Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Cəmiyyətin sosial strukturunda baş verən yerdəyişmələr



Yüklə 200,89 Kb.
səhifə32/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   28   29   30   31   32   33   34   35   ...   59
SOSİOLOGİYA

33. Cəmiyyətin sosial strukturunda baş verən yerdəyişmələr.
Cəmiyyətin sosial strukturu probleminin mühüm aspektlərindən biri sosial yerdəyişmə və ya “sosial mobillik”dir, yəni adamların bir sinifdən, sosial qrupdan və təbəqədən başqalarına keçid məsələsidir. “Sosial mobillik” anlayışı sosiologiyaya 1927-ci ildə P.Sorokin tərəfindən gətirilmişdir. O, mobilliyi iki növə ayırır: üfüqi və şaquli. Fərd və sosial qrupun öz sosial statusunu, cəmiyyətin sosial strukturunda tutduğu yeri dəyişməsi sosial mobillik adlanır. P.Sorokin sosial mobillik dedikdə, yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə keçməsini deyil, bütövlükdə sosial vəziyyətin dəyişməsini nəzərdə tuturdu.
Cəmiyyətdə sosial mobilliyin mövcudluğunun iki əsas səbəbi vardır. Əvvəla, tarixi inkişaf nəticəsində cəmiyyətlər daim dəyişir, sosial dəyişikliklər isə əməyin bölgüsünü dəyişdirir, yeni statuslar yaradır və köhnələri yenisi ilə əvəz edirlər. İkincisi, elita təhsil almaq üçün imkanları inhisara ala bilər. Lakin o, istedad və qabiliyyətlərin təbii paylanmasını nəzarətdə saxlamaq iqtidarında deyildir. Buna görə də ən yüksək təbəqələr labüd olaraq ən aşağı təbəqələrdən üzə çıxan istedadlı insanların hesabına artır.
Sosial mobillik özünü müxtəlif formalarda göstərir. Üfüqi mobillik dedikdə, fərdin və ya sosial obyektin bir sosial vəziyyətədn onunla eyni səviyyədə olan digərinə keçidi başa düşülür. Məsələn, fərdin yaşayış yerini dəyişməsi, bir dini qrupdan digərinə keçməsi və s. Bu hallardan heç birində fərd özünə aid olan sosial statusu dəyişmir. Şaquli mobillik dedikdə isə fərdin aid olduğu təbəqədən fərqli təbəqəyə keçidi başa düşülür. Bu, fərdin sosial statusnu yüksəldən və ya aşağı salan dəyişmədir. Əgər sex rəisi sonradan zavodun direktoru olarsa, bu, yüksələn mobilliyin təzahürüdür. Əksinə, sex rəisi sonradan adi mühəndis olarsa, belə yerdəyişmə enən mobilliyin göstəricisi hesab oluna bilər.
Sosioloqlar həmçinin nəsillər arasında və bir nəslin daxilində mobilliyi fərqləndirirlər. Nəsillərarası mobillik valideynlərin və onların uşaqlarının sosial statusunun karyerasının müəyyən anına şamil olunur. Tədqiqatlar göstərir ki, Azərbaycanın əhalisinin bö-yük hissəsi hər bir nəsildə sinfi iyerarxiyada heç olmazsa, bir az yuxarıya və ya aşağıya doğru yerini dəyişir. Nəsildaxili mobillik şəxsiyyətin sosial statusunun uzun müddət ərzində müqayisə edilməsini nəzərdə tutur. Araşdırmaların nəticələri göstərir ki, azərbaycanlıların çoxu öz həyatı boyunca məşğulluq növünü dəyişdirir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin