Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


QƏRBƏ ASAYİŞİ BƏRpA ETMƏ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə72/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   68   69   70   71   72   73   74   75   ...   99
218
QƏRBƏ ASAYİŞİ BƏRpA ETMƏ, 
ŞƏRQƏ DEMOKRATİYA DƏRSİ
Hələ  sovet  vaxtında  Əfqanıstana  sovet  qoşunları  soxulan  zaman, 
qardaşım oğlu da o vəhşətli müharibənin iştirakçısına çevrilmişdi. Orada 
sovet  qoşunlarının  törətdikləri  vəhşiliklər  barədə  sonralar  pıçıltıyla  bizə 
nəql edirdi. Deyirdi ki, qoşunlar günahsız, silahsız əfqan kəndlərinə gecələr 
tanklarla girir, palçıqdan hörülmüş kasıb daxmaları yerlə-yeksan edirdilər. 
Müqavimətsiz dinc əhalinin naləsi, sərxoş rusların törətdikləri vəhşiliklər 
heç zaman yaddaşımdan çıxmayacaq. Onlar sonra utanmaz-utanmaz sovet 
bayrağını xaraba qoyduqları kəndlərin uçuq divarları üzərinə sancırdılar. 
Öldürdükləri insanların fəryadlarına həqarətlə gülürdülər. Onların nə gey-
imi, nə də həyat tərzi bu dırnaqarası sülh carçılarına xoş gəlirdi. Hələ də 
körpə qışqırtıları, ana-bala fəryadları, çığırtıları qulaqlarımdan getmir…
Əfqanıstan  faciəsi  sovet  quruluşunun  dayaqlarını  sarsıtdı.  Adamdan 
soruşarlar ki, sosializm adı altında idbar imperiyanın özgə torpağında nə iti 
azmışdı? O gündən bu günə hələ də Əfqanıstan dediyimiz ölkə özünə gələ 
bilmir. Ora terrorçuların məkanına, narkotik tarlaların çiçəklənməsi diyarına 
çevrildi. Bu gün işğal olunmuş Qarabağ ərazisində də həmin ssenari həyata 
keçirilir. Narko tarlalar əkilir, işğal uzanır, hegemon dövlətlər susur… çün-
ki o zaman ABŞ ilə SSRİ o bədbəxt diyarda kəllə-kəlləyə gəldi. Ağrını 
çəkən  isə  əfqan  xalqı  oldu.  Dünyanın  min  bir  yerinə  dağılmış  bədbəxt 
əfqan xalqı… habelə, Vyetnam vəhşətləri, Corc Buşun İraqa demokratiya 
dərsi, İraq o gündən bu günə özünə gələ bilmir, etnik qrupların bir-biriylə 
terror  döyüşü,  sonra  “Ərəb  baharı”  müsəlman  ölkələrinin  bir-bir  xaraba 
qoyulması,  Misir,  Liviya,  Suriya…  Deyilənlərə  görə,  Suriyada  artıq  90 
mindən yuxarı insan qətlə yetirilib, bir milyondan artıq insan öz yerindən-
yurdundan didərgin düşüb. Kəndlər, şəhərlər xarabazara çevrilib. Ölkədə 
vətəndaş müharibəsi gedir, qardaş-qardaşın, müsəlman-müsəlmanın qanını 
tökür.  Hər  tərəfdə  “Allahu-əkbər”  sədaları  göylərin  bağrını  parçalayır. 
İran, Rusiya hökumət qüvvələrini, Qərbsə müxalifəti dəstəkləyir. Tökülən 
qan  isə  suriyalı  vətəndaşların  qanıdır.  Xaçpərəst  dünyaya  müsəlman 
qanı nın  tökülməsi  sərfəlidir.  Nə  qədər  müsəlman  qanı  tökülsə,  o  qədər 
xaçpərəst  dünya  hökmranlarının  ürəklərinə  su  səpilər.  Nəyə  görə,  ona 
görə ki, nə qədər Qərbdə istehsalın inkişafı üçün elm, bilik artıbsa, o qədər 
də dəyərlər iflasa uğrayıb. Yəni ailə dediyimiz qurum orada yavaş-yavaş 


219
uçub dağılmağa başlayır, onun yerini insanların bir-birinə yadlaşması, eyni 
cinsdən olanların demokratiya adı altında biabırçı evlilikləri, artıq bir çox 
ailələrdə uşaqların yerini ev heyvanları əvəz edir, hətta əhali kilsələrdən 
də soyumağa başlayıb. Bir çox qərb ölkələrində kilsələr əzəlki nüfuzunu 
itirib. Xüsusilə xaçpərəst Avropa qocalmağa başlayıb. Müsəlman ölkələrdə 
isə əhali durmadan artır, bu da qərbliləri nəinki narahat edir, hətta onların 
yuxusuna belə haram qatıb. Ona görə də Şərqdə rejimləri tar-mar etmək adı 
altında müsəlman ölkələri gücdən salmaq, çökdürmək Qərbin gündəmdə 
olan həyat devizidir.
Suriyadan sonra növbədə son illər inkişafda olan Türkiyədir. Baş nazir 
Rəcəb Tayyip Ərdoğanın odlu-alovlu çıxışları, Fələstinlə bağlı Dovosda 
İsrailə sərt mesaj verməsi, ümumiyyətlə, müsəlman aləmində lap çoxdan 
demokratik yolu, inkişaf yolu seçmiş Türkiyə bu gün Qərbi bərk narahat 
edir. Bu günlər “Gəzi parkı” məsələsi də Türkiyəni gücdənsalma planına 
köklənib. Dünən İngiltərənin mərkəzi Londonda etirazçılara qarşı polisin 
törətdiyi  vəhşilikləri,  Yunanıstanda  baş  verən  olayları  Avropa  “Asayişi 
bərpa etmə” kimi qələmə verir, ABŞ isə səssizcə susur. 
Artıq 17 gündür İstanbulda “Gəzi park”ında baş verənlər Qərbin həyat 
nəbzinə  çevrilib.  Min  bir  yolla  Türkiyədə  aranı  qarışdırmaq  və  orada 
qan tökmək, bu ölkəni də dizi üstə çökdürmək, budur Qərbin bizə, yəni 
müsəlman ölkələrə demokratiya dərsi…
Türkiyə  keçən  əsrin  70-ci  illərindən  üzü  bəri  SSRİ-nin  onlara  bəxş 
etdiyi PKK ilə çarpışmadadır. Həm türk xalqından, həm kürd xalqından 
minlərlə insanlar həlak olub. Necə deyərlər, bir-birlərini qanlarına qəltan 
ediblər, çünki xristian dünyası nə kürdün, nə də türkün dostudur. Bu xalq-
lar hər ikisi müsəlmandır (kürdlərin az qismi yezdi kürdüdür). Dünyada 
1400 ildi xaçpərəst – müsəlman davası gedir. Onlar Məhəmməd (s.ə.s.) 
peyğəmbəri heç cür peyğəmbər kimi qəbul etmək istəmirlər. Ona görə də 
müsəlmanı terrorçu kimi qələmə verirlər, halbuki bütün terror yuvalarının 
dayaq  nöqtəsi  Qərbdir,  başıbəlalı  Şərq  isə  onun  əlində  əsirdir.  Bütün 
dinlərin  arasında  İslamı  nüfuzdan  salmaq  üçün  Qərb  “Əl-Qaida”  kimi 
“Müsəlman təşkilatları” yaradıb, onları özü bəsləyib və maliyyələşdirib, 
ola bilsin ki, indiyə kimi də maliyyələşdirir. 
20  ildən  yuxarı  torpaqlarımız  işğal  altındadır.  Bu  haqsızlığı  çözmək 
üçün hegemon xristian ölkə nümayəndələri birlik yaradıb, gedirlər- gəlirlər, 
gəlirlər-gedirlər, məsələ “çözülmür ki, çözülmür”. 


220
Artıq içimizdən də yavaş-yavaş Qərbin dəstəyilə ədəbiyyat adamları, 
yazarlar, siyasətçilər erməni-hay təəssübü çəkməyə başlayıblar. Torpaqlar 
əldən  çıxıb,  işğalçıya  yerini  göstərmək  əvəzinə,  Qərb  bizə  demokratiya 
dərsi keçir. Biz nə içməliyik, nə yeməliyik, necə yaşamalıyıq? Yavaş-yavaş 
öz  həyat  tərzlərini  beynimizə  yeritməyə  cəhd  edirlər.  Bunun  üçün  ölkə 
içərisində  olan  etnik  qövmlərdən,  dini  min  bir  yerə  parçalayan  məzhəb 
təəssübkeşlərindən, bir də beşgünlük ömrünü keflə başa vurmaq istəyən, 
heç  bir  işin  qulpundan  yapışmayan,  özünü  heç  bir  işdə  tapmayan  bəzi 
gənclərdən istifadə etməkdədirlər.
Bu gün Türkiyədə baş verən olaylar bizə də sabahkı günümüzün xoş 
olmayacağından  xəbər  verir. Türkiyə  demokratik  özgürlüyü  olan  qardaş 
ölkədir, inkişafı da göz qabağında, Qərbin isə bunu heç cür gözü götürmür.
Bizdə isə tərəzinin gözü kəskin şəkildə əyilməkdə davam edir. Bazar-
larda  od  tutub  yanan  bahalıq,  aztəminatlı  ailələrin  yaxşı  yaşamaq  istəyi 
və bunu bulmadıqda təmtəraqla yaşayanlara nifrət hissinin artması sonda 
Qərbin əlinə yaxşı bir fürsət kimi düşə bilər... 
Mən  bu  fikirlərimi  qısaca,  bir  yazar  olaraq,  dəyərli  oxucular,  sizinlə 
bölüşdüm, ümid edirəm ki, aranızdan bu yazıya haqq qazandıranlar tapılar. 
Tanrı hər birimizi şərin bəlasından qorusun, biz öz xoşumuzla müsəlman 
olmadıq, sadəcə, tale belə gətirdi ki, artıq müsəlman ailələrində doğulduq. 
Müsəlman olmağın cəfası 1400 il öncədən çəkilib. Gəlin bir-birimizə sayğı 
ilə, qayğı ilə yanaşaq. Dostumuzu düşmənimizdən ayırd edək. Bir-birimizə 
dəyər  verək,  bir-birimizə  demokratik  prizmadan  yanaşaq.  Bir-birimizin 
dərdinə qulaq verək. Dərd şişəndə bəlaya çevrilir, sonu isə Qərbin “de-
mokratiya dərsi” adlı acısı ilə bitir…
Türkiyəni  Allah  bu  bəladan  qorusun.  Türkiyəyə  atılan  daş,  bizim 
başımızda  partlayacaq…  Bunu  milyonlar  üstündə  oturub  öz  rəngbərəng 
maşınları,  bahalı  villaları  ilə  imkansız  əhaliyə  acıq  verənlərimiz  yaxşı-
yaxşı fikirləşməlidirlər ki, Qərbin demokratiya dərsi bizdən yan ötsün… 
Hələlik isə sağlıqla qalın, türkiyəli, azərbaycanlı Vətən əhli…
  
14.06.2013
 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin