URMU GÖLÜ HARAYI
Güney ağrısı daima ürəyimdə dərd olaraq özünə yurd-yuva salıb.
Güney Azərbaycanında tədris ocaqlarında dilinə yasaq qoyulmuş başıbəlalı
xalqımız İran üsul-idarəsinin əlində ağrılar içərisindədir. Mənə elə gəlir ki,
Vətən eşqi bütün hisslərdən, duyğulardan ucada durur. Bu duyğunu ürəyində
daşıyanların əksəriyyəti ziyalılar, mənəviyyat adamlarıdır. Məcburiyyət
ucbatından dünyanın dörd bir yerinə səpələnmiş, binəva Güneyli qardaş
və bacılarımızın əzilən qürurlarından yana daima ürəyim sızıldayır. Bizim
ulu babalarımız birlik şərbətini vaxtında niyə içə bilmədilər?! Bu gün
onların törəmələri bu acı həqiqətin ağrıları içərisində əzilməkdədirlər.
Azərbaycanın Güneyi daima inqilabların, haqq uğrunda mübarizələrin
beşiyi olub. Nə qədər itkilər, nə qədər qanlar tökülüb məmləkətimizdə…
Bu yaxınlarda mətbuat səhifələrindən məlumatlandım ki, Azərbayca-
nımızın Güneyinə məxsus Urmiyamızın tacı olan Urmu gölü qurumaq
təhlükəsilə üzbəüz qalıb. İran başbilənlərinin Urmu gölünə ögey müna-
sibəti məndə həm təəccüb, həm də hiddət hissini gerçəkləşdirir. Belə
götürəndə İran heç də kasıb bir dövlət sayılmamalıdır. Neftdən, qazdan
173
gələn gəlirlərlə o ölkə tam firavanlıq içində yaşaya bilər və baş verə biləcək
hər bir təbii fəlakətlərin qarşısını ala bilər, çünki hər şeyi dünyada həll edən
ağıl və paradır. Necə deyərlər: “Adamı adam edən paradır, parasız adamın
üzü qaradır…”
İndi dünyamızda günbəgün artan təbii fəlakətlər, dağıdıcı zəlzələlər,
sunamilərlə yanaşı ekoloji balans pozulması fonunda çayların, göllərin
quruması səhralaşma, oksigen azlığı insan varlığını təhlükəyə atmaqdadır.
Bütünlükdə bu olaylar insanları, xüsusən də dünyanı idarə edənləri ağılla-
rını işə salıb dərindən fikirləşməyə çağırmırmı?! Bu dünyanın nizamının
pozulmasından yana həyəcan təbili deyilmi?! Mən təkcə bir yazar kimi
yox, Neft sahəsində geofizikada çalışmış bir mühəndis kimi bu acıları
yazıya almağa çalışacam. Neft istehsal edən ölkələr bilirlər ki, neft
ölkəyə gətirdiyi gəlirlərlə bahəm bir çox ağrı-acılar da gətirir. Bu ağrı-
acılardan ən böyüyü neftli ərazilərin çirklənməsi, atmosferə atılan qaz-
lar, saysız-hesabsız tullantılardır. Bütün bunlar təbii fəlakətlərə yol açır,
göllərin, çayların qurumasına yaşıllıqların məhv olmasına, təbiətdə kar-
bon qazlarının çoxalmasına, oksigenin azalmasına səbəb olur. Bu da can-
lıların birbaşa sağlığına dəhşətli bir zərbədir. O canlılardan birincisi isə
dünyanın həm bəzəyi, həm də başının bəlası olan İnsandır. İnsansız dünya
heçdir, dünyasız insan… İndiki zamanda insan toplumu dünyada ürək
çatışmazlığı bəlasından əziyyət çəkir. Bilirsiz niyə? Ona görə ki, bir el
misalında deyildiyi kimi “Nə tökərsən aşına, o da çıxar qaşığına…” İnsan
nəfsinin felinə düşüb, müvəqqəti ömrünü nəfsinə fəda edir, ona görə də
İranda hakimiyyət kürsüsündə oturanlar bu acı mətləbi göz önünə gətirib
URMU GÖLÜnün qurumasına seyrçi qalmamalıdırlar. İranın güc sahibləri
tezliklə bu bəlanın qarşısını almalıdırlar.
Urmu gölü haqqında qısa bir arayış:
Urmu gölü İran hakimiyyətinin tabeliyində olan Güney Azərbaycan,
Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında olan göldür.
Cənubi Azərbaycan və İranın ən böyük gölü… Səthinin sahəsi 5.822 km,
maksimum həddi şimaldan cənuba 140, şərqdən qərbə 55 kilometrdir.
Ən dərin nöqtəsi 16 metrdir. Göldə 100-dən çox ada var. Bu adaların ən
böyüklərindən birində vaxtilə bütün dünyaya lərzə salmış Çingiz xanın
nəslindən olan Hülakü xanın nəvəsinin qəbri var. Urmu gölü Cənubi
Azərbaycanın və İranın ən məşhur gölüdür. Köçəri quşlar bu gölü miqra-
siya zamanı fasilə məntəqəsi kimi istifadə edir. Gölə tökülən çaylar:
174
1. Nazilçay
2. Acıçay
3. Sofiçay
4. Cığatıçay
5. Tətovuçay
Arayışdan göründüyü kimi, göl həm tarixi baxımdan, həm ekoloji
tarazlığın pozulmaması baxımından qorunmalıdır. Bu gölün quruması
təkcə orda yaşayan Azərbaycan türklərinə yox, bütünlükdə İran əhalisinə,
habelə qonşu ölkələrə faciə gətirə bilər. Bu yaxınlarda internet portallarında
Urmu gölünün çəhrayı rəngə boyanmasının şəkilləri yayımlanırdı. Gölün
çəhrayı rəngə boyanması göldə olan mikro canlıların qırılma təhlükəsindən
xəbər vermirmi?.. Göldə canlı orqanizm üçün su azlığından bəlkə göl
çəhrayı rəngə boyanıb. Gölün quruması ətraf ərazinin səhralaşmasına yol
aça bilər. Bu isə qlobal fəlakət deməkdir! Deməli, bu, ətrafda yaşayan
insanların həyatına təhlükədir. Bütünlükdə İran əhalisinə təhlükədir. İran
güc adamları, alimləri bu ürək ağrıdan mənzərəyə seyrçi qalmamalıdır. Bu
gün İran nüvə fizikası elminə yiyələnib. Bu elmə yiyələnmək üçün mi-
lyardlarla pul xərcləyib və xərcləyir. Deməli, bu gölün də qurumasının
qarşısını almaq üçün elmi və fiziki gücü hərəkətə gətirib təbii fəlakətin
qarşısını almaq olar. Yer kürəsi hamımızındır, milliyyətindən, dinindən,
irqindən asılı olmayaraq, bütün insanlarındır. Hardasa bir meşə yanır, çay
quruyur, göl quruyur, zibilləşmə gedir, bu bütün təbiətə quyu qazmaqdır və
dolayısı ilə özümüzə… Müqəddəs kitabımız Quranı əlindən yerə qoyma-
yan İran hakimiyyət adamları Allah eşqinə bu fəlakətin qarşısını tezliklə
almalıdırlar, çünki Allah həm təbiətin, həm də dinindən, milliyyətindən
asılı olmayaraq ona tapınanların və tapınmayanların qoruyucusudur. Allah
eşqinə URMU GÖLÜ qorunmalıdır, elə bu dəqiqə, bu an, bu saniyə…
Azəri türklərinə nifrətin acığını göldən, dənizdən, çaydan, meşədən çıx-
maq olmaz! Bu acığın zərbəsi sonda onu edənlərin birbaşa özünə dəyə-
cəkdir! Ona görə də, ey İranın elm adamları, hakimiyyət sahibləri,
URMU GÖLÜnün HARAYINA qulaq asın! Bu haray təbiətin, kainatın,
bütünlükdə gecəbəgündüz məscidlərdə, camilərdə “Allahu-əkbər” dediy-
iniz ALLAHIN harayıdır, çünki yeri də, göyü də Allah yaratmış deyiriksə,
bu İlahi harayıdır. Bu haraya tələsin, QURAN naminə, İSLAM naminə,
ALLAH naminə…
26.07.2012
|