Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


BAKININ TƏBRİZƏ İKİNCİ AÇIQ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə70/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   66   67   68   69   70   71   72   73   ...   99
  BAKININ TƏBRİZƏ İKİNCİ AÇIQ 
MƏKTUBU
Əzizim Təbriz, qardaşım, can sirdaşım, ürəyimin yarısı, qəlbimin par-
çası…
Yadında qalıbsa, bir müddət əvvəl səni idarə edənlər cavan şairlərimizi 
tutub zindana salanda sənə məktub yazmışdım, amma məktub yetişəndən 
bir  qədər  sonra  şairlərimizi  dustaqlıqdan  azad  edib  sağ-salamat  bu  taya 
yolladın. Mən demirəm ki, bu mənim sənə yolladığım məktuba görə oldu, 
xeyr! Yəqin səni idarə edən dövlət adamları insani keyfiyyətləri uca tutub 
bu xeyirxah işə qol qoydu, ancaq mənim məktubum da yəqin ki, bir az 
onların ürəyini yumşaltdı. Bəlkə sən elə özün mənim yazdığım xoşməramlı 
diləkçə barədə onların qulağına pıçıldadın… Əlqərəz, bu iş xeyirlə başa 
çatdı və cavan yazarlarımız öz doğmalarına sağ-salamat qovuşdu.
Məni sənə ikinci məktubu yazmağa vadar edən yenə bu yaxınlarda bir 
qadın alimimizin, mötəbər elm ocağımızın, AMEA Ədəbiyyat İnstitutunun 
elmi işçisi, araşdırmaçı-yazar, şəhriyarşünas alim Xalidə Xalidin və onun 
sürücüsünün  o  taya  keçən  kimi  tutulub  zindana  atılması  olub.  Vallahi-


214
billahi gündə yüzlərlə adam müalicə üçün sənin xanimanına ayaq qoyur. 
Hamısı da razı qayıdır bu taya… Bəs nə olub ki, mənəviyyat adamlarıyla, 
qələm əhliylə sənin başbilənlərin belə rəftar edir? Dəyərli qardaşım Təbriz, 
açığını  deyim  ki,  mənim  məktubumu  qələmə  alan  bu  qızımın  şəxsən 
nə  əvvəlki  cavan  yazarlarla  tanışlığı  olub,  nə  də  hazırda  zindanda  doğ-
malarının  gözünü  yolda  qoyan  Xalidə  xanım  Xalidlə  yaxından  tanışlığı 
var.  Sadəcə,  onların  taleyi  məni  bərk  narahat  etdiyi  üçün,  qoynumda 
yuva salan vətəndaşlarım, ciyərparələrim olduğu üçün sənə bu məktubu 
bu yazar qızımın qələmi və narahat ürəyindən süzülən kəlmələr vasitəsilə 
ünvanladım. Xalidə xanımın hazırkı vəziyyəti məni çox narahat edir. Axı 
o, təkcə alim yox, həm də bir qadın, bir anadır. “Cənnət anaların ayaqları 
altındadır”  bu  Məhəmməd  Peyğəmbərin  (s.ə.s.)  kəlamıdır.  Sənin  gündə 
məscidlərinin minbərlərindən İslamın cəfakeşi kimi özlərini aləmə bəyan 
edən  başçıların  bu  kəlamın  işığından  öc  alıb  Xalidə  xanıma  və  onun 
sürücüsünə  imdad  etsinlər.  Bəs  sənin  hökumət  adamlarına  nə  düşüb  ki, 
zərif cinsin nümayəndəsi ilə belə rəftarda bulunurlar? Bəlkə Xalidə Xalidin 
şəhriyarşünaslığı sizin güc adamlarında qıcıq doğurur? Axı göz-bəbəyim 
Təbriz, Vətəni nə sərhədlər, nə qadağalar, nə işğallar insanların ürəyindən 
silə bilməz! Bu tayda yaşayan soydaşlar üçün də Təbriz, bütünlükdə güney 
Azərbaycan Vətənin bir hissəsidir. Şəhriyar həm o taya, həm bu taya aid-
dir.  O  bizim  də  böyük  şairimizdir.  Hansısa  alimimizin  gedib  Şəhriyarla 
bağlı  tədqiqat  aparması  sənin  başda  oturan  hakim  qüvvələrinə  qəribə 
gəlməməlidir,  çünki  sərhəd  dirəkləri  torpağın  üstündədir,  ürəyin  içində 
isə  sərhədlər,  qadağalar  yoxdur,  istəkli Təbriz.  Xahiş  edirəm  mənim  bu 
son  kəlmələrimi  qanun  yazanlarının  qulağına  pıçıldayasan.  Bilirsən  ki, 
dinimizdə də alimin mərtəbəsi, mənəviyyat adamının dərəcəsi uca tutulur. 
Yeri gəlmişkən, bu məktubu qələmə alan bu yazar qızım da bu yaxın-
larda sənin gözəl, istəkli məkanına təşrif gətirmək istəyir. O taydan qələm 
əhli,  söz  xiridarları  onu  da  Güneyə  dəvət  edirlər.  Onda  bəri  başdan  bu 
yazar qızımı da başa salım ki, o taya ayağını-filanını qoymasın, hərçənd 
qoymuş olsa, onda onun da halı fəna olacaq, çünki belə görünür ki, sə-
nin başda oturanlarının bu taydan gedən ədəbiyyat adamlarının bir çox-
unu görən gözü yoxdur. Dəyərli Təbriz, bu yazarlar tayfası bədbəxt məx-
luqdur,  özü  deyib  özü  eşidir.  Əllərində  qanun  yox,  hökm  yox!  Sadəcə, 
Vətən istəyi, milli təəssübkeşlik, insani duyğular bu insanlarda aşıb-daşır. 
Necə  deyərlər,  cibləri  boş,  ürəkləri  dolu!  Gəlib  dolu  ürəklərini  o  tayın 


215
ədəbiyyatla nəfəs alan qardaş-bacılarına boşaldırlar. Bundan xofa, qorx-
uya  düşmək,  qısqanmaq  nəyə  gərəkdir? Axı  biz  dilbir,  qanbir  qardaşıq, 
rəhmətlik Süleyman Rüstəm demişkən, bizim qardaşlığımıza, aşıb-daşan 
məhəbbətimizə sənin güc adamların niyə şübhə ilə yanaşır?! Vətənin nə 
quzeyi, nə güneyi? Vətən, soy-kökünü bu yurdda görənlər üçün birdir, büt-
övdür, bölünməzdir! Sənin başda oturanların böyük Şəhriyarın adına layiq 
abidə-məbəd ucaldıblar. Şəhriyar özü “Heydərbabaya salam” poemasında 
necə yanğılı demişdir:
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən. 
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
  
Axı insan əqlsiz, ürəksiz yaşaya bilməz, sevimli Təbriz, canım, gözüm. 
Sən  o  başda  oturanlarına  de  ki,  daşı  töksünlər  ətəklərindən,  zindana 
atdıqları qadın alimimizi, Xalidə Xalidi və onun sürücüsünü tezliklə bu taya 
buraxsınlar. Onu gözləri yollarda qalan doğmalarına, o mötəbər elm ocağında 
çalışan  iş  yoldaşlarına,  alimdaşlarına  qovuşdursunlar.  Bu  həm  Allaha, 
həm də onun heç bir günahı olmayan bəndələrinə də xoş olar. Mənim sənə 
deyəcəklərim hələlik bu qədər. Ümidvaram ki, mənim bu diləkçədə sızıldayan 
harayımı  eşidib  xoşməramlı  ölçü  götürəcəksən…  İndisə  məktuba  nöqtəni 
qoyub  tamama  yetirirəm.  İnşallah,  səsimin  sənə  yetişəcəyi  ümidi  ilə  o  xoş 
günü gözləyirəm. Alim qızım Xalidə Xalidin azad olunacaq gününü deyirəm. 
Türk qardaşlarımız demişkən xoşca qal, Təbrizim… 
  13.05.2013

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin