Siyasi stratifikasiya cəmiyyətin bütün tərəflərini əhatə edən iyerarxiya ranqlan sistemini təsvir edir. Bura nüfiız, hakimiyyət və s. daxildir.
Peşə stratifikasiyası əhalinin fəaliyyətinə, məşğuliyyətinə və peşəsinə görə bölünməsidir. P. Sorokinin fikrincə, əhalinin peşə əlaməti üzrə stratifikasiyası cəmiyyətin özülünü təşkil edir. Peşələr üzrə olan əlaqələr «dövlət ümumiliyinə» görə olan təsadüfi əlaqələrdən, ideologiya və siyasi partiyaya mənsubiyyət üzrə olan əlaqələrdən fərqli olaraq dərin, köklü [114- 115] və əsaslı xarakter daşıyır.
İqtisadi stratifikasiya üçün Sorokinin fluktuasiya adlandırdığı iki göstərici səciyyəvidir:
1) qrup və ya cəmiyyətin varlanması və yoxsullaşması;
2) iqtisadi piramidanın hündürlü5dinün artması və azalması'. Qeyd etmək lazımdır ki, stratifikasiya nəzəriyyəsi müasir dövrdə ən çox işlənilən və nəzəri eəhətdən əsaslandırılmış nəzəriyyədir.
Dostları ilə paylaş: |