Asılı olmayan hadisələrinin hasilinin ehtimalı onların ehtimalları hasilinə bərabərdir.
P(AB) = P(A) · P(B).
Nəticə. n sayda asılı olmayan A1, A2, ..., An hadisələrinin birlikdə baş verməsi hadisəsinin ehtimalı bu hadisələrin ehtimalları hasilinə bərabərdir.
P(A1, A2, ..., An) = P(A1) · P(A2) · ... · P(An) .
Teorem 1. Uyuşmayan iki hadisənin cəminin ehtimalı onların ehtimalları cəminə bərabərdir:
P(A + B) = P(A) + P(B)
İsbatı. Sınaqların ümumi sayını n, A hadisəsinə uyğun gələn sınaqların sayını m1, B hadisəsinə uyğun gələn sönaqların sayını isə m2 ilə işarə etsək və
m = m1 + m2 olduğunu nəzərə alsaq alarıq:
P(A + B) = P(A) + P(B).
Nəticə. A1, A2, ..., An hadisələri uyuşmayan hadisələrdirsə, onda onların cəminin ehtimalı bu hadisələrin ehtimallarının cəminə bərabərdir, yəni
P(A1, A2, ..., An ) = P(A1) + P(A2) + ... + P(An).
Misal 1. Qutuda 15 ağ, 20 qırmızı, 10 sarı kürəcik var. Qutudan çıxarılan bir kürəciyin qırmızı və ya sarı olmasının ehtimalını tapmalı.
Çıxarılan kürəciyin qırmızı olması hadisəsini A ilə, sarı olması hadisəsini isə B ilə, onlardan hər hansı birinin baş verməsi hadisəsini isə C ilə işarə edək.
Mümkun halların sayı 15+20+10=45 , A hadisəsi üçün əlverişli halların 20, B hadisəsi üçün əlverişli halların sayı 10 olduğundan, ehtimalın klassik tərifinə əsasən
P(A) = ; P(B) = .
Aydindir ki, A və B hadisələri uyuşmayandır və hadisələrin cəminin tərifinə görə C = A + B. Ehtimalların toplanması teoreminə əsasən
P(C) = P(A + B) = P(A) + P(B) = .
Teorem 2. Tam qrup əmələ gətirən hadisələrin ehtimallarının cəmi vahidə bərabərdir.
P(A1) + P(A2) + ... + P(An) = 1.
Teorem 3. Qarşılıqlı əks hadisələrin ehtimallarının cəmi vahidə bərabərdir.
P(A) + P( ) = 1.
Çox vaxt hadisənin ehtimalı p hərfi ilə, onda qarşılıqlı əks olan hadisənin ehtimalını isə q hərfi ilə işarə edirlər. Onda p = 1 – q olar.
Misal 2. Günün yağışlı olması ehtimalı 0,8-ə bərabərdir. Günün yağışsız olmasının ehtimalını yapın.
Günün yağışlı və ya yağışsız olması hadisələri qarçılıqlı əks hadisələrdir. Ona görə də günün yağışlı olması hadisəsini A ilə işarə etsək, yağışsız olması olar. P(A) + P( ) = 1 olduğundan, alırıq ki,
P( ) = 1 P(A) = 1 – 0,8 = 0,2 .
Sınaqlar nəticəsində A və B hadisələrinin eyni zamanda baş verməsi hadisəsinə bu hadisələrin hasilideyilir və AB kimi işarə edilir.
Dostları ilə paylaş: |