189
ləmək yerinə düşərdi. Son illərdə bəzi yazar insanlarımızın yaratdığı ədəbi
məhsullarda milli məfkurənin unudulduğu, hətta eldən, yurddan yazmağa
rişxəndlə baxıldığının təəssüflə şahidi olursan. Vətənlə bağlı mövzulara geridə
qalmışlıq kimi baxan dırnaqarası söz xiridarlarının fikri-zikri avropasayağı
söz oynatmaqdır. Fikrimizcə, Vətən eşqi bütün hisslərdən, duyğulardan öndə
olmalıdır.
Kişini kişi edən Vətəndir, millətin xoşbəxtliyi onunla təndir!
İndi qayıdaq haqqında yazmağa qərar verdiyim müəllifin “Bakıdan
Yardımlıya Səyahət” kitabının üstünə. Müəllifin bu kitabı özünün qeyd
etdiyi kimi yaddaş-poemadır. Poema başdan-başa bütöv bir elin kədərini-
sevincini, ağrısını-hekayətini özündə birləşdirən möhtəşəm bir əsərdir.
Əsərin baş qəhrəmanı müəllif özü və dostu Mir Mahmud ağadır. Poemada
müəllif klassik şairlərimizin yazı üslubuna sadiq qalıb. Xüsusən indiki
dövrdə yazar insanlarımız arasında Allahın varlığına şübhəylə baxan,
allahsızlıq ideyaları ilə nəfəs alan qövm yaranmaqdadır. Hafiz Rüstəm bu
növ düşünənlərin əksinə olaraq poemanı Allaha münacatla başlayır.
Sən ey bağışlayan, sən ey rəhm edən,
Əsirgəmə eşqi, ilhamı məndən.
Ey iki dünyaya yeganə sahib,
Həm işin içində, həm də ki, qalib.
Haqqın varlığına sidq-ürəklə bağlanan, onu yaranışların sahibi san-
an müəllif dünyanın böyük dahilərinin gəldiyi fikirlə həmahəng olur.
Biz bütünlükdə ağrılı bir ömür yaşayan millətlərdənik. Bu ağrını isə öz
çiyinlərində ömür boyu daşıyan vətən təəssübü, yurd ağrısı çəkən düşüncə
sahibləri, həqiqi yazar insanlardır. Hafiz Rüstəm də, məhz belə yazar
insanlardandır, əgər belə olmasaydı bu cür iri həcmli poemanı araya-ərsəyə
gətirə bilməzdi.
Biz hamımız doğulub-böyüdüyümüz ocaqlardan, yuvalardan şəhərə
peşə, sənət, böyük arzular dalınca üz tutan kəslərik. Kəndin təmiz havasını,
saf, sadəlövh, dilə bağlı, yurda aşiq insanlarını buraxıb paytaxta yüksək
amallar dalınca üz tuturuq. Hələ şəhərin isti asfaltını, boz üzünü görməmiş
quş kimi qanad açırıq. Gəlib bir çox mətləblərdən hali olub qaim-qədəm olan-
dan sonra çox şeylərin bizim gənclik düşüncələrimizdən daha ağrılı, daha
çətin olduğunun fərqinə varırıq. Bu yolda sağlamlığımızı, uşaqlıq,
gənclik
illərinin şirinliyini itiririk, yavaş-yavaş iddialı, təkəbbürlü anadangəlmə
190
şəhərli olmasaq belə, şəhər insanına çevrilirik. Doğma yurdlarımızda
qoyub gəldiyimiz istiqanlığı xatirələrə gömüldürük, amma hər birimizin
içində doğulduğumuz yurdların eşqindən qaynaqlanan bir nisgil yatır.
Biz vaxt tapanda hərdənbir qoyub gəldiyimiz ocaqlara yollanırıq, bəzən
soyuq, bəzən isti qarşılanırıq, çünki tərk edilmiş yuvalardan canbir, qan-
bir yurddaşlar olsa belə, sən qonaqsan. Qoynunda məskən saldığın şəhərə
qayıtmalısan. Ürəyi qan yaddaşından qopub gələn ocaq sevgisi adamı bir
an belə tərk etmir, bu sevgi ağır vaxtlarda göz yaşlarına, xoş çağlarda isə
yurdla təmasda olmaq istəyinə çevrilir. Müəllifi də yəqin yaşının yarıya
adlayan çağında bu istək, bu dilək çalxaladıb, onu atalı, analı günlərinin
ürək titrədən, qəlbə məlhəm xatirələrinə yönəldib. Ata ocağından boylanan
isti ana nəfəsinin, cana məhrəm şirin laylalarının qulaqlarda donub qalmış
havasının sədası nisgilli xatirələrinin dünyasından onu səsləyib. Onun da
ata ocağının şirinliyi uşaqlıq çağlarının uzaq xatirələrində özünə məskən
salıb. O da qələminə və kağızına sarılıb bu istəyi boğça-boğça xatirələr
taxçasından çıxarıb misra-misra dastana çevirib. Şair yaşadığı anların
xatirələrə dönmüş zamanlarını keçmişin ötüb qalmış günlərində itib-bat-
mamaq üçün, doğulduğu ocağını, yurdunu sözün sehri ilə əbədiləşdirmək
üçün bu həyat hekayətini muncuq-muncuq söz ovqatına kökləyir.
Hafiz Rüstəm poemanı ayrı-ayrı başlıqlarla səhifələyir. Hər başlıq
adamı bəhs etdiyi hekayətin izinə salır. Müəllifin “Yardımlıya səyahət”
yaddaş-poemasında “Cənuba doğru”, “Sərhəd ağrıları”, “Ricət”, “Dağlar…
meşələr”, “Yollar-görüntülər”, “Məcnun dağ havasında” və sair başlıqlarla
sıralanmış hekayətlər Yardımlı bölgəsinin tarixi, etniki adət-ənənələri ilə
oxucunu hali edir, yurdun gəlməli-görməli gözəlliklərilə onu tanış edir,
sanki müəllif oxucunun əlindən tutub onu öz doğulduğu, boya-başa çatdığı
məkana aparır. Şair poemanın “Sərhəd ağrıları” bölməsində yolların za-
man köhləninə əyləşib insanı ömrün rəngarəngliyi ilə ulaşdırdığını şirin
bir dillə nəzmə çəkir:
Dostları ilə paylaş: