Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


VƏTƏNDAŞ OLMAQ HÜNƏR TƏLƏB EDİR…



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə59/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   55   56   57   58   59   60   61   62   ...   99
VƏTƏNDAŞ OLMAQ HÜNƏR TƏLƏB EDİR…
İndi qayıdaq adını jurnalist, yazıçı, yazar qoyub digərlərinə yuxarıdan 
aşağı  baxan,  genlərinin  haradan  qaynaqlandığı  məlum  olmayan  bir  çox 
söz  adamlarının  üstünə…  Yuxarıda  qeyd  etdiyimiz  kimi  biz  xaçpərəst 
birliklərini  də,  onların  insanlarının  bir-birinə  qarşı  olan  təəssübkeşliyini 
də  başa  düşürük,  amma  bizi  təəccüb  və  heyrət  içində  qoyan  bəzi  yazar 
soydaşlarımızın  məsələyə  avropasayağı  düşüncə  ilə  yanaşmasıdır,  yəni 
belə  görünür  ki,  bu  yazar  soydaşlarımız  bizdən  çox-çox  mədənidir  və 
bu  baxımdan  da  sözün  əsl  mənasında  irəli  gediblər.  Yazılarında  zabiti-
mizin cinayətkar olduğunu və insan həyatına son qoyduğu üçün ömürlük 
məhbəsdən  çıxmamasını  arzulayanlar  hansı  məfkurəyə  xidmətdədirlər, 
bunu onların özləri və bir də Allah bilir. Bununla da onlar azad düşüncə 
sahibi  kimi  özlərini  bizlərdən  çox-çox  zirvədə  görürlər.  8  mart  2011-ci 
ildə Ağdamın Orta Qərvənd kəndində öz evinin həyətində oynayan 9 yaşlı 
Fariz Bədəlovu erməni cəlladı snayper tüfəngi ilə qəsdən vurdu. Bəs o gör-
mürdü ki, onun hədəfindəki uşaqdır? Niyə buna dünya səs vermədi və onu 
qatil  adlandırmadı?  Ramil  Səfərova  cinayətkar-qatil  adı  ruslar  qoyublar 
və  öz  medialarında  onu  səsləndiriblər.  Bilmək  lazımdır  ki,  ruslar  bizim 
dostlar deyil, bütün bu ağrılar bizə ruslardan ermənilərin vasitəsilə gəlir. 
Bizimkilərdən kim ki, rus-erməni qansızları ilə bir xorda oxuyur, onları 
heç azərbaycanlı da saymaq olmaz.
Türkiyədə,  Güneyli-Quzeyli  Azərbaycanda  az-az  ailələr  tapılar  ki, 
ermənilərin  törətdiyi  soyqırımın  dəhşətlərindən  keçməmiş  olsunlar. 
Rəhmətlik ana nənəm bizə nəql edərdi ki, Siyəzəni, doğulduğum Tağay 
kəndini  gavurlar  (o,  erməniləri  gavur  adlandırırdı)  xaraba  qoymuşdu. 
1918-ci il qırğınlarında onun bələkdə olan qızını – Məryəm xalamı, qa-
çaqaçda  qucağından  qəfil  yerə  düşən  körpəni  ermənilər  (kənd  adamları 


185
o  vəhşətləri  qaçaqaç  günləri  təki  yad  edirdilər)  oda  atıb  yandırmışdılar. 
Nənəm o günləri dünyasını dəyişənə qədər dəhşətlə yad edib xilasa gələn 
türk əsgərlərinin ruhuna dualar oxuyurdu.
Ağdamın  Orta  Qərvənd  kənd  sakini  9  yaşlı  Fariz  Bədəlov  ermənilər 
tərəfindən  qətlə  yetiriləndə,  mən  bir  dəstə  yazar  qadınla  faciənin  baş 
verdiyi kəndə getmişdim. Erməni vəhşilərindən 300 metr aralıda yerləşən 
bu kənd hər gün güllələr altındadır. Sakinlər orda yalnız gecələr iş görə 
bilirlər.  Kənd  evləri  erməni  güllələrindən  dəlik-deşikdi.  Bütün  işğal 
olunmuş torpaqlarımıza yaxın ərazidə yaşayan insanlar sitəm içindədir. Bu 
bir-iki gün deyil, düz iyirmi ildir ki, davam edir. Mən orda gördüklərimdən 
dəhşətə  gəlmişdim.  Ağdam  bölgəsindən  qayıdandan  sonra  hələ  də 
əsəblərimi ələ ala bilmirəm. Bu gün Bakıya yığışıb əlinə qələm götürüb 
özünü yazar qismində görən və erməni təəssübü çəkən, qəhrəmanlığa “ayrı 
nöqteyi-nəzərdən” baxan bu insanlar nə olar bir gedib cəbhə bölgələrindəki 
insanlarımızın səksəkəli həyatıyla maraqlansınlar. Sonra öz ölümünə özü 
bais olmuş erməni zabitinin dərdini çəksinlər…
Ramil Səfərov məhbəsdə olana qədər biz hamımız iqtidarlı-müxalifli 
onun düşdüyü duruma yanırdıq, zabitimizin ordan xilası haqqında uzun-
uzadı sosial şəbəkələrdə dərdləşirdik. İndi Ramil balamız azadlıqdadır, biz 
onun sağlığını qorumalıyıq və bu coşquyla torpaqlarımızın işğaldan azad 
olması təbilini çalmalıyıq. Bu gün özünü yazar bilib başqalarına yuxarıdan 
aşağı  baxan  bəzi  qələm  əhli,  hətta  Vətən  mövzusunda  yazılan  şeirlərə 
dodaq büzür, vallahi-billahi vətəndən yazanlar onu istəkdən yazır, hansı 
səviyyədə olursa olsun, bu torpaq sevgisindən, yurd sevgisindən irəli gəlir. 
Qaldı  kim  arxivlərdə  itib-batacaq,  onu  zaman  göstərəcək…  Biz  bu  gün 
Ramil  Səfərovun  qurtuluş  gününü  öndə  bizi  gözləyən  düşmən  üzərində 
qələbə günü ilə tamamlamalıyıq, çünki bu iki amil bir-biriylə sıx bağlıdır.
Sonda  erməni  dəyirmanına  su  tökən  bəzi  qələm  əhlinə  ərz  etmək 
istəyirik ki, heç yağı da öz millətinə, soyuna-kökünə xor baxanları sevmir. 
Bu gün ermənilər nə qədər atlanıb-düşsələr də, yəqin ki, Ramilin atdığı 
addıma ürəklərində paxıllıqları tutur, çünki özləri o mərtəbəyə heç vaxt 
qalxa bilməyiblər və qalxa bilməzlər. 
Hansısa  titulları  almaqdan  ötrü,  yad  ölkələrin  qrantları  ilə  dolanmaq 
üçün milli qayəni ayaqlar altına salıb tapdalamaq olmaz. Bunun bir adı var: 
DÜŞMƏN DƏYİRMANINA SU TÖKMƏK…
  09.09.2012



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin