Sosialogiyanın predmeti və vəzıfələri



Yüklə 131,59 Kb.
səhifə28/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   23   24   25   26   27   28   29   30   31
Sosialogiyadan imtahan sualları

Dördüncü səviyyə həyat əhəmiyyətli məqsədlərin reallaşdıniması prosesidir.

  1. Sosial institutların latent funksiyalarını araşdırın.

. Latent (gizli) funksiyalar. Sosial institutlann fəaliyyətlərinin birbaşa nəticələri ilə yanaşı, gözlənilməyən, yəni əvvəlcədən planlaşdınimış insani məqsədlərdən uzaq olan nəticələr də mövcuddur. Sonuncular cəmiyyət üçün ciddi narahatlıq yaradır. Belə ki, dini ideologiya öz etiqadlanm təbliğ etməklə təsirini möhkəmləndirməyə çalışır. Lakin bu məqsədlərin reallaşması gedişində elə insanlar meydana gəlir ki, onlar din naminə və din pərdəsi altında öz gizli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Məsələn, fanatiklər başqa dinə etiqad edənləri təqib edirlər. Belə hal dini zəmində sosial münaqişələrin yaranmasına kömək edir. Bu baxımdan Azərbaycanda da ayrı-ayn xeyriyyə təşkilatlanam bəzən missionerlik fəaliyyəti ilə məşğul olduğu qeyd edilməlidir.

Buradan aydındır ki, yalnız institutlann bütün funksiyalanni, o cümlədən latent funksiyalanm öyrənməklə biz onlann əsl simasını və məqsədlərini müəyyən edə bilərik. Bəzən sosioloqlar ilk baxışdan anlaşılmayan belə hadisə ilə üzləşirlər: institut öz həqiqi funksiyasını yerinə yetirmir və cəmiyyətdə onun fəaliyyətinə qarşı müəyyən maneçilik göstərilir. Lakin buna baxmayaraq o, öz işində davam edir. Bu hal onunla bağlıdrr ki, həmin institutun üzvləri gizli şəkildə öz məqsədlərinə nail olurlar. Deməli, latent funksiyaların öyrənilməsi ilk növbədə cəmiyyətin sosial strukturunda baş verən prosesləri müfəssəl öyrənmək üçün mühüm sosial və praktik əhəmiyyət kəsb edir.



  1. Disfunksiya anlayışını təhlil edin.

  2. Mətbuatın sosialogiyasını təhlil edin.

  3. KİV-in ictimai rəyin formalaşmasına təsirini araşdırın.

Məlumdur ki, ictimaiyyətin nümayəndələri öz rəylərini bildirmək üçün bir yerə toplaşa da bilər, toplaşmaya da bilər. İkinci halda ictimaiyyətin ayn-ayn nümayəndələri ictimaiyyətin digər nümayəndələri ilə ancaq kommunikativ əlaqələrdə ola bilərlər. «İctimaiyyət ancaq kütləvi kommunikasiya vasitələri sayəsində daxili əlaqəsini saxlayır. Bu səbəbə görə kütləvi informasiya vasitələri üzərində nəzarət çox zaman ictimai rəy üzərində hakimiyyət deməkdir».^

Kütləvi informasiya vasitələri ictimai rəyə ən müxtəlif formalarda təsir göstərmək imkanlarma malikdir. Onların fəal təbliğat istiqaməti ümumən etiraf olunur. Bir neçə misala müraciət edək.

İkinci dünya müharibəsindən sonra ABŞ-da papiros çəkmək dəb halını almışdı. Otaqda və ya ofisdə papiros çəkmək adi iş sayılırdı. Lakin 1957-ci ildə həkimlər sübut etdilər ki, o, orqanizmə sarsıdıcı təsir göstərir. Amerikalıların ictimai rəyi kəskin surətdə dəyişildi: kütləvi informasiya vasitələrində sağlam həyat tərzi uğmnda geniş kampaniya fəallaşdı. Hazırda papiros çəkənlər ümumi məzəmmət obyektinə çevrilmişlər. Qeyri-sağlam meyllilik sosial statusa və nüfuza [253 - 2541 təsir göstərə bilər: papiros çəkənləri bəzi işlərə qəbul etmirlər. Bütün cəmiyyət papiros çəkməyə qarşı mübarizəyə meyllidir.^

Başqa bir misala müraciət edək. Keçmiş SSRİ-də 80-ci illərin sonunda ictimai rəy (xüsusən Rusiyada yaşayan əhali tərəfindən) Şimal çaylarının axannın qismən dəyişilməsi və suya kəskin ehtiyacı olan Cənub ərazilərinə axıdılması layihəsinə qarşı çıxdı. KİV-lər bir qrup ziyalının etirazını fəal müdafiə etdi. Əksəriyyətin rəyi dəyişildi, tezliklə layihənin maliyyələşdirilməsinin dayandırılması barədə dövlət qəran qəbul olundu. Kütləvi informasiya vasitələrinin ictimai rəyə məqsədyönlü təsiri zamanı bir sıra suallar ortaya çıxır. Hansı halda təbliğat insan davranışında ən böyük dəyişikliklər yaradır: təbliğatın ictimaiyyət nümayəndələrinə təsiri əhəmiyyətli olanda, yoxsa həmin təsir zəif, ehtiyatlı olanda? İctimaiyyət nümayəndələrinin nöqteyi-nəzəri əvvəlki, arhq formalaşmış nöqteyi-nəzərdən xeyli dərəcədə kənara çıxdıqda, yaxud bu kənara çıxma əhəmiyyətsiz olduqda təbliğata strategiyasmı necə formalaşdırmaq lazımdır? Qəbul olunmuş rəydən kənara çıxmaları dərk etməyi adətən koqnitiv dissonans adlandırırlar. Burada iki nöqteyi-nəzəri fərqləndirmək olar. Bəzi alimlər belə zənn edirlər ki. əgər ümumən qəbul edilmiş nöqteyi-nəzərdən kənara çıxmalar əhəmiyyətlidirsə, onda təsir ictimai rəydə daha böyük dəyişiklik yaradır. Lakin bəzi alimlər buna diametral əks olan nöqteyi-nəzəri müdafiə edirlər. Vittaker hər iki elmi yanaşmanı tədqiq edərək belə bir qənaətə gəlmişdir ki, təbliğatı uğurla qəbul etməyin əsası koqnitiv dissonansm əhəmiyyətində deyildir, həmin nöqteyi-nəzəri ictimaiyyət nümayəndələrinin müdafiə etmə dərəcəsindədir. Nə zaman ki, cəmiyyət əvvəlki nöqteyi-nəzəri qızğınlıqla müdafiə edir, dərin şəxsiyyət xüsusiyyətlərini ona [255 - 256] qoşur, o zaman koqnitiv dissonansm güclənməsi ictimai rəyi əhəmiyyətsiz dərəcədə dəyişdirir. Bundan əlavə, əhəmiyyətli koqnitiv dissonans bumeranq effekti verir; bu onunla səciyyələnir ki, təbliğatın təsirinə məruz qalan cəmiyyət üzvü onu rədd etməyə başlayır və əks nöqteyi-nəzəri qəbul edir. Lakin ictimaiyyət nümayəndələri əvvəlki nöqteyi-nəzəri o qədər də qızğın müdafiə etmirsə, şəxsiyyət xüsusiyyətlərinin qoşulması o qədər də dərin deyildirsə, o halda koqnitiv dissonans təbliğatın təsiri nəticəsində ictimai rəydə dəyişiklik dərəcəsinin artmasına gətirib çıxara bilər. Cəmiyyətin hər bir üzvü üçün «optimal aynlıq», «optimal fərqlilik» mövcuddur; bu, ictimai rəyin maksimum dəyişilməsinə səbəb olur.




  1. Şəxsiyyət anlayışını təhlil edin.

Şəxsiyyət anlayışının özünü dəqiqləşdirməyə ehtiyac vardır. Elmi ədəbiyyatda bu barədə çox müxtəlif mülahizələr söylənilsə də, onlan əsasən iki qrupda birləşdirmək olar.

Birincisi, şəxsiyyət normativ kateqoriya kimi izah edilir, yəni onun mahiyyəti insamn şüuruna və fəaliyyətinə aid olan müsbət keyfiyyətlərlə əlaqələndirilir. Bu halda bəziləri yaş etibarilə yetkinliyi və psixi cəhətdən normal olmağı, bəziləri yüksək mənəviyyatı, şüurluluğu, məsuliyyəti, bəziləri fikirlərin müstəqilliyini, baxışlann müəyyənliyini, hisslərin orijinallığını, iradə qüvvəsini, daxili intizamı və s. şəxsiyyət olmaq üçün vacib normalar hesab edirlər. Məsələyə bu cür [57 a 58] yanaşılması elmi cəhətdən doğru deyildir. Çünki insanların bir qismini şəxsiyyət kimi, digər qismini isə qeyri-şəxsiyyət kimi səciyyələndirmək şəxsiyyət anlayışının tarixən yaranması faktına uyğun gəlmir, ümumiyyətlə, şəxsiyyət probleminin həm nəzəri, həm də praktik səpgidə öyrənilməsi işinə lüzumsuz çətinliklər əlavə edir. İkincisi, şəxsiyyət öz tipik və fərdi cəhətlərinin vəhdətində konkret insan kimi izah edilir. Bu nöqteyi-nəzər şəxsiyyət anlayışını daha dəqiq əks etdirir. «Fərd» anlayışı bəşər nəslinin hər hansı aynca nümayəndəsini ifadə etmək üçün işlədilir. Məlum olduğu kimi, sosial fəlsəfədə bu anlayış müəyyən sosial bütövün yeganə nümayəndəsini ifadə edir. Həmin anlayışın köməyi ilə hər bir aynca adamın şəxsiyyət kimi formalaşdığı sosial şəraitdən mahiyyətcə asılılığı nəzərə çarpdınlır. Fərdiyyət nəinki müxtəlif qabiliyyətlərin təzahürüdür, həm də onların müəyyən bütövlü5didür. Bu halda adətən qabiliyyətlərdən biri digərləri ilə müqayisədə üstün mövqe tutur, onların əlaqələndirilməsinin orijinal üsulunu müəyyən edir. Lakin fərdiyyət anlayışı bütün insan fəallığını tam həcmdə əhatə edə bilmir. Fərdiyyətin yetkinləşməsi, dolğunlaşması, ahəngdarlaşması xeyli dərəcədə şəxsiyyət stmkturundan asılıdır. Fərdiyyət anlayışı insan fəaliyyətinə özünəməxsusluq və təkrarolunmazlıq, çoxcəhətlilik və ahəngdarlıq, təbiilik və sərbəstlik ölçüsü ilə yanaşdığı halda, şəxsiyyət anlayışı bu fəaliyyətdə şüurlu-iradi başlanğıcı nəzərə çarpdırır. Şəxsiyyət anlayışı ancaq ictimai münasibətlər sistemində, fərdin öz sosial rolunu necə başa düşməsi, ona necə münasibət bəsləməsi və onu yerinə yetirməsi nəzərə alınmaqla düzgün mənalandınla bilər. Bu baxımdan fəaliyyət, şüur və şəxsiyyət problemlərini qarşılıqlı əlaqədə nəzərdən keçirən L. N. Leontyevə haqq qazandırmaq olar: «Şəxsiyyət olaraq doğulmurlar, şəxsiyyət olaraq təşəkkül tapırlar»



  1. İctimai rəyin ifadə vasitələrini araşdırın.

İctimai rəyin ifadə olunma növləri və formaları olduqca müxtəlifdir. Bu baxımdan üç növü xüsusi olaraq fərqləndirmək lazımdır.

Birincisi, kortəbii surətdə ifadə olunan ictimai rəydir. Belə rəy müəyyən fərdin və ya fərdlər qrupunun gündəlik həyat şəraitinin təsiri altında formalaşır və hadisələrə bu səviyyədə münasibətini, qiymətini ifadə edir. Məsələn, küçədə, məhəllədə, bazarda, iş yerində və s. yerlərdə daxili və beynəlxalq məsələlərin müzakirə edilməsi, onlara münasibət [248 - 249] bildirilməsi, qiymət verilməsi məhz bu qəbildəndir. İctimai rəyin belə ifadə olunması özünün lokal xarakteri, çox zaman hadisələrin zahiri, səthi tərəflərinə əsasən fikir yürüdülməsi və əsl mahiyyətinə dərindən nüfuz edilməməsi, əksər hallar-da qeyri-dəqiq olması ilə səciyyələnir. Lakin dediklərimiz ictimai rəyin bu növünə laqeyd yanaşmaq, onu nəzərə almamaq üçün əsas olmamalıdır.

İkincisi, ictimai rəyin dövlət orqanlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin təşəbbüsü ilə ifadə olunmasını əhatə edir. Bu növə ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına dair mühüm əhəmiyyətli qanun layihələrinin ümumxalq müzakirəsini, mətbuat səhifələrində, radio və televiziyada həyatımızın ən aktual və əhəmiyyətli problemlərinin vaxtaşırı müzakirəsini və s. aid etmək olar. Təbiidir ki, bu növ daha əhatəlidir, ictimai praktikamıza daha möhkəm daxil olmuşdur.

Üçüncüsü, ictimai rəyin xüsusi sosioloji tədqiqatlar vasitəsilə əldə edilmiş nəticələrinin əhaliyə çatdırılmasıdır. Bu növ əsasən əhalinin müxtəlif qrup və təbəqələri arasında aparılan sosioloji sorğular vasitəsilə ifadə olunur. Məlum olduğu kimi, bu növ dünya praktikasında geniş yayılmışdır. Respublikamızda da bu istiqamətdə müəyyən addımlar atılmışdır. Sosioloji sorğular sosial informasiya əldə etməyin mühüm kanallandır. Onlar cəmiyyətdəki ümumi iqlimi başa düşməkdə və qİ5mıətləndirməkdə mühüm rol oynayır. İctimai rəyə sosioloji yanaşma onun iki səviyyəsini fərqləndirməyi tələb edir. Bunlardan birincisi sözdə, danışıqda ifadə olunan səviyyədir. Buna verbal münasibət deyilir. Qeyd edilən səviyyədə bu və ya digər məsələyə ifadə olunan münasibət, verilən qiymət zahirən müəyyən əhali kütləsinin rəyi kimi qəbul oluna bilir, lakin hələ praktik gücə qadir olmur.

İkinci səviyyə bundan fərqli xarakteristikaya malikdir. Artıq bu səviyyədə, yəni əməli işi səviyyəsində ictimai rəy real həyata öz həqiqi təsirini göstərir. Bu səviyyədə artıq sosial qmplar və sosial birlik formaları öz şüurlannda bu və ya digər məsələyə verilən qiymətə uyğun surətdə praktik fəaliyyət göstərməyə başlayırlar.



  1. “ Sosial institut” anlayışını araşdırın.

Sosiologiyada instituta insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim edən, onların rol və statuslanm müəyyən sistem halına salan normaların, qaydaların və simvolların sabit kompleksi kimi tərif verilir. A. R. Radkliff-Brauna görə, institut elə standart xarakterli davranış üsullarıdır ki, onlann köməyi ilə cəmiyyətin sosial strukturu - sosial münasibətlər şəbəkəsi, müəyyən zaman kəsiyində öz mövcudluğunu qoru5mb saxlayır.' Məsələn, ailə institutu ərlə arvadın nəslin arünlması ilə bağlı daimi birgə həyatının cəmiyyət tərəfindən qəbul olunmuş formasıdır. Onun tərkibinə ailədaxili qarşılıqlı münasibətlərin normaları, ailə qurmağın qaydalan, tərəflərin öz rolu ilə bağlı öhdəlikləri və hüquqlan, habelə həyatın bu sferasında cəmiyyətin təsdiq etdiyi digər simvollar sistemi daxildir.

Sosial institut dedikdə, insanların obyektiv əlaqələri əsasında formalaşan xüsusi tipli inteqrativ bütövlük başa düşülür. O, cəmiyyətin əsas tələbatlannm ödənilməsində dəyərli ictimai sərvət və prosedurları özündə birləşdirən əlaqə və sosial normalann təşkil olunmuş sistemi kimi çıxış edir. İstənilən sosial institut bu və ya digər sosial tələbatın nəticəsi kimi yaranır. Tələbat olmadıqda və ya tədricən yox olduqda həmin institutun varlığı artıq ictimai həyatın inkişafına mane olur və belə institutlar sosial əlaqələrin ətalətlilik prinsipi üzrə bir müddət fəaliyyət göstərsələr də, əksər hallarda öz fəaliyyətlərini dayandırmalı olurlar.

Sosioloqlar göstərirlər ki, hər bir cəmiyyətdə əsasən aşağıdakı sosial institutlar fəaliyyət göstərirlər:

1. Hakimiyyətin həyata keçirilməsini və hakimiyyətlə bağlı münasibətləri tənzim edən siyasi institutlar.

2. Əmtəələrin və xidmət növlərinin istehsalını və bölgüsünü tənzim edən iqtisadi institutlar.

3. Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən mədəniyyət institutlan. Bunlar həyata yeni gələn nəsillərin sosiallaşması, sosial dəyərlərin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi üçün cavabdehdirlər.

4.Qohumlar, ər-arvad, valideynlərlə uşaqlar arasındakı münasibətləri tənzim edən və əhalinin təkrar istehsalını, habelə nəsillərarası ənənələrin ötürülməsini təmin edən institutlar.

Sosial institutun fəaliyyəti və inkişafı onun xarakteri və məzmunundan irəli gələn spesifik xüsusiyyətlərə, məsələn, utilitar mədəniyyət cizgilərinə malik olmalıdır. Bəzi institutlar inkişaf etmiş institutlardan fərqli olaraq ümumi əlamətləri tam şəkildə özündə əks etdirməyə də bilər. Bu hal institutun tam formalaşmadığını göstərir.

Bütün sosial institutlar onlar haqqında təsəvvür yaradan mədəni simvolik əlamətlərə malikdir. Məsələn, ailə institutu üçün nişan üzü5di, nigah mərasimi, dövlət üçün bayraq, gerb, milli himn belə əlamətlərdir.


  1. İctimai rəyin mahiyyətini təhlil edin.

İctimai rəy, demək olar ki, tarixi inkişafın bütün dövrlərində mövcud olsa da, onun bir anlayış kimi ifadəsi XII əsrdə İngiltərədə özünü göstərmişdir. Sonralar bu termin tədricən başqa ölkələrə də nüfuz etmiş, XVIII əsrin sonlarından etibarən isə geniş yayılmağa başlamışdır. ictimai rəy insanlann şüur və davranışının spesifik təzahürü kimi bütün ictimai şüur formaları və səviyyələri ilə sıx surətdə bağlıdır.

Hər bir cəmiyyətdə ictimai rəyin təşəkkül tapması və inkişafi mürəkkəb xarakterə malikdir. Ona görə də «təşəkkül tapmış ictimai rəy ayn-ayn rəylərin mexaniki cəmi deyil, qarşılıqlı mübadilə olunması və zənginləşməsinin, bir-birinə nüfuz etməsinin nəticəsidir, bir növ kollektiv zəkanın təmərküzləşmiş ifadəsidir.

İctimai rəy rasional, emosional və iradi ünsürlərin üzvi vəhdətindən ibarət olduğundan üç səviyyədə təzahür edə bilər: mənəvi münasibət kimi (qiymətverici mühakimələr vasitəsilə), mənəvi-praktik münasibət (emosional-iradi meyllər, səylər, niyyətlər və s. vasitəsilə) və praktik münasibət kimi (kütləvi hərəkatlar və əməllər vasitəsilə)».' İctimai rəyin nüfuz gücü əksəriyyətin şüuruna əsaslanması ilə şərtlənmişdir. Burada çox əhəmiyyətli məsələ həmin əksəriyyətin düzgün nöqteyi-nəzərdə, düzgün mövqedə olub-olmamasıdır. Əgər əksəriyyət düzgün nöqteyinəzərdədirsə, düzgün mövqedə dayanırsa, o zaman ictimai rəy əksəriyyətin yetkin rəyi kimi çıxış edir ki, bu da onun sosial əhəmiyyətini və praktik təsirini artınr. Kütlələrin şüurunun azdırılması ictimai rəyin funksional imkanlarım azaldır.

Konkret ictimai rəyin əlamətlərinə onun intensivliyini və sabitliyini aid edirlər. İctimai rəyi kütləvi şüurun mövcudluğu və təzahürü üsullarından biri hesab edirlər. Bu şüurda, məlum olduğu kimi, xalqın, sinfin, sosial qrupun əksəriyyətinin onların tələbat və mənafelərinə toxunan gerçəkliyin fakt, hadisə və proseslərinə real münasibətləri ifadə olunur.

İctimai rəy sosial nəzarətin, geniş kütlələrin davranışını və praktik fəaliyyətini nizama salmağın səmərəli vasitəsidir, xalqın özünüidarəetmə sisteminin ayrılmaz ünsürüdür. İctimai rəy müəyyən səviyyəli kollektiv mövqeləri ifadə edir. Ona görə də onun ümumi ictimai əhəmiyyət kəsb edən hadisə, proses, problem ətrafında formalaşması təbii sayılmalıdır. Başqa sözlə, ictimai rəyin formalaşması üçün «əlverişli mühit», real şərait yaranmalıdır. Tarixi inkişaf prosesində həm obyektiv, həm də subyektiv səbəblər üzündən müəyyən problemlər qmpu insanlann diqqət mərkəzinə keçir, son dərəcə aktuallıq kəsb edir.

Beləliklə, «ictimai rəyin sosial mahiyyəti bundadır ki, o, insanlann fikir və hisslərini, praktik fəaliyyətini daxili vəziyyətin və beynəlxalq həyatın ən mühüm tərəflərinə yönəldir, insanlan onlara qi}mıət verməyə sövq edir,... onlan bu tərəfləri ya qoruyub saxlamaq və ya möhkəmləndirmək işinə, ya da dəyişdirməyə səfərbər edir».’




  1. Milli etnik qrupların həlli yollarını araşdırın.

Milli-etnik münasibətlərin tənzim olunması sahəsində apanlan işdə aşağıdakı iki istiqaməti nəzərə almaq lazımdır.

Birincisi, bütövlükdə cəmiyyətin effektiv fəaliyyətini təmin etməyin zəmri şərti kimi əhalinin bütün qmplarmm, o cümlədən milli-etnik icmaların normal inkişafına əlverişli şərait yaradılması, etnik mühitdə münaqişəli vəziyyətlərə, böhran hallarına yol verilməməsi və onların qarşısını almaq texnologiyalarmm işlənib hazırlanmasıdır.

ikincisi, milli-etnik birliklərin və qmplann həyat tərzi ilə həmin ərazidə (kənddə, rayonda, vilayətdə və bütün ölkədə) yaşayan milli azlıqların həyat şəraiti arasında uyğunluq yaratmağa yönələn fəaliyyətdir.

Bütövlükdə etnik mühitin səmərəli təşkili işi bir - biri ilə sıx bağlı olan aşağıdakı üç səviyyədə apanla bilər:

1.Dövlət səviyyəsində müxtəlif sosial-etnik birliklər arasındakı münasibətlərin hüquqi tənzimlənməsi təmin olunmalı, millətlərarası münasibətlər sahəsində düzgün sosial siyasət formalaşdırılmalı və həyata keçirilməlidir. Etnik birliklərin inkişaf imkanlarını məhdudlaşdıra biləcək sosial ədalətsizlik hallan aradan qaldınimalıdır.

2. Sözügedən müddəaların həyata keçirilməsi təmin edilməlidir. Xalqlann milli özünəməxsusluğunun süni surətdə silinməsinə aparan müasir texnoloji sivilizasiyanın, urbanizasiyanın və kütləvi mədəniyyətin yayılması ilə bağlı proseslərin qarşısı alınmalıdır. Bununla yanaşı müxtəlif sosial-etnik birliklərin nümayəndələri, yerli və gəlmə sakinlər arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşmasına səy göstərilməlidir. [158 - 159]

3. Yerlərdə sosial-etnik birliklərin nümayəndələrinin yaşadığı şəraitə uyğunlaşması, onların məskunlaşması, təhsili, tibbi xidmətin təşkili ilə bağlı konkret vəzifələr həll edilməlidir. Sonra, hər bir etnosun nümayəndələrinə öz milli adət və ənənələrini, psixologiyasını və mədəniyyətinin etnik komponentlərini qoruyub saxlamaqda köməklik göstərilməlidir. Xalqlann öz ərazisində yerləşən və onlann həyati tələbatını ödəyən təbii ehtiyatlardan müstəqil istifadə etməsinə şərait yaradılmalıdır. Bu vəzifələrin yerinə yetirilməsində bütün hakimiyyət orqanları, bütün sosial institutlar, o cümlədən sosial xidmət müəssisələri böyük rol oynamalıdır.

Göründüyü kimi, milli-etnik problemlərin həllinin bütün aspektlərində başlıca rolu sosial siyasət oynayır. Məhz buna görə də cəmiyyətin siyasi təşkili sistemində sosial-etnik birliklərin həyatının bütün tərəfləri ilə, o cümlədən milli məsələlərlə məşğul olan orqanlar yaradılmalıdır




  1. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin