Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


MƏN ÖZÜM-ÖZÜMƏ SÖZ VERDİM



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə60/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   56   57   58   59   60   61   62   63   ...   99
186
MƏN ÖZÜM-ÖZÜMƏ SÖZ VERDİM
Türkiyənin Adana  şəhərindən  mənim  elektron  ünvanıma  bir  məktub 
gəlmişdi. Məktubda şair-araşdırmaçı Münəvvər Düvər bir dəstə Türkiyənin 
yaradıcı insanları ilə Azərbaycana gəlmələri barədə məni məlumatlandırırdı. 
O, hətta bizim ölkəmizə gəlməmişdən öncə Gürcüstanda olacaqları, sonra 
Gəncəyə və Bakıya gələcəkləri barədə mənə yazdığı məktubunda açıqlama 
verirdi. Bakıda olarkən Yazıçılar Birliyində görüş keçiriləcəyi və mənimlə 
görüşməyi  can-dildən  arzuladığını  yazırdı.  Münəvvər  Düvərlə  biz  inter-
net  portallarından  tanış  olmuşuq.  O  mənim  “Həqiqət  nə  qədər  acı  olsa 
da” məqaləmi Yalquzaq.com saytından götürüb yayımlamışdı. Beləliklə, 
adanalı şair Münəvvər xanım-əfəndi ilə yaradıcılıq əlaqələrimiz başladı. O 
mənim şeirlərimi, publisist yazılarımı öz saytında yayımlayır. Bu üzdən in-
terneti dünyanın ixtiyarına verən ABŞ hökuməti minnətdarlığa layiqdir. Nə 
yaxşı ki, internet öz qapısını insanların üzünə açdı, mənəvi sərhədlər götürül-
dü, adamlar bir-birini tanıdı. Hər sahədə öz istedadlarını üzə çıxarmağa nail 
oldular. Nə qədər internetin ziyanlı tərəflərindən danışsalar da, bu heç də insan 
yaradıcılığının üzə çıxması ilə müqayisəyə gələ bilməz. O üzdən dünyanın 
hegemon dövləti olan ABŞ-a vallah, billah, çox sağ ol düşür. 
Əlqərəz, qardaş ölkənin yaradıcı insanları böyük bir heyətlə ölkəmizə 
təşrif gətirdilər. Mən Münəvvər xanımla telefon əlaqəsi yaratdım. Səhəri 
biz  Qafqaz  otelinin  qarşısında  görüşüb  onlarla  birlikdə  şəhəri  gəzməyə 
çıxmalı  idik.  Yolum  uzaq  olduğu  üçün  onların  görüşünə  Şirvanşahlar 
sarayını  ziyarət  etdikləri  vaxt  yetişdim.  Yolüstü  yaradıcı  həmkarıma 
hədiyyə olaraq çiçəklər aldım. Onlar çiçəkləri görəndə o qədər sevindilər 
ki… Bu insanların çoxusu birinci dəfə idi Azərbaycana qədəm basırdılar, 
əllərində kiçik kisələr var idi. Onlar bu kisələrdə bir ovuc torpaq apara-
caqlarını deyirdilər. Bu illərlə həsrətində olduqları Azərbaycan sevgisi idi. 
Yolboyu mən onlarda bir-birinə hədsiz ülfət, hörmət hissi gördüm, tutduğu 
vəzifədən asılı olmayaraq, onlar bir-birlərinə abi, abla, xocam deyə müraciət 
edirdilər. Biz Şirvanşahlar sarayından çıxıb, onları gəzdirən mehmanxana-
ya  məxsus,  avtobusla  Nizami  muzeyinə  üz  qoyduq,  lakin  muzeyə  daxil 
olma qiyməti xaricilər üçün 7 manat, yerli vətəndaşlar üçün isə 5 manat 
dəyərindədir  dedilər.  Türkiyəli  qardaş-bacılarımız  bu  ayrı-seçkilikdən 
bir qədər inciyən kimi də oldular. Muzeyə giriş qiymətinin baha olması 
onları  çox  təəccübləndirdi.  Deyirdilər,  əfəndim,  bu  qiymətlə  muzeylərə 


187
kim gələr? Əvvəlcədən müəyyənləşdirildiyi kimi Yazıçılar Birliyinə yola 
düşdük. Yazıçılar Birliyinin rəhbəri Anar müəllim gələn qonaqları, öncə öz 
iş otağında, sonra Natəvan klubunda isti ürəklə qəbul etdi. Onun masasında 
baş-başa vermiş Türkiyə-Azərbaycan bayraqları türk müsafirlərini əməlli-
başlı həyəcanlandırdı və qürurlandırdı. Əsl hadisələr isə görüşün Natəvan 
klubunda davamı ilə başladı. Görüşə aparıcılıq edən AYB-nin gənclər üzrə 
katibi Rəşad Məcid idi. O bir-bir həm gələn qonaqlara, həm də əvvəlcədən 
dəvət  edilən  adamlara  söz  verməyə  başladı.  Mən  də  bir  neçə  ay  öncə 
Münəvvər Düvərə yazdığım “Münəvvər” adlı şeri deməyi qərara aldım. 
Şeir heç də tək bir insanın tərifindən yox, türklüyümüzlə bağlı ağrı-acılardan 
bəhs edirdi. Münəvvər xanım təkidlə bu şeri deməyi məndən rica edirdi, 
görüşə rəhbərlik edən Rəşad Məcid mən oturduğum sıradan keçəndə ey-
hamla soruşdu: “Siz də söz istəyirsiz?” Mən başımla “hə” işarəsi verdim, 
ancaq məclisin gedişində əvvəldən axıra qədər heç cürə mənə söz vermək 
istəmirdi,  gələn  müsafirlərin  gözü  məndə  qalmışdı,  çıxılmaz  vəziyyətə 
düşmüşdüm,  ya  gərək  zalı  tərk  edib  gedəydim,  ya  da  gələn  qonaqların 
xatirinə  birtəhər  axıra  qədər  dözüb  oturmalıydım,  çünki  Rəşad  Məcid 
məni tanımaq istəmirdi ki, istəmirdi. Məclisin axırına yaxın qəribə bir hal 
alındı, Münəvvər Düverə söz verildi, o kürsüyə qalxdı və başının işarəsi 
ilə məni öz yanına çağırdı. Mən ona gətirdiyim çiçək səbətini əlimə alıb 
mənə söz verilməmiş Münəvvər xanımın yanına irəlilədim. Ona yazdığım 
şeri dedim, salonda alqış sədaları qopdu, beləliklə, əziz və möhtərəm ox-
ucular, mən gələn qonaqların xatirinə özüm-özümə söz verdim. Bu əslində 
mənim tərəfimdən etikadan kənara çıxmaq, toplantını aparanın tərəfindən 
mənə  qarşı  insafsızlıq,  aşağılama  idi,  çünki  mən  icazəsiz  çıxış  etdim. 
Rəşad  Məcid  isə  Şirinxanım  Kərimbəyli  Şadimanı,  1991-ci  ildə  “Ürək, 
niyə ağrıyırsan?” kitabı ilə yaradıcılıq aləminə qədəm basmış bir insanı 
Azərbaycan Yazıçılar Birliyinin üzvü ola-ola tanımaq istəmədi. Görəsən, 
niyə???  Fikrimcə,  yaradıcı  insana  dəyər  tutduğu  vəzifəyə  görə  yox, 
yaradıcılığa  görə  qiymət  verilməlidir. Vəzifə  bu  gün  var,  sabah  yoxdur, 
yaradıcı adamdan vəzifə yox, onun yaratdığı qalır.
Onu da qeyd etmək istəyirəm ki, mən Yazıçılar Birliyinə üzvlük haqqı 
ödəyəndən-ödəyənə gedirəm, çalışıram ki, təqdimat mərasimlərindən də 
uzaqda durum, bu mənə əsəb sakitliyi, ürək rahatlığı üçün lazımdır. O gün 
isə  görüşə  getməyə  məcbur  idim,  çünki  türkiyəli  həmkarım  Münəvvər 
Düvər mənimlə üz-üzə, dil-dilə görüşmək istəyirdi… 


188
Görüş bitdikdən sonra Yazıçılar Birliyinin qabağında toplaşan qonaq-
lar bir xeyli dayandılar və təəccüb dolu nəzərlərlə mənə baxırdılar. Onlar 
deyirdilər,  xanım  əfəndi,  biz  sizin  yaradıcılığınızla  “Erbil”  qəzetindən, 
“Töredergisi”ndən,  “Münevver.com”dan,  “Türkmenhaqq”dan,  bir  çox 
başqa  saytlardan,  www.shirinxanim-shadiman.net  şəxsi  bloqunuzdan 
tanışıq. Bu qədər başınız müsibətlər çəkib, sizlər bir-birinizə niyə soyuq-
suz? Mən onların sorğuları qarşısında susdum. Daxildən bir qədər əhvalım 
pozulsa da üzümə xoş bir təbəssüm verib, qonaqlarla vidalaşıb ayrıldım. 
Yolboyu böyük şair Vətən uğrunda oğlunu, həm də canını (mən onu da 
şəhid sayıram) qurban vermiş Xəlil Rza Ulutürkün:
“Davam edir otuz yeddi, Daha qəti, daha ciddi…” misraları qulaqla-
rımdan getmirdi.
Bu davam, əlində imkan olan bəzi şəxslərin, törətdikləri fiziki ölümlə 
yox, ruhun sındırılması, qəlbin ağrıdılması ilə özünü büruzə verməkdədir. 
Yaradıcı  insanları  birləşdirən  bu  yaradıcı  məbədgahda  belə  halların  baş 
verməsi təəssüf hissi doğurur. Onda, əziz həmkarlar, adamda belə təsəvvür 
yaranır ki, bu Azərbaycan Yazıçılar Birliyi yox, Azərbaycan Acıçılar bir-
liyidir,  hərgah,  elə  olmasaydı,  ovqatım  təlx  evə  dönməzdim.  Gümanım 
gözəgörünməzə  gəldiyi  üçün  üzümü  ona  tuturam,  İlahi,  biz  nə  vaxt 
düzələcəyik?..
  27.09.2012

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin