətə gətirməyə qadir olan konkret marağın, tələbatın olmaması belə amillər içərisində əsas yer tutur [12, s.41; 7, s.59]. Ona görə də ölkəmizdə gənclərin maraqlarının, tələbatlarının məqsədyönlü şəkildə formalaşdırılması sosial siyasətin mühüm vəzifələrindən birini təşkil edir. Konkret maraq, tələbat olmadıqda obyektiv zərurət şəxsiyyətin keyfiyyətinə çevrilə bilmir.

Ayrı-ayrı adamlarda mənəvi istehsal şeylərinə ciddi tələbatın olmaması müəyyən iqtisadi, sosial-psixoloji amillərin, o cümlədən mənəvi fəallığın öz xüsusiyyətlərindən irəli gələn amillərin nəticəsidir. Belə ki, bədii zənginlşmə sahəsində fəaliyyət könüllü surətdə həyata keçirilir, yeməyə, geyimə, mənzilə olan tələbt kimi məcburiyyət xarakteri kəsb etmir. Bəzən estetik tələbatlarn ödənilməsi ilə şəxsiyyətin fəallığı arasında bilavasitə, dərhal nəzərə çarpan əlaqə olmur. İncəsənətin qavranılması ancaq az-az hallarda dərhal fəaliyyətə gətirib çıxarır, çox vaxt o, şəxsiyyətin həyata münasibətinin dərin ünsürlərinə təsir göstərir. Fərdin rəngarəng sosial və mənəvi tələbatlarına, onun yaddaşına, təfəkkürünə, təxəyyülünə incəsənətin təsiri hər şeydən əvvəl şəxsiyyətin potensial fəallığını formalaşdırır. Belə fəallıq isə çox zaman nəzərə çarpmadan, tədricən, özü də müəyyən şəraitdə real-praktik fəallığa çevrilir. Bu da bir faktdır ki, bəzi adamların mənəvi tələbatı hələ də kifayət qədər inkişaf etməmişdir, onların tələbatının ödənilməsi sistemli, müntəzəm xarakter daşımır [8, s.71-72].

Müasir şəraitdə şəxsiyyətin inkişafının çox mühüm şərti kimi mənəvi-idraki fəallıq daha da təkmilləşdirilir. Bu təkmilləşmə bir neçə istiqamətdə gedir:birincisi, istehsalın mənəvi imkanları artdığından hər bir adam öz peşə fəaliyyəti çərçivəsində mənəvi sərvətlərin istehsalında daha geniş iştirak edə bilir; ikincisi, hər bir gəncin asudə vaxda elmlə, incəsənətlə məşğul olmaq, yeni biliklər qazanmaq imkanları artır, bilik, informasiya və incəsənət şəxsiyyətin həqiqətən ən ümumi fəaliyyət növlərinə çevrilməkdədir; üçüncüsü, yeni informasiyaya olan tələbatın ödənilməsi (informasiyanın alınması, qavranılması, yayılması və praktikada reallaşdırılması) getdikcə daha sistemli və müntəzəm xarakter kəsb edir.

Bütün mənəvi fəaliyyətin mahiyyəti biliklərin əldə edilməsi, yayılması və reallaşdırılması ilə bağlıdır. İnsanın bilik dairəsi nə qədər genişdirsə, o, ətraf aləmə nə qədər dərindən bələddirsə, o, bir o qədər şüurlu və aktiv fəaliyyət göstərir. Biliklərin əldə edilməsi, qiymətləndirilməsi, fəaliyyət prinsiplərinə çevrilməsi - şəxsiyyətin dünyagörüşünün başlıca ünsürləri kimi çıxış edir.

Biliklər qazanılması sahəsində fəallıq spesifik fəaliyyət növüdür. Bu, o deməkdir ki, subyektin vəziyyəti daim yeni biliklər, yeni informasiya axtarışı ilə, onların qavranılması ilə səciyyələnir. Yeni informasiyaya olan tələbatın ödənilməsi yeni tələbat doğurur; tərəqqinin, bəşər həyatının özü sonsuz olduğu kimi idrak prosesi də sonsuzdur. Deməli, böyüməkdə olan nəslin mənəvi-idrak fəallığının artdığı bir şəraitdə təhsilin səmərəli metodlarından istifadə etmək problemi daha aktual məzmun kəsb edir, başqa sözlə, nəyi öyrənmək problemi yox, necə öyrənmək problemi üstün nüfuz qazanır. Əslində necə öyrənmək problemi idrakın subyekti ilə obyektinin daha optimal əlaqəsini necə həyata keçirmək problemidir. Təhsil islahatlarının həyata keçirilməsi sahəsində ciddi addamlar atılması, onun elmi strategiyasının hazırlanması, dünya təcrübəsinin daha geniş şəkildə öyrənilməsi və nəzərə alınması, təkmilləşdirmə institutlarının və kurslarının işinin yaxşılaşdırılması və s. həmin problemin həllinə kömək göstərir.

Məlum olduğu kimi, şəxsiyyət cəmiyyətəzidd hallara qarşı barışmaz mübarizə prosesində formalaşır. Aparılmış sosioloji tədqiqatlar göstərir ki, gənclərin sosial fəallığını, o cümlədən mənəvi-idraki fəallığını yüksəltmək belə hallara qarşı mübarizənin səmərəliliyini təmin edən mühüm amillərdən biridir [10, s.61].

Qeyd etmək lazımdır ki, şəxsiyyətin sosial fəallığının müxtəlif növlərini bir-birindən kəskin hədlərdə ayırmaq olmaz, onlar arasında qarşılıqlı əlaqə və təsir mövcuddur. Məsələn, insanın fəal əmək və ictimai-siyasi fəaliyytə cəlb olunması, fəal vətəndaşlıq mövqeyi onun mənəvi zənginləşməsində, məişətdə sağlam əsasların dərin kök salmasında, istehlakçılıq psixologiyasına, hər cür zərərli hallara qarşı mübarizədə etibarlı, qüdrətli vasitədir. Əgər insan özünü ictimai-faydalı fəaliyyətdə təsbit etməyə qadir deyilsə, onun ancaq öz tələbatlarını ödəməklə bağlı olan şəxsi mənafelərinin dar aləminə qapanıb qalması təbiidir. Ailə-məişət sahəsində sağlam əsasların qərarlaşması şəxsiyyətin formalaşmasına səmərəli təsir göstərir, nizamsızlıq isə onun inkişafına, əmək, sosial-siyasi və mənəvi-idraki fəallığına mane olur. İnsanın intellektual və emosional inkişafı, mənəvi sərvətlərə yiyələnməsi prosesinin sürətlənməsi onun bütün digər fəaliyyət formalarına təsir göstərərək, bütövlükdə şəxsiyyətin real davranışının, fəaliyyətinin daha dolğun, daha zəngin olmasını şərtləndirir. Fəallığın müxtəlif növləri arasında ahəngdarlığın pozulması şəxsiyyətin inkişafında, bütün həyat mövqeyində özünəməxsus iz buraxır.


İstifadə edilmiş ədəbiyyat


  1. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Azərbycan Respublikasının Prezidenti Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciəti. Bakı: 2001.

  2. Azərbycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda nitqi // «Xalq qəzeti», № 216 (27731), 3 oktyabr 2014-cü il.

  3. Azərbycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimində nitqi // «Azərbaycan», №236 (6802), 30 oktyabr 2014-cü il.

  4. Cəmiyyətdə şəxsiyyətin yaradıcı potensialının inkişaf etdirilməsi yolları. Gənc tədqiqatçıların respublika elmi-praktik konfransının materialları (18 aprel 2014-cü il). Bakı: 2014.

  5. Əli Fuat Başgil. Gənclərlə üz-üzə. Bakı: 1999.

  6. Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi. Bakı: 2003.

  7. Вишневский Ю.Р., Шапко В.Т. Социология молодежи. Екатеринбург: 1995.

  8. Кузьмин В.А. Молодежь на пути в ХХ век. М.: 1992.

  9. Кузнецов А.Г. Ценностные ориентации современной молодежи. Саратов: 1995.

  10. Молодежь России: Тенденции, перспективы. М.: 1993.

  11. Российская социологическая энциклопедия. М.: М.; 1998.

  12. Социология молодежи: Учебник. СПб.: 1996.

  13. Тощенко Ж.Т. Социология: Общий курс. 2-е изд., доп. и перераб. М.: Юрайт-М, 2001.

Rezüme


Məqalə müasir qlobal çağırışlar kontekstində gənclərin mənəvi-idraki fəallığının aktual məsələlərinə həsr olunmuşdur. Məqalədə müxtəlif inkişaf səviyyəsində olan cəmiyyətlərdə gənclərin mənəvi-idraki fəallığının artmasını şərtləndirən amillər, habelə həmin prosesi ləngidən başlıca maneələr təhlil edilir. Bu halda müstəqil inkişaf şəraitində sosial fəallıq, o cümlədən mənəvi-idraki fəallıq üçün yeni imkanlar qazanmış Azərbaycan gəncliyinin nailiyyətlərinə və problemlərinə xüsusi diqqət yetirilir.
Резюме

Статья посвящена нравственно-познавательной деятельности молодежи в контексте глобальных вызовов. Анализируются факторы способствующие росту духовно-познавательной активности молодых людей в разных обществах, а также основные препятствия, мешающие этому процессу. В условиях независимого развития Азербайджана появляются новые возможности для роста социальной активности, для духовного и интеллектуальной деятельности молодежи, достижениям которой в статье уделяется особое внимание.


Summary

The article is devoted moral and cognitive activity of youth in the context of global challenges. The factors contributing to the growth of the spiritual and cognitive activity of young people in different societies, and the main obstacles to this process. In terms of the independent development of Azerbaijan, there are new opportunities for the growth of social activity, for spiritual and intellectual activities of young people, the achievement of which is paid special attention.




SOSİAL İNKLÜZİYA VƏ SOSİAL EKSKLÜZİYA: YAŞLI İNSANLAR KONTEKSTİNDƏ
Balayeva Ayşəm Nazim q.

BDU, II kurs magistrantı

Sosioloji tədqiqatların metodları və metodologiyası
Açar sözlər: sosial inklüziya, sosial eksklüziya, dezavantajlı qruplar, yaşlı insanlar, yaşlı insanların sosial inklüziya problemləri.

Ключевые слова: социальная инклюзия, социальная эксклюзия, обездоленная группа, пожилые люди, социальные инклюзивные проблемы пожилых людей.

Key words: social inclusion, social exclusive, disadvantaged groups, older people, the problems of social inclusion of older people.
Bu məqalədə biz əsasən yaşlı insanların sosial inklüziya problemlərini, onların yaşları ilə əlaqədar cəmiyyətin bir çox sferalarından təcrid olunmasından və bunun qarşısının alınması yollarından söz açacağıq. Çünki yaşlılar cəmiyyətin əsas strukturunu təşkil edir. Gənc nəslin yaşlıların təcrübəsinə, məsləhətinə ehtiyacı vardır.

Hal-hazırda sosial inklüziya termini sosial siyasət, sosiologiya, siyasi və ictimai elmlərdə geniş istifadə olunur. Bir tərəfdən bu, əlaqə və ya insanları birlikdə cəmiyyətə daxil edən “ yapışqan” kimi təsvir oluna bilər. Digər tərəfdən bu, həmçinin, prosesə istinad edən termin və ümumi dəyərlərə əsaslanan sosial həmrəyliyin nəticəsi, yerli əhali və cəmiyyət çərçivəsində normalar/öhdəçiliklər kimi izah edilə bilər [5, s. 11]. Sosial inklüziyanın mövzusu ictimai həyata qatılmaqda çətinlik çəkən fərdlərdir. Bu qatılmanın miqyasına təhsil, peşə təhsili, məşğulluğa daxil olma, sağlamlıq və nəqliyyat xidmətlərindən istifadə, xidmətlərdən istifadə, mənzil əldə etmə, mədəni fəaliyyətlərə qatılma kimi mövzular daxildir.



Sosial inklüziya – yoxsulluq və sosial təcrid olunma riski altındakı insanların iqtisadi, sosial və mədəni həyata tam qatılmaları və yaşadıqları cəmiyyətdə normal qəbul edilən həyat və rifah standartlarına qovuşmaları üçün lazım olan fürsətləri qazanmalarını təmin edən bir dövrdür.Bu, onların həyatlarına təsir edən qərarların qəbul edilməsi prosesinə daha çox qatılmalarını və haqqlarına qovuşmalarını təmin edir.

Sosial inklüziya bəzi fərd, qrup ya da birliklərin həyat şərtlərinin başqalarının həyat şərtləri ilə qarşılaşdırılaraq mühakiməyə varılan nisbi bir anlayışdır. Bununla birlikdə fərdlərin yaşadıqları cəmiyyətə qatılma haqqlarını vurğulayan normativ anlayışdır. Sosial inklüziya sosial təcrid olunmanı aradan qaldırmağı qarşısına məqsəd qoyan silsilə fəaliyyətlərdir. Sosial riskin təşkilati alt quruluşuna və sosial riskə məruz qalmış seqmentlərə istiqamətlənmiş tənzimləmələr, layihələr, ictimai yardımlar və qanunvericilik tənzimləmələrinə sosial inklüziya deyilir [6, s. 9].



Sosial inklüziya - sosial eksklüziyaya məruz qalan dezavantajlı fərd və ya qrupların iqtisadi və sosial həyatda yer tutmalarına maneə törədən faktorların ortadan qaldırılaraq və həyat səviyyələrinin cəmiyyətdə qəbul edilən səviyyəyə gətirilərək cəmiyyətlə bütünləşmələrinin təmin olunmasıdır. Həmçinin, şəxsi xüsusiyyətləri səbəbindən məşğulluq, təhsil, səhiyyə, sosial iştirak kimi imkan və fürsətlərdən hər kəs kimi yararlana bilməyənlərin vəziyyətlərini düzəltmək məqsədilə siyasi iradə ilə hazırlanmış təşkilati tədbirlər kompleksidir [7, s. 24].

Sosial inklüziya anlayışı sosial eksklüziyanın əksi olaraq dezavantajlı qrupları ( yaşlılar, qadınlar, əlillər, uşaqlar və b.) sosial həyata daxil edən, cəmiyyətlə bütünləşdirən və qaynaşdıran bir anlayışdır. Sosial eksklüziya fərdin cəmiyyətə inteqrasiyasında və fürsətlərdən istifadədə maneə ilə rastlaşma, təməl ehtiyaclarından məhrum olma, cəmiyyətlə olan bağlarından qopma, mülki, siyasi, iqtisadi və sosial vətəndaşlıq haqlarından məhrum olma/edilmə vəziyyətidir.

Sosial ekslüziyaya məruz qalmış fərd və ya qruplar bərabərsizliyə uğramış, hər cür riskə qarşı qorumasız, müdafiəsiz və zəif insanlardır. Bir başqa tərəfdən “sosial eksklüziya”-fərdin və ya qrupların işsizlik, yoxsulluq, savadsızlıq, əlillik, yaşlılıq kimi səbəblərdən dolayı təhsil, səhiyyə və mədəni imkanlardan yararlana bilməməsi, istehsal fəaliyyətləri içərisində yer ala bilməməsi və qərar qəbul edilmə proseslərinə qatıla bilməməsi şəklində təsvir olunan geniş və çoxölçülü bir anlayışdır [1, s. 17].

Sosial inklüziya və sosial eksklüziya fərdin yaşadığı dövrü ifadə edən dinamik anlayışlardır. Sosial inklüziya fərdin dezavantajlılığını azaldaraq və ya ortadan qaldıraraq cəmiyyətlə bütünləşməsini və sosial həyata qatılma dövrünü ifadə edir. Sosial inklüziya fərdi mərkəzə alır və sosial eksklüziyaya məruz qalmış fərdin həyatının yaxşılaşmasına fokuslanır.

Bütün cəmiyyətlərin demoqrafik quruluşunda insanların bir hissəsi “yaşlı” kimi xarakterizə edilir. Nisbi bir anlayış olan yaşlılıq insan həyatının son mərhələsidir. Yaşlanma gərilmənin və sosial mühitdən qopmanın başladığı zamandır.Yaşlılıq fiziki bir fakt olub insanların fiziki və ruhi güclərini bir daha geri gəlməyəcək şəkildə yavaş- yavaş itirməsi halıdır [1, s. 39]. İnsan oğlunun yaşama dövründə qaçılmaz bir nəticə olan yaşlılıq tarixin bütün dövrlərində sosial problem olaraq görülmüşdür. Bu problemin nəticələrindən ən çox təsirlənən yaşlılar və onların sosial çevrələridir.Yaşlılıq- fərdin psixi funksiyalarında geriləmə, sağlamlığın, gənclik və gözəlliyin, reproduktivliyin, cinsi həyatın, gəlir səviyyəsinin, hörmətin, rol və statusun, müstəqilliyin, dostların, həyat yoldaşı və yaxınları ilə əlaqənin, sosial yaşamın və sosial dəstəklərin azalması, itkisi kimi bu dövrə xas problemlərin yaşandığı itkilər mərhələsidir.

Sosial inklüziya insanın özünü ortaq şəxsiyyət və paylanan dəyərlərlə bir-birinə bağlı bir cəmiyyətin parçası kimi hiss etməklə əlaqəlidir. Lakin insanların sosial inklüziyasına bir çox faktorlar təsir göstərir. Yaşlılıq, yoxsulluq, sağlamlıqla bağlı problemlər, zorakılıq, ehtiyacı olan sosial xidmətlərə və məşğulluq imkanlarına çıxışın olmaması insanların sosial inklüziyasına mane olur və onların cəmiyyətdən təcrid olunmasına şərait yaradır. Yaşlılar isə bu problemlərlə daha çox qarşılaşırlar. Əlbəttə ki, bu həm yaşlının özü, həm ailəsi, həm də çevrəsi ilə bağlıdır. Yaşlı insanların sosial inklüziyasına mane olan problemlərə aşağıdakıları göstərmək olar:



  1. Müasir dövrdə geniş ailələrin modernləşmənin nəticəsi olaraq nuklear ailələrə çevrilməsi. Fərdin cəmiyyətlə daima əlaqədə qalmasında ən önəmli vasitə olan ailənin ortadan qalxması və yaşlının tək yaşaması nəticəsində həmin insanlarda tənhalıq hissinin yaranmasına, onların cəmiyyətdən izolyasiyasına gətirib çıxarır.

  2. Gənc nəslin yaşlı insanlara qarşı olan laqeyd münasibəti.

  3. Yaşlı insanların anatomiya və fiziologiyasında baş verən dəyişmələr və nəticədə sağlamlıq problemlərinin yaranması.

  4. Yaşla əlaqədar insanların fiziki güclərinin zəifləməsi nəticəsində əmək qabiliyyətlərinin itirilməsi.

  5. Yaşlı insanların sosial uyğunlaşma və sosial əlaqələrə girmə qabiliyyətlərinin zəifləməsi.

  6. Sosial rollarını və statuslarını itirməsi nəticəsində yaşlılarda özgüvənin itməsi.

  7. Bir çox səbəblərdən gəlirlərinin dəyişməsi nəticəsində ehtiyaclarının ödənməsində problerin yaranması və lazımi xidmətlərdən yararlana bilməmələri və s.

Yaşlıların cəmiyyətdən uzaq qalmaları və tənhalıq hissinə qapılmalarını sosial eksklüziya anlayışı ilə açıqlamaq mümkündür. Sosial eksklüziya sivil (vətəndaş), siyasi, iqtisadi və sosial vətəndaşlıq haqlarından məhrum olma/edilmə vəziyyəti kimi təyin olunur. Bu təyinata görə: sosial eksklüziya cəmiyyətlə fərdin sosial inteqrasiyasını təmin edən sosial, iqtisadi, siyasi və mədəni platformalardan tamamilə və ya qismən məhrum olma “dinamik” müddətini ifadə edir [3, s. 8]. Yaşlılıq karvanı sosial həyatın bütün bu ehtiyaclarını yavaşca tərk etmə halıdır. Yaşlılıq dövrünün səmərəli idarə edilməsi, yaşlıların bu fəaliyyətlərdən qoparılmaması və sosial həyatda davamlı aktiv tutulmaları sosial eksklüziya riskini azaldacaq və ömürlərinin axırını daha huzurlu keçirmələrini təmin edəcəkdir.

2000- ci ilin yanvar ayında Avropa Şurasında Sosial eksklüziya haqqında 4 ortaq hədəf müəyyənləşmişdir:



  1. Məşğulluqda iştirakı asanlaşdırmaq və hər kəsin qaynaqlara, hüquqlara, xammala və xidmətlərə çıxışını asanlaşdırmaq.

  2. Sosial eksklüziya risklərini önləmək.

  3. Risk altında olan himayəsiz, qorunmasız qruplara yardım etmək.

  4. Əlaqəli bütün tərəfləri səfərbər etmək [1, s. 83].

Sosial inklüziya anlayışı ilə məşğulluq arasında sıx bir bağ vardır. Çünki məşğulluq dezavantajlı qrupların, xüsusən də yaşlıların təcrid olunmasını önləməyə, yetərli gəlir və sosial müdafiəni təmin etməyə, maddi və mənəvi ehtiyaclarını qarşılamağa və özlərinə olan güvənlərini gücləndirməyə töhfə verir. Yaşlıların istehsalatdan, əmək bazarından uzaq tutulmaları yuxarıda sadalanan fəaliyyətlərdən məhrum qalmaları deməkdir.

1997-ci il tarixli Amsterdam razılaşmasının 137-ci maddəsi ilə əlaqəli olaraq 2000-ci ilin martında Lissabon Zirvəsində hədəflərə çatmaq üçün “ yoxsulluq və sosial eksklüziya” ilə mübarizədə üzv ölkələrin səylərini dəstəkləmək və “sosial inklüziya”ya imkan yaradan Avropa qurmaq vizyonu təyin olunmuşdur [8, s. 3].

Praktikada sosial inklüziya və sosial eksklüziya halları bir-birinin ardınca baş verir. Belə ki, bu anlayışlar arasında müəyyən asılılıq, əvəzləmə vardır. Sosial inklüziya problemləri olan və bunun nəticəsində cəmiyyətdən təcrid olunan, vətəndaşlıq münasibətlərindən məhrum edilmiş yaşlı insanların həyat keyfiyyətləri ilə əlaqəli Thomas Scharf, Chris Phillipson, Alison E. Smith və Paul Kingston tərəfindən aparılan tədqiqatlarda sosial inklüziyaya mane olan təcrid olunmanın 5 ölçünü əhatə etdiyi düşünülür:


  1. Maddi resurslardan təcrid olunma.

  2. Sosial əlaqələrdən təcrid olunma.

  3. Vətəndaş fəaliyyətlərindən təcrid olunma.

  4. Əsas xidmətlərdən təcrid olunma.

  5. Yaxın əhatədən(qonşuluq, qohumluq münasibətlərindən) təcrid olunma [4, s. 17].

Sosial inklüziv cəmiyyət” bütün insanların özlərini qiymətli hiss etdiyi, onların müxtəlifliyinə hörmətlə yanaşıldığı, onların başlıca tələbatlarının qarşılandığı beləliklə, onların ləyaqətlə yaşadıqları cəmiyyət kimi xarakterizə olunur [2, s. 23]. Bu cəmiyyət hər kəsin bərabər imkanlar və düzgün həyat standartlarına sahib olduğu, müxtəlifliyin bölücü deyil bir güc qaynağı qəbul edildiyi, qarşılıqlı hörmət və yardımlaşmaya söykənən bir cəmiyyətdir.

Cəmiyyətdə sosial birliyin, sosial inklüziyanın davamlılığı və sosial eksklüziya ilə mübarizəyə ehtiyac duyulduğunda aşağıdakı 6 ölçü müzakirə edilməlidir [9, s. 5].

Sosial eksklüziya ilə mübarizə:

Iqtisadi situasiya, sosial hüquqlar, sosial iştirak, sosial inteqrasiya, tənhalığın qavrayışı, sosial dəstək:












Yaşlı insanların sosial inklüziyasını təmin etmək, onların cəmiyyətdə digər insanlarla bərabər şəraitdə yaşayıb fəaliyyət göstərmələri üçün bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən davamlı müəyyən qanunlar, konvensiyalar, layihələr, tədbirlər həyata keçirilir. Həmçinin cəmiyyyətdə insanlar arasında qocalığa, yaşlı insanlara müsbət münasibətin formalaşması üçün sosial layihələr, maarifləndirmə tədbirləri keçirilir. Bütün bunların həyata keçirilməsində məqsəd yaşlı insanların həyatlarının qalan hissəsini daha səmərəli, daha keyfiyyətli keçirmələrini təmin etməkdir.
ƏDƏBIYYAT:

  1. Çakır Ö. (2002), “Sosyal Dışlanma”, // Dokuz Eylül Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, Sayı: 4 No: 3, p. 104

  2. Cappo D 2002, Social inclusion initiative. Social inclusion, participation and empowerment. // Address to Australian Council of Social Services National Congress 28-29 November, 2002, Hobart

  3. Edward Galabuzi And Cheryl Teelucksingh. (2010), Social Cohesion, Social Exclusion, Social Capital Region Of Peel Immigration Discussion Paper.

  4. Hills, Le Grand & Piachaud. (ed.) (2002), Understanding Social Exclusion, Oxford University Press.

  5. Jenson, J. (1998), Mapping Social Cohesion: The State of Canadian Research. CPRN Study F‐03, Ottawa: Canadian Policy Research Network

  6. LEİGH, R. Journal of Academic Inquiries Volume: 8, Number:1, Year:2013 “Employment of Disabled People and Social Inclusion Relationship

  7. United Kingdom, National Act Plan on Social inclusion, 2003-2005.

  8. http://www.sosyalpolitikalar.com.tr

  9. http://www.cabinetoffice.gov.uk/media/cabinetoffice/social_exclusion_task_force

РЕЗЮМЕ


В представленной статье рассмотрены понятия социальной инклюзии, социальной эксклюзивности, особенно проблемы социальной инклюзии пожилых людей, их изоляции от общества и окружающей социальной среды, также исследованы способы обеспечения социальной инклюзии пожилых людей.
SUMMARY

Essence of the social inclusion and social exclusive conceptions, especially the problems of the older people, factors influenced their isolation from the society and their social circle, also secure ways of social inclusion of older people have been investigated in the repressing article.




SOSİAL NƏZARƏT İDARƏETMƏDƏ

TƏNZİMLƏMƏ VASİTƏSİ KİMİ
Əliyeva Aydan Nurəddin qızı,

BDU-nun II kurs magistrantı


Açar sözlər: idarəetmə, nəzarətin əsas vəzifələri, sosial nəzarət, sosial normalar, tənzimləyici vasitə, əmək sferası, sosial təsiretmə

Ключевые слова: управление, основные задачи контроля, социальный контроль, социальные нормы, способ регулирования, трудовая сфера, социальное воздействие

Key words: management, the main task of the control, social control, social norm, the method of regulation of work, social impact.
Nəzarətetmə idarəetmənin mühüm funksiyası olub, idarəolunan sistemlərin fəaliyyətinin qaydaya salınması üçün böyük əhəmiyyətə malikdir. Bu isə idarəetmə obyekti haqqında müəyyən informasiyaların mövcudluğunu tələb edir. Nəzarəetmə mühüm sosial-iqtisadi məsələlər üzrə vahid dövlət nəzarətinin həyata keçirilməsində mühüm rol oynayır. Xammal və materiallardan, əmək və maliyyə resurslarından, elmi-texniki tərəqqinin nailiyyətlərindən səmərəli istifadə olunması, dövlət qərarlarının yerinə yetirilməsini nəzərdən keçirir.

Nəzarətin əhatə dairəsi, göründüyü kimi, çox genişdir. Nəzarət nəinki idarəetmə obyektini, həmçinin idarəetmə subyektini də əhatə etməlidir ]4, s. 123]. Nəzarət analitik xarakter daşıyır, verilmiş müəyyən proqram əsasında kompleks və ayrı-ayrı məsələlərin yoxlanılması ilə bağlıdır. Əks əlaqə mexanizmi nəzarətin əsasını təşkil edir. Nəzarəetmə idarəetmə orqanının fəaliyyətinin tərkib hissəsi və idarəetmə prosesinin mühüm mərhələsidir. Nəzarətetmə idarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsinin tərkib hissəsidir.

İdarəetmə məqsədi, idarəetmə prosesi ilə nəzarət arasında üzvi əlaqə vardır. İdarəetmə ilə nəzarətetmənin məqsədi vəhdət təşkil etməlidir. Nəzarətin başlıca məqsədi qərarların qəbulu ilə icrası arasındakı vəhdətliyi təmin etməkdən, sosial-iqtisadi inkişafdakı nöqsanları, ayrı-ayrı kənarlaşma hallarını aradan qaldırmaqdır. Nəzarətin başlıca məzmunu yoxlamaqdan, baş verə biləcək nöqsanların qarşısını almaqdan ibarətdir. Bu baxımdan nəzarət həm də xəbərdarlıq xarakteri daşıyır.

Nəzarətin başlıca vəzifələri aşağıdakılardır:



  • hər hansı bir dövr üçün nəzarət edilən obyektin real vəziyyətinin qiymətləndirilməsi, aşkara çıxarılması;

  • ümumdövlət qaydalarından kənarlaşma hallarının konkret istiqamətinin müəyyən edilməsi;

  • həmin kənarlaşma hallarının səbəblərinin aşkara çıxarılması;

  • lazım gəldikdə əlavə informasiya materiallarının toplanması;

  • bunlar əsasında yoxlanılan obyektin fəaliyyətinin qaydaya salınması üçün təsirli tədbirlərin görülməsi.

Hər bir əmək kollektivinin məqsədi mütəşəkkil və ahəngdar işləməkdən ibarətdir. Bu həm də əmək kollektivlərinə və təşkilatlara qarşı irəli sürülən bir tələbdir. Həmin məqsəd və tələb ictimai-iqtisadi sistemlərin xarakterindən asılı olmayaraq daimi fəaliyyət göstərən istehsal amillərinin optimal vəhdətliyinin təmin edilməsi zəruriyyətindən irəli gəlir. Belə bir ahəngdarlığın təmin olunmasında sosial nəzarətin böyük əhəmiyyəti vardır. Sosial nəzarət idarəetməklə sosial proseslərin vəhdətliyini və bütövlüyünü tənzimləmə vasitəsidir. Bu prosesdə işçilərin davranışına nəzarət edilir, nəzarət zamanı işçilərin əmək davranışını qiymətləndirmək üçün ümumi kollektiv tərəfindən qəbul olunmuş normativlər və dəyərlər bir etalon kimi götürülür [4, s. 132].

Sosial nəzarətin məqsədi ilə yanaşı onun bir sıra vacib funksiyaları da vardır. Sosioloji ədəbiyyatda əksəriyyət tərəfindən qəbul olunmuş aşağıdakı funksiyaları göstərmək olar:



  • qiymətləndirmə funksiyası;

  • stimullaşdırma funksiyası;

  • əmək intizamını möhkəmləndirmə funksiyası.

Qiymətləndirmə funksiyası müqayisə prinsipinə əsaslanır. Burada müqayisə işçinin hərəkətləri ilə əmək kollektivlərinin davranış normalarının müqayisəsi mənasında başa düşülür. Burada «qiymətləndirmə» sözü ona görə işlənir ki, məhz həmin müqayisə nəticəsində və sayəsində işçinin bütün hərəkətlərinə obyektiv qiymət vermək olur. Qiymətləndirmə pozitiv və neqativ ola bilər.

Stimullaşdırma funksiyası pozitiv və neqativ davranışdan asılı olaraq bu hərəkəti tənzimləmə məqsədi ilə həyata keçirilən tədbir reaksiyasıdır. Əmək intizamını möhkəmləndirmə funksiyası əmək intizamını təmin edən yüksək səviyyəli istehsal sisteminin, şəraitinin yaradılması ilə bağlıdır. Lakin normaların yuxarıda göstərilən konkret funksiyaları ilə yanaşı universal bir funksiya-tənzimləmə funksiyası da vardır. Çünki normalar imperativ (qaydalılıq) məzmuna, statusa malikdir. Bu baxımdan sosial normalar tənzimləyici funksiya vasitəsi rolunu oynayır. Sosial normaların tələbləri və məzmunu, sosial səviyyəsini dərketmə isə xeyli dərəcədə ictimai şüurla bağlıdır. Bu baxımdan sosial normalar tənzimləyici məzmunla yanaşı idrak, inikas təbiətinə də malikdir.

O hər hansı bir hadisəni, prosesi tənzimləməklə yanaşı, həm də mövcud qanunların tələblərini özündə əks etdirir. Həmin əksetdirmədə obyektiv hallarla yanaşı, subyektivizm meylləri də meydana çıxa bilər. Bu, bir qayda olaraq ayrı-ayrı siniflərin, sosial təbəqələrin və qrupların heç bir çərçivəyə sığmayan tələbatı və mənafeləri ilə bağlı olaraq meydana çıxa bilir. Nəinki sosial normalara əməl etmək, hətta onların interpretasiyası da xeyli dərəcədə yuxarıdakı amillərlə şərtlənmiş olur. Lakin bununla yanaşı qeyd etmək lazımdır ki, sosial normalarla sosial reallıq arasındakı əlaqəni müşahidə etmək, araşdırmaq həm də yaradıcı bir prosesdir.

Çünki sosial normaların normativ səviyyəli inikasının, bu normaların subyekti və obyektinin qarşılıqlı təsirini tədqiq etmək böyük yaradıcılıq işi və idrak qabiliyyəti tələb edir. Həmin normaların formalaşdıran, norma əmələ gətirən amil kimi sosial subyektin bir hissəsi həm də sosial obyekt kimi çıxış edir. Məsələn, sosial normaların subyektinə bütövlükdə cəmiyyət, siniflər, sosial qruplar, dövlət orqanları, əmək kollektivləri aid edilsə də, sosial normaların bir obyekti olmaq etibarilə insan, sinif, ictimai mühit, maddi və mənəvi proseslər, hadisələr sosial-normativ tənzimlənmə üçün obyekt kimi də çıxış edir.

Qərb sosiologiyasında sosial normaların funksiyaları haqqında yetkin, birmənalı fikir yoxdur. Lakin bu sahədə fikir müxtəlifliyinə baxmayaraq əksər fikirlər onun tənzimlənmə-normativ, davranış qaydaları yaratmaq funksiyasını əsaslandırmaqla bağlı olmuşdur [5, s. 101]. Amerika sosioloqu A.Koen sosial normaların aşağıdakı funksiyalarını müəyyən etmişdir: sosial təsiretmənin tənzimlənməsi; davranış nümunəsi kimi; davranış-hüdudunu müəyyənetmə.

Digər Amerika sosioloqu F.Merill isə sosial normaların funksiyalarını belə qruplaşdırır: sosial davranış determinasiyası; nəzarət vasitəsi; sosial meyl; davranışın unifiksiyası vasitəsi; davranış formalarının müəyyən edilməsi; şəxsiyyətin sosiallaşması.

Amerikanın məşhur sosioloqu T.Parsonsun rəhbərlik etdiyi sosioloji elmi məktəb isə sosial funksiyaların aşağıdakı iki tipini müəyyən etmişdir: cəmiyyət üzvlərini davranış və münasibətlər nümunələri, etalonları, modelləri, standartları ilə təminetmə; cəmiyyətdəki münasibətlərin qaydaya salınması, sabitləşməsi, inteqrasiyası.

Lakin qeyd etmək lazımdır ki, sosial normaların əmək kollektivlərindəki və cəmiyyətdəki rolunu heç də mütləqləşdirmək olmaz. Burada sosial normalarla yanaşı sosial mühit həlledici əhəmiyyət kəsb edir. Bundan başqa, Koen, Meril və Parsons tərəfindən irəli sürülən bəzi sosial normaların özünün norma təbiətinə malik olması elmi mübahisə obyektidir. Çünki onlardan bəziləri «norma» anlayışı çərçivəsindən kənara çıxır.

Sosial nəzarətin səmərəli aparılması yollarından biri nəzarət formalarının seçilməsindən asılıdır; ikincisi, bu nəzarətin aparılması qaydasından, texnologi­yasından asılıdır; üçüncüsü, bilavasitə əmək kollektivlərində istehsalın funksional-istehsal (texnoloji) əlaqələrindən asılıdır; dördüncüsü, işçilərin sosial-psixoloji və iqtisadi əlaqələrinin səviyyəsindən asılıdır. Yuxarıda göstərilən cəhətlərin nəzərə alınması həm də nəzarətin nəticəliliyi, sosial-iqtisadi səmərəliliyi baxımından önəmlidir.

Sosial nəzarət hər hansı bir nəzarət növü ilə məhdudlaşa bilməz. Nəzarət növlərinin çoxluğu bir tərəfdən onun aparılma miqyası və xarakteri, digər tərəfdən nəzarət obyektinin xüsusiyyətləri, oradan baş verən sosial proseslərin xarakteri ilə müəyyən olunur.

Sosial nəzarətin aşağıdakı növləri vardır:


  • inzibati sosial nəzarəti;

  • ictimai təşkilatların nəzarəti;

  • qrup sosial nəzarəti;

  • özünə nəzarət.

İnzibati sosial nəzarət müəyyən hakimiyyət səlahiyyətinə malik olan yuxarı təşkilatlar tərəfindən aparılır, bu dəqiq müəyyən olunmuş normativ-hüquqi, maliyyə-iqtisadi normativlərə əsaslanır. İctimai təşkilatlar tərəfindən nəzarət müxtəlif komissiyalar, təşkilatlar ittifaqı, siyasi partiyalar və s. vasitəsilə həyata keçirilir. Qrupp sosial nəzarət iki istiqamətdə – rəsmi formalar və qeyri-formal qaydada aparılır. Rəsmi nəzarətə fəhlə yığıncaqlarını, istehsal müşavirələrini, briqada şuralarındakı müzakirələri və s. aid etmək olar.

Qeyri-rəsmi nəzarət və yaxud təsir (sosial-psixoloji təsir qaydası) işçinin hərəkətini bəyənmək və yaxud tənbeh etmək, işçini danlamaq, onunla əlaqəni kəsmək və sair formada olur. Təcrübə göstərir ki, bəzən bu cür təsiretmə üsulu formal təsiretmədən daha güclü və daha səmərəli olur. Əlbəttə, onun səmərəsi işçinin öz psixoloji xüsusiyyətlərində də asılıdır. Əmək kollektivlərinin üzvlərinin özünə nəzarəti birinci növbədə onların özlərinin şüurluluğuna və sosial fəallığına əsaslanmasıdır. Əgər hər iki şərt ödənilərsə, bu nəzarət növü ən optimal hesab oluna bilər. Bununla yanaşı nəzarətin obyektindən asılı olaraq fərdi və qrup nəzarətin düzgün əlaqələndirilməsi həmişə öz əhəmiyyətini qoruyub saxlayır. Burada işçinin məsuliyyət hissinin böyük əhəmiyyəti vardır; o, özünün istelsal-funksional və mənəvi sosial rolunu daim hiss etməlidir. Məsuliyyət mühüm sosioloji kateqoriya olmaqla işçinin öz vəzifəsinə bağlılığını təmin edən mühüm bir vasitədir. Məsuliyyət həm də şəxsiyyətin mühüm sosial xassəsidir.

Sosial nəzarətin həyata keçirilməsində ictimai rəyin böyük əhəmiyyəti vardır. İctimai rəyi hətta sosial nəzarətin ilkin şərtlərindən biri kimi qiymətləndirmək olar (4, s. 135). Çünki ictimai rəy əmək kollektivləri üzvləri arasında bu və ya digər istehsal problemləri üzrə fikir mübadiləsi əsasında formalaşır, fikir mübadiləsi isə müəyyən mövqeləri müəyyənləşdirir.

İctimai rəy yalnız ictimai şüur forması deyildir, əlbəttə, bu aspekti inkar etmək olmaz, onun sosioloji və psixoloji təbiəti bu problemə kompleks yanaşmağı tələb edir. İctimai rəy bilavasitə ayrı-ayrı subyektlərlə, sosial qruplarla və bütövlükdə əhali ilə əlaqədar olduğuna görə böyük real gücə malikdir. Bu baxımdan ictimai rəy kütləvi şüurun ayrılmaz atributuna çevrilir. Məhz bu səbəbdən o sosial fəaliyyətin və ayrı-ayrı fərdlərin davranışının mənəvi stimullaşdırıcısına çevrilə bilər. Əlbəttə, ictimai rəydə həm rasional (idrak, intellektual), həm emosional, həm də iradi məqamlar iştirak edir. Əslində onlar ictimai fikrin sosial-psixoloji strukturunun əmələ gətirirlər. Bu strukturda başlıca, dominant mövqe rasional hissəyə məxsusdur. Çünki o ictimai rəyin qiymətləndirmə (sosial qiymətləndirmə) tərəfini formalaşdırır, qiymətləndirmə mühakimələrini gücləndirir, onun səmərəlilik səviyyəsini artırır.

Nəzarət elmi əsaslar üzrə və aşkarlıq şəraitinə aparılmalı, əmək kollektivlərinin, ayrı-ayrı sosial qrupların və işçilərin sosial-iqtisadi həyatını tam əks etdirməli, onun demokratik məzmunu və mahiyyəti olmalıdır. Əks təqdirdə nəzarət bürokratizm, protoksionizm və korrupsiyaçılıq meyllərini törədə bilər. Ona görə də, elə etmək lazımdır ki, hər bir nəzarətdə dəqiq sosial mexanizm vasitələri fəaliyyət göstərə bilsin. Sosioloji ədəbiyyatda əmək sferasında sosial nəzarət mexanizminin üç ünsürü qəbul edilmişdir: plan və qiymətləndirmə göstəriciləri; sosial normalar, davranış normaları; ayrı-ayrı işçilərə sanksiya qaydasında təsiretmə.

İdarəetmədə sosial nəzarət yalnız məcburi tədbirlərin həyata keçirilməsi məqsədilə deyil, həm də əmək kollektivində davranış qaydalarının və əxlaqi aspektlərin inkişaf etdirilməsi üçün həyata keçirilir.

Sosial nəzarətin əxlaqi aspektlərinə aşağıdakılar daxildir [2, s. 97]:


  • sosial-nəzarətin keçirilməsinin mükafatlandırılması və maddi həvəsləndirmənin digər vasitələrinin həyata keçirilməsi məqsədilə istehsal fəaliyyəti nəticələrinin aşkara çıxarılması;

  • sosial-nəzarət onun əhatə etdiyi insanların davranışına (əxlaqına) həm müsbət, həm də mənfi təsir göstərə bilər;

  • sosial-nəzarət əmək kollektivinin davranışına elə təsir göstərməlidir ki, onlar öz səylərini yalnız sosial nəzarətin tələblərinin yerinə yetirilməsinə deyil, qarşıya qoyulmuş ümumi məqsədə nail olunmasına sərf etsinlər;

  • sosial-nəzarəti həyata keçirənlər nəzarət obyekti ilə ikitərəfli qarşılıqlı bərabər əlaqədə olmalıdırlar;

  • sosial-nəzarəti həyata keçirənlər həddindən artıq nəzarətçilikdən çəkinməlidirlər;

  • sosial-nəzarəti həyata keçirənlər özlərini nəzarət obyektlərinin yerinə qoymağı bacarmalıdırlar;

  • sosial-nəzarət üçün qəti, lakin yerinə yetirilə bilən normativlərdən istifadə olunmalıdır;

  • yerinə yetirilmiş hər bir normativ üçün fərdi maddi həvəsləndirmə həyata keçirilməlidir.

ƏDƏBİYYAT

  1. Abutalıbov R., Məmmədov S., Quliyev S. İdarəetmənin əsasları. Bakı: 2014, 222 s.

  2. Ələkbərov Ə., İbrahimov F. Menecment. Bakı: 2004, 468 s.

  3. İdaretmənin əsasları. Bakı: 2009, 144 s.

  4. Quliyev T. Menecmentin (idarəetmənin əsasları). Bakı: 2006, 591 s.

  5. Веснин В.Р. Стратегическое управление / Учебник. М.: 2004, 328 с.

Резюме

В статье говорится о том, что социальный контроль имеет большое значение в регулировании деятельности управленческих систем. Найти рациональные пути социального контроля зависит от формы контроля, от его принципов, механизма технологии, от функционально-производственных связях в трудовых коллективах, от социально-психологических и экономических уровнях отношений работников.

Summary
In the basic suggests that social control is of great importance in regulating the operation of management systems. To find a rational, way of social control depends on the form of control from the principles of mechanism technology from functionally – industrial relations in the work force from the socio-psychological and economic levels of relations staff.
AUTIZM SINDROMLU UŞAQ AILƏDAXILI MÜNASIBƏTLƏR ÇƏRÇIVƏSINDƏ
Şükürzadə Səbuhi Tarverdi oğlu., Sosial elmlər və Psixologiya fakülətəsi, sosil iş ixtisasının magistrantı,

II kurs E-mail: sebuhi119@yahoo.com


Açar sözlər: autizm, ailədə autizm sindromüu olan uşaqlar, ailəyə və xəstə uşaqlara yardım, sosial işçinin yardımı.

Ключевые слова: аутизм, дети с синдромом аутизма в семье, помощь семье и больным детям, помощь социального работника.

Keywords: autism, children with the syndrome of autism in the family, family assistance and sick children, help the social worker.
Ailə – insan növünün davamlılığını təmin edən, ilk ictimailəşmə müddətini meydana gətirən, qarşılıqlı əlaqələri müəyyən qaydalara bağlayan, cəmiyyət mədəniyyətini nəsildən nəsilə ötürən, bioloji, psixoloji, iqtisadi, hüquqi və s. istiqamətləri olan ictimai bir qurumdur. Ailə bir sosial institut olmaq etibarı ilə eyni zamanda məxsus olduğu mədəni mühitin xüsusiyyətlərini özündə daşılır. Hətta eyni bir mədəni mühit daxilində müxtəlif ailə modeli tiplərinə rast gəlmək olur.

Ailə cəmiyyətin, dövlətin ilkin özəyi olaraq qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında da göstərildiyi kimi ailə dövlətin özəyidir və dövlət tərəfindən himayə olunur. Gələcək nəslin nümayəndələri ilkin həyati bacarıq vərdişlərinə, mənlik şüuruna, dünyagörüşünə, əxlaqi davranış qaydalarına və hər hansı bir sosiuma mənsub olma xüsusiyyətlərinə məhz ailədaxili tərbiyə prosesində yiyələnir. Valideynlərin davranışları uşaqlar üçün ilkin davranış nümunələrin təşkil edir.

Ailə cəmiyyətin bir subsistemi olaraq müxtəlif funksiyaları yerinə yetirir. Bura daxildir: -bioloji funksiya, iqtisadi funksiya, sosial funksiya və s. Bioloji funksiya dedikdə ailənin nəsil artımı funksiyası, cinsi münasibətlərin ödənməsi, insan nəslinin davam etdirilməsi nəzərdə tutulur.

İqtisadi- ekonomik funksiya anlayışı adı altında isə ailənin cəmiyyətin iqtisadi özəyi olması fikri nəzərdə tutulur. Belə ki, ailə müəyyən iqtisadi tələbatları və ehtiyacları olan, eyni zamanda özü də bir istehsal vahidini təşkil edə bilən bir sosial qurumdur.

Sosial- psixoloji funksiya: - Ailə bir subsistem olaraq öz üzvləri və cəmiyyət arasında mürəkkəb sosial psixoloji münasibətlər kontekstini nəzərdə tutur. Belə olan halda ailə daxilində sağlam psixoloji durumun təmin olunması, eyni zamanda, ailənin ətraf sosial mühitə adoptasiyası əsas problem kimi götürülür. Belə sosial və psixoloji adoptasiya normalarının ilkin tətbiq və təlqin olunduğu yer ailədir. Bu səbəbdən ailənin sosial psixoloji funksiyası cəmiyyət həyatı üçün həmişə aktualdır.

Ailə insan fərdlərindən olduğu kimi heç də münaqişələrdən, böhranlardan, stress yaradan vəziyyətlərdən sığortalı deyildir. Bu baxımdan qərb sosial –psixoloji ədəbiyyatında münaqişələr və stresslərə bir mənalı olaraq mənfi hal kimi baxılmır. Münaqişələr, stresslər, böhranlar yeni yaranmış, dəyişilmiş şəraitə keçid mərhələsi, adaptasiya halı kimi nəzərdən keçirilir. Görkəmli Kanada fizioloqu H. Selye Bu mənada görkəmli Kanada fizioloqu H.Selye stresi “ümumi adaptasiya sindromu” adlandırmış və onun üç mərhələdən ibarət olduğunu göstərmişdir:

- Həyəcanlanmaq:

- müqavimət;

- əldən düşmək və üzülmək.

Selye stresi hər hansı fövqəladə təsirə qarşı qeyri-spesifik müdafiə reaksiyası adlandırmışdır. Uzunmüddətli stress vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt, beyin insultu və s.) yaranmasına səbəb olur.

Psixoloji stresin iki növü vardır:

1. Emosional stress.

2. İnformasion stress.

Emosional stress - təhlükəli, çətin, qorxulu şəraitdə özünü biruzə verir. Belə olan halda psixi fəaliyyətin gedişində neqativ məzmunlu dəyişiklik təzahür edir.

İnformasion stress – informasiya yükünün həddən ziyadə çoxluğu nəticəsində tapşırığın öhdəsindən gələ bilməməkdə özünü göstərir.

Ailələr ailədə baş verən dəyişikləri və stabilliyi tarazlaşdırmağa çalışırlar. Effektiv fəaliyyət göstərərək inkaşaf edə bilməsi üçün ailə sisteminin stabilliyə, ardıcıllığa və davamlılığa ehtiyac duyur. Olduğu kimi qalmaq üçün aparılan mübarizə “homeostaz” adlanır. Bu zaman ailə ailə öz üzvlərinin münasibətlərinin taraz şəkildə həyata keçməsinə çalışır. Ailələr stabilliyi qoruyub saxlamağa çalışırlar digər təfərdən isə daim dəyişən ətraf mühitə uyğunlaşmaq üçün dəyişmək məcburiyyəti qarşısında qalırlar. Ailə dəyişikliyi müqavimət göstərməyə çalışır və bu zaman problemər ortaya çıxa bilər. Bu proses zamanı sosial işçinin əsas məqsədi ailənin qarşılaşdığı problemi həll etməsinə kömək edərək inkişafın digər mərhələsinə keçməsinə dəstək verməkdən ibarətdir.

Ailə dəyişən ətraf mühitə uyğun olaraq dəyişməyi və buna sonra uyğunlaşmağə bacarmalıdır. Stabillik və sağlamlıq bir birini əvəz edən anlayışlar deyil silə sistemi çərçivəsində. Homeostaz ailənin vacib bir halıdır/durumudur. Stabillik və öncədən nə baş verəcəyini bilmək həyatı prognazlaşdıran edir, ailə üzvlərinin enerjisinə qənaet edir. Lakin müəyyən dövrlərdə homeostaz vəziyyəti ailəyə zərər qətirə bilər. Ailə ətrafda baş verən dəyişikliyi dəyişərək cavab verə bilmədikdə bu ailən fəaliyyətinda özünü neqativ tərəfdən göstərir. Böhran baş verdiyi zaman ailənin tipik reaksiyası dəyişikliyə olan ehtiyacı inkar edərək buna qarşı çıxmaqdır. Ailə ilə işləyən sosial işçi tək bir ailə üzvünün deyil bütün ailənin dəyişmə potensialını qiymətləndirərək onların bu zərurəti başa düşmələrinə kömək edir və uyğunlaşma prosesi zamanı ailəyə dəstək verir.

Ailə daxilində ən mühüm keçid, dəyişiklik dövrlərindən biri də yeni uşağın, yeni ailə üzvünün ailəyə gəlişidir. Belə olan halda ailə həyatında, formalaşmış qaydalar və münasibətlər strukturuna dəyişiklik etmək zərurəti meydana çıxır.

Ailə həyatını araşdıran Duvall onun bir neçə dövrünü təyin etmişdir. Bu dövrlərin ilkinin evlilik olduğunu ifadə edərək, ailənin meydana gəlməsində evliliyin əhəmiyyətli bir faktor olduğunu vurğulamışdır. Duvallın həyat dövrü modeli, keçmişdə, indi də və gələcəkdə evliliyin və ailənin inkişaf olaraq hər mərhələdə necə müəyyən oluna biləcəyini ifadə etməkdədir. Kovacs, ailə həyatının müəyyən müddət ərzində necə dəyişdiyini anlaya bilmək üçün, ailə həyat dövrünün əhəmiyyətli bir model olduğunu ifadə etmiş və ailə içərisindəki sistemin başlanğıc nöqtəsini evliliyin meydana gətirdiyini ifadə etmişdir.

Duvalla görə ailə sisteminin ilk dövrü olan uşaqsız evli cütlər dövründən sonra, ikinci dövr uşaqlı ailələr dövrüdür. Ailə olmağın tamamlayıcısı, çox vaxt uşaq sahibi olmaqdır. Həyat yoldaşları bəzən evliliklərinin məhsulu, bəzən ailənin davamlılığı kimi müxtəlif səbəblərlə uşaq sahibi olmaq istəyirlər. Cütlər uşaq fikri ilə birgə bu mövzuda xəyallar qurmağa başlayırlar. Bu xəyalları “mükəmməl”, “sağlam” və “normal” uşaq təməlinə söykəyirlər. Həyat yoldaşları uşaqlarının olması ilə ailə həyat dövründə yeni bir mərhələyə daxil olur və bu əlavə olaraq stresverici bir vəziyyətdir. Cütlər uşaqlarının olmasıyla, ana-atalıq məsuliyyətini də boynuna götürər. Uşaq sahibi olmaq cütlərin həyat formalarına, evlilik əlaqələrinə, ailədəki üzvlərin mövqelərinə və buna bağlı olaraq fərdi həyatlarına təsir edər və ana-atalıq stressinə gətirib çıxarar. Bu səbəblə, bir uşağın doğulması, ailənin həyatında yeni bir dönüş nöqtəsinin başlanğıcını meydana gətirər. Ana-atalara yeni rollar yüklənər və şablonların dəyişdirilməsini tələb edər. Bu da nəticədə emosional stresin yaşanmasına gətirib çıxarar.

Uşaqları sağlam olan ana-ataların, cəmiyyətdəki ana-ata rolunu mənimsəyərək uşaq böyütmələri asan olmaqdadır. Ancaq uşağın problemli olaraq dünyaya gəlməsi, uşaqdakı qalıcı sağlamlıq problemi, ana-ata rollarında dəyişikliklər yaratmaqdadır. Bu halda valideynlər, sağlam bir uşağın həyatlarına gətirə biləcəyindən çox fərqli olaraq, sosial mühitlərində, arzularında, planlarında, şəxsi və iş həyatlarında, ailə funksiyalarında dəyişikliklərlə qarşı-qarşıya qalmaqdadır. Bunun nəticəsində də onlarda emosional stress halı müşahidə olunmaqdadır.

Autizm sindromlu uşaq özünəməxsus simptonları ilə ailə həyatında bir gözlənilməzlik, depressiya yaradır: Autistik xüsusiyyətlər göstərən körpələrdə iki tip davranış forması müşahidə olunur. Bunlardan birincisində; fasiləsiz ağlamaq, narahatlıq, yuxu pozuntuları və uyğun olmayan davranışlar müşahidə olunur. Onlar adətən nadinc olaraq adlandırılan körpələrdir. İkinci qrupda olanlar isə; sakit, dinc, bütün gününü yataqda keçirən körpələrdir. Ac olanda belə ağlamamaları səbəbilə onlara baxmaq asan olsa da, anadan heç bir qayğı gözləməmələri, ətraflarına qarşı maraqsız olmaları valideynləri narahat edən xüsusiyyətlərdəndir.

Autist uşaqların yanlarına yaxınlaşan adamlara əhəmiyyət vermədikləri, baxışlarının boş və  mənasız olduğu təyin edilmişdir. Bir yaşının sonlarında onları qucaqlamaq istəyəndə reaksiyasız qalmaları, ətrafdakı səslərə, cisimlərə və insanlara qarşı maraqsız olmaları ailənin diqqətini çəkməyə başlayır. Körpənin bu davranışları valideynlərdə uşaqlarının əqli gerilik olduğunu düşündürə bilər. Bu əlamətlərə əlavə olaraq autistik xüsusiyyətlər göstərən körpələrin göz qabağından itən əşyanı axtarmadıqları və istəklərini ifadə etmək üçün işarə barmağı ilə bir şeyi göstərmədikləri müşahidə olunmuşdur.

Normal bir körpə ilk üç aylıqda anasına baxar, anası onunla danışarkən gülümsəyər, qığıldayar. Daha sonrakı aylarda isə hər fürsətdə qucağa alınmaq üçün qollarını qaldırar, insanlarla ünsiyyətə girməkdən xoşu gələr. Tək qaldıqda isə ağlayar, əsəbiləşər. Lakin autist uşaqlarda bunların tam əksinə qucağa alınmağa qarşı istəksizlik, qucağa alındıqda narahat olma və s. kimi hallar müşahidə olunmaqdadır. Autist körpələr, ümumiyyətlə ətrafdakılarla ünsiyyət qurmaz və insanların danışıqlarına reaksiya verməzlər. İnsanlar ilə göz kontaktı qurmaz, çox uzun müddət boş baxışlarla otura bilərlər. Bu körpələr, ətrafdakı insanlara olduğu qədər, əşyalara qarşı da maraqsızdırlar. Ətrafındakı səslərə, cisimlərə, heyvanlara maraq göstərməzlər. 

Qərb sosioloqları və psixoloqları autizm sindromlu ailələri müxtəlif cür təsvir etmişlər: Autist bir uşağa valideynlik etmək asan bir vəzifə deyil. Ailəyə köməklik edərkən yalnızca uşaqda deyil, bütün ailədə mərkəzləşmək lazımdır. Yəni ailə təlimi uşaq mərkəzli deyil, ailə mərkəzli olmalıdır. Ananın ya da ailənin digər fərdlərinin başqa işlərini kənara qoyub və digər ailə fərdlərinə qarşı laqeydlik göstərərək yalnızca autist uşaqla maraqlanmaları həmin ailənin üzvlərinə xeyir əvəzinə ziyan verər.

Valideynlər adətən uşaqları ilə müqayisə olunurlar və onları özlərinin bir parçası kimi gördüklərindən uşaqlarındakı problemi özlərinin qüsuru kimi görürlər. Buna görə də, autist uşaq valideynlərin özünə inamını, özünüqiymətləndirməsini, özünə hörmətini təhlükə altına alır.

Bristol, autizmi digər inkişaf pozuntuları ilə müqayisə etdikdə, bəzi faktorların (naməlumluq, şiddəti və müddəti, cəmiyyətdəki nümunələrlə uyğunlaşma azlığı) bu ailələrdə uyğunlaşmanı çətinləşdirdiyini ifadə etmişdir. Bundan əlavə autist uşağın ümumiyyətlə fiziki olaraq normal göründüyünü, probleminin dərəcəsinin naməlum olduğunu və bunun da ailənin qabiliyyət və potensiallarla əlaqədar real gözləntilər inkişaf etdirməsini çətinləşdirdiyini vurğulamışdır.

Norton və Drew autist uşaqların, digər uşaqlar kimi ailələri ilə ünsiyyətə girmədiyinə, başqaları ilə göz kontaktı qurmadığına, bir çoxunun danışmadığına və özlərinə məxsus qaydaları olduğuna, bu qaydaların pozulmasına həddindən artıq mənfi reaksiya verdiyinə diqqət çəkmişlər və bu səbəblərə görə ailələrin autist uşaqlarına uyğunlaşmağının və bu vəziyyətlə mübarizə aparmağın digər problemli uşaqlara nəzərən daha çətin olduğunu qeyd etmişlər.

Hawlingə görə autist uşağın gecə gec saata qədər yatmaması, qaydalarının pozulmasına müqavimət göstərməsi, öz-özünə sərbəst bir şəkildə oyun oynayıb zaman keçirə bilməməsi kimi autistik xüsusiyyətlərinin diqqətə çarpan hala gəlməsi valideynlərin stressini artıra bilər.

Wingə görə problemli, xüsusilə də austistik pozuntusu olan bir uşaq ailənin sosial həyatını məhdudlaşdırır. Buna əlavə olaraq autist uşağa sahib olmaq, bəzi cütlükləri bir-birinə yaxınlaşdırarkən, vəziyyətin yaratdığı stress bəzilərini bir-birindən uzaqlaşdıra bilər. Buna bağlı olaraq da bu cütlüklərdə boşanma hallarına tez-tez rast gəlinər.

Yekun olaraq qeyd edə bilərik ki, autizm sindromlu ailələrlə maarifləndirmə işləri aparılmalı və aşağıdakı prinsiplər həmin ailələrə təlqin olunmalıdır:

- Autizm əqli xəstəlik deyil;

- autizm heç kəsin günahı deyil;

- autizm cəmiyyət, mədəniyyət, sosial-iqtisadi vəziyyətdən asılı deyil;

- autist uşaqlar belə davranmağı şüurlu olaraq seçən ərköyün uşaqlar deyildirlər;

- autizm ana-ataların davranışlarına görə ortaya çıxan bir pozuntu deyil;

- uşağın inkişafındakı psixoloji faktorlar autizmə səbəb olmaz.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Tunzalə Verdiyeva. Autist uşağın ailəsinin keçirdiyi sosial-psixoloji mərhələlər // Psixologiya jurnalı, 2010.

2. Schopler E, Reichler RJ, DeVellis RF, Daly K (1980). "Toward objective classification of childhood autism: Childhood Autism Rating Scale (CARS)".

3. Башина В. М. Аутизм в детстве. М.: 1993


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin