Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Sosial yerdəyişmələrin istiqamətləri



Yüklə 200,89 Kb.
səhifə33/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   29   30   31   32   33   34   35   36   ...   59
SOSİOLOGİYA

34. Sosial yerdəyişmələrin istiqamətləri.
Beləliklə, sosial yerdəyişməni 2 yerə ayırmaq olar: nəsildaxili və nəsilarası. Nəsildaxili yerdəyişmə işçinin “əmək karyerası”nın əsas mərhələlərini qeyd etmə yolu ilə təsvir edilə bilər. Nəsilarası yerdəyişmə isə övladlarla valideynlərin sosial vəziyyətlərini müqayisə etmək yolu ilə təhlil olunur. Sosial yerdəyişmənin “üfiqi xətt” və “şaquli xətt” üzrə getməsi xüsusi tədqiqat tələb edir. Bizim ölkədə “üfiqi xətt” üzrə yerdəyişməyə siniflərarası, həmçinin də siniflərlə sosial qruplar arasındakı yerdəyişmələr daxil edilir. “Şaquli xətt” üzrə yerdəyişməyə isə siniflər və sosial qruplar daxilində bir (qrupdan) təbəqədən başqasına keçmək aid edilir. Daha sadə əmək növü ilə məşğul olan (az maaş alan) təbəqədən daha mürəkkəb əmək növü ilə məşğul olan (çox maaş alan) təbəqəyə keçid sosial qalxma, əksinə olan keçid isə sosial enmə adlanır. Sosial yerdəyişmənin əsas yolları əmək karyerası, peşə təhsili, ixtisasartırma sistemi və hərbi qulluqdur. Sosial yerdəyişmədə adamların sosial istiqamətləndirilməsi mühüm rol oynayır. Sosial istiqamətləndirmə insanın cəmiyyətin sosial sinfi strukturunda öz yerini dərk etməsi, arzu olunan sosial mövqeyinin və ona nail olma yollarının seçilməsidir. Sosial istiqamətləndirmənin növlərindən biri peşənin və iş yerinin seçilməsdir.
Sosial istiqamətləndirmənin 3 tərəfi var: retrospektiv-keçmişə aid, situativ-şəraitlə bağlı və perspektiv. Sosial yerdəyişmə sosiologiyası külli miqdarda tədqiqatlar nəticəsində aşağıdakı qanunauyğunluqları aşkar etmişdir:
- Əmək fəaliyyətinə başlamanın xarakteri xeyli dərəcədə sosial mənşə ilə müəyyən edilir. Məsələn: fiziki əmək işçiləri ailəsindən çıxanların çoxu əmək fəaliyyətinə fiziki əmək işçiləri kimi başlayırlar. Ziyalı ailəsindən olanların xeyli hissəsi əmək fəaliyyətinə zehni əmək işçisi kimi başlayırlar.
- Nəsilarası sosial yerdəyişmənin əsas istiqaməti əsasən fiziki əməkdən zehni əməyə doğru gedir.
- Əsasən zehni əmək sosial qrupu ailənin bütün 3 tipinin nümayəndələrindən (fiziki əmək adamları, qarışıq tərkib, zehni əmək adamları) təşkil olunur.
- Uşaqların sosial-peşə istiqamətləndirilməsində ata yox, ana mühüm rol oynayır.
- Sosial yerdəyişməni tədqiq edərkən həm obyektiv, həm də subyektiv amilləri təhlil etmək lazım gəlir.
Sosioloji tədqiqatların nəticələri göstərir ki, istedadlı şəxsiyyətlərin istənilən ictimai təbəqələrdə və siniflərdə olması real faktdır. Əgər sosial nailiyyət üçün heç bir maneə mövcud deyilsə, onda yüksək sosial mobilliyin müvəffəqiyyətini gözləmək olar. Araşdırmalara görə demək olar ki, təbəqə və siniflər arasında fərdlərin bir qrupdan digərinə sərbəst keçidləri üçün müəyyən maneələr mövcuddur. Ən başlıca maneələrdən biri sosial sinfin nümayəndəsinin həmin sinfin mədəniyyətinə uyğun tərbiyə olunmasıdır.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin