VƏTƏNDAŞ OLMAQ HÜNƏR TƏLƏB EDİR…
İndi qayıdaq adını jurnalist, yazıçı, yazar qoyub digərlərinə yuxarıdan
aşağı baxan, genlərinin haradan qaynaqlandığı məlum olmayan bir çox
söz adamlarının üstünə… Yuxarıda qeyd etdiyimiz kimi biz xaçpərəst
birliklərini də, onların insanlarının bir-birinə qarşı olan təəssübkeşliyini
də başa düşürük, amma bizi təəccüb və heyrət içində qoyan bəzi yazar
soydaşlarımızın məsələyə avropasayağı düşüncə ilə yanaşmasıdır, yəni
belə görünür ki, bu yazar soydaşlarımız bizdən çox-çox mədənidir və
bu baxımdan da sözün əsl mənasında irəli gediblər. Yazılarında zabiti-
mizin cinayətkar olduğunu və insan həyatına son qoyduğu üçün ömürlük
məhbəsdən çıxmamasını arzulayanlar hansı məfkurəyə xidmətdədirlər,
bunu onların özləri və bir də Allah bilir. Bununla da onlar azad düşüncə
sahibi kimi özlərini bizlərdən çox-çox zirvədə görürlər. 8 mart 2011-ci
ildə Ağdamın Orta Qərvənd kəndində öz evinin həyətində oynayan 9 yaşlı
Fariz Bədəlovu erməni cəlladı snayper tüfəngi ilə qəsdən vurdu. Bəs o gör-
mürdü ki, onun hədəfindəki uşaqdır? Niyə buna dünya səs vermədi və onu
qatil adlandırmadı? Ramil Səfərova cinayətkar-qatil adı ruslar qoyublar
və öz medialarında onu səsləndiriblər. Bilmək lazımdır ki, ruslar bizim
dostlar deyil, bütün bu ağrılar bizə ruslardan ermənilərin vasitəsilə gəlir.
Bizimkilərdən kim ki, rus-erməni qansızları ilə bir xorda oxuyur, onları
heç azərbaycanlı da saymaq olmaz.
Türkiyədə, Güneyli-Quzeyli Azərbaycanda az-az ailələr tapılar ki,
ermənilərin törətdiyi soyqırımın dəhşətlərindən keçməmiş olsunlar.
Rəhmətlik ana nənəm bizə nəql edərdi ki, Siyəzəni, doğulduğum Tağay
kəndini gavurlar (o, erməniləri gavur adlandırırdı) xaraba qoymuşdu.
1918-ci il qırğınlarında onun bələkdə olan qızını – Məryəm xalamı, qa-
çaqaçda qucağından qəfil yerə düşən körpəni ermənilər (kənd adamları
185
o vəhşətləri qaçaqaç günləri təki yad edirdilər) oda atıb yandırmışdılar.
Nənəm o günləri dünyasını dəyişənə qədər dəhşətlə yad edib xilasa gələn
türk əsgərlərinin ruhuna dualar oxuyurdu.
Ağdamın Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov ermənilər
tərəfindən qətlə yetiriləndə, mən bir dəstə yazar qadınla faciənin baş
verdiyi kəndə getmişdim. Erməni vəhşilərindən 300 metr aralıda yerləşən
bu kənd hər gün güllələr altındadır. Sakinlər orda yalnız gecələr iş görə
bilirlər. Kənd evləri erməni güllələrindən dəlik-deşikdi. Bütün işğal
olunmuş torpaqlarımıza yaxın ərazidə yaşayan insanlar sitəm içindədir. Bu
bir-iki gün deyil, düz iyirmi ildir ki, davam edir. Mən orda gördüklərimdən
dəhşətə gəlmişdim. Ağdam bölgəsindən qayıdandan sonra hələ də
əsəblərimi ələ ala bilmirəm. Bu gün Bakıya yığışıb əlinə qələm götürüb
özünü yazar qismində görən və erməni təəssübü çəkən, qəhrəmanlığa “ayrı
nöqteyi-nəzərdən” baxan bu insanlar nə olar bir gedib cəbhə bölgələrindəki
insanlarımızın səksəkəli həyatıyla maraqlansınlar. Sonra öz ölümünə özü
bais olmuş erməni zabitinin dərdini çəksinlər…
Ramil Səfərov məhbəsdə olana qədər biz hamımız iqtidarlı-müxalifli
onun düşdüyü duruma yanırdıq, zabitimizin ordan xilası haqqında uzun-
uzadı sosial şəbəkələrdə dərdləşirdik. İndi Ramil balamız azadlıqdadır, biz
onun sağlığını qorumalıyıq və bu coşquyla torpaqlarımızın işğaldan azad
olması təbilini çalmalıyıq. Bu gün özünü yazar bilib başqalarına yuxarıdan
aşağı baxan bəzi qələm əhli, hətta Vətən mövzusunda yazılan şeirlərə
dodaq büzür, vallahi-billahi vətəndən yazanlar onu istəkdən yazır, hansı
səviyyədə olursa olsun, bu torpaq sevgisindən, yurd sevgisindən irəli gəlir.
Qaldı kim arxivlərdə itib-batacaq, onu zaman göstərəcək… Biz bu gün
Ramil Səfərovun qurtuluş gününü öndə bizi gözləyən düşmən üzərində
qələbə günü ilə tamamlamalıyıq, çünki bu iki amil bir-biriylə sıx bağlıdır.
Sonda erməni dəyirmanına su tökən bəzi qələm əhlinə ərz etmək
istəyirik ki, heç yağı da öz millətinə, soyuna-kökünə xor baxanları sevmir.
Bu gün ermənilər nə qədər atlanıb-düşsələr də, yəqin ki, Ramilin atdığı
addıma ürəklərində paxıllıqları tutur, çünki özləri o mərtəbəyə heç vaxt
qalxa bilməyiblər və qalxa bilməzlər.
Hansısa titulları almaqdan ötrü, yad ölkələrin qrantları ilə dolanmaq
üçün milli qayəni ayaqlar altına salıb tapdalamaq olmaz. Bunun bir adı var:
DÜŞMƏN DƏYİRMANINA SU TÖKMƏK…
09.09.2012
|