Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


“QANUN” NƏŞRİYYATINA CƏRİMƏ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə76/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   72   73   74   75   76   77   78   79   ...   99
 15.11.2013
“QANUN” NƏŞRİYYATINA CƏRİMƏ,
MƏNƏVİYYATA ZƏRBƏ
Kütləvi təbliğat vasitələrinin – qəzetin, kitabın, jurnalın küncə qısıldığı 
bir  zamanda  nəşr  evlərinə  edilən  basqılar  adama  təəccüblü  gəlmir.  Zi-
yalı kəslərə yaxşı məlumdur ki, yazı adamının acınacaqlı taleyi ilə nəş-
riy yatlara  başçılıq  edənlərin  çəkdikləri  demək  olar  ki,  üst-üstə  düşür. 
Nəşriyyatlar, onlara üz tutan cibi boş, qəlbi dolu yazarların yazdıqlarının 
üzə  çıxmasında  yardımçı  olan  əvəzsiz  ocaqlardır.  Teleməkanlarda  şou 
layihələrin baş  alıb  getdiyi  bir  vaxtda,  insanların  şəxsi  münasibətlərinin 
efirə daşındığı, maddiyyatın mənəviyyatı aşağıladığı, insanların kitabdan, 
mütaliədən, mətbuatdan uzaq düşdüyü bir zamanda mənəviyyata xidmət 
edən qurumlar cərimə olunmamalıdır, əksinə, onlara yardım edilməlidir. 
Zənnimizcə,  nəşriyyatlar  vergidən  azad  olunmalıdır,  çünki  nəşr  evləri 
birbaşa kitab nəşri ilə bağlıdır, KİTAB isə millətin, cəmiyyətin, ölkənin 
işıqlı gələcəyi deməkdir. Dünyada mütaliə etməyən millətlər elmdən, sa-
vaddan, həyata baxışdan həmişə kasadlıq çəkmişlər, elmli, bilikli millətlərin 
boyunduruğunda sürünmüşlər, işıqlı gələcəyimiz naminə nəşr işilə məşğul 
olan kəslər qeyri-biznes sahələrində öndə gedənlərlə bir tutulmamalıdır.


232
Naşirlər qələm əhlinin cəfasını çəkənlərdir. Özləri də bu cəfanın içində 
əzab və əziyyətə qatlaşanlardır.
“Qanun” nəşriyyatı nəşriyyatlar içində öz dəqiqliyilə xüsusi fərqlənən, 
qələm adamının ədəbi məhsuluna hörmət, sayğı göstərən, çap olunan dərginin, 
kitabın vaxtında müəllifə yetişməsinə vicdanla yanaşan dəyərli ədəbi orqandır. 
Bu ədəbi orqanı cərimə ilə əzib məhv etmək olmaz. Bu, “Qanun” nəşriyyatıyla 
əməkdaşlıq edən hər bir söz adamının ürəyinə zərbədir. 
Gəlin etiraf edək ki, ölkəmiz mənəviyyat sarıdan getdikcə kasadlaşmağa 
doğru gedir. İndi para qazanmaq üçün öz millətinin varlığından, dövlət-
çiliyindən keçənlərin sayı ölkəmizdə günbəgün artmaqdadır. Məktəblərin, 
universitetlərin, müxtəlif elm ocaqlarının çiçəkləndiyi bir məmləkətdə biz 
mənəviyyatsızlıq azarı ilə üzbəüz qalmışıq. Ali təhsillilərin bir çoxunun ali 
təhsil almamışlardan heç nəylə fərqi yoxdur. Nə təhsildə, nə dünyagörüşdə, 
nə də həyata baxışda!
“Qanun” nəşriyyatının cəriməylə varlığına qənim kəsilmiş kəslər bil-
məlidirlər ki, bu nəşr evi kartof, soğan satmaqla məşğul olmur, o vətən 
in sanının  layiqli  yetişməsi  üçün  bugününə,  gələcəyinə  xidmət  edir,  tər-
cümə ədəbiyyatı ilə məşğul olur, digər xalqların dillərində yazılmış ədəbi 
məhsulları ana dilimizə tərcümə edir, ən nəhayət, kitab ya yımına köməkdarlıq 
edir. Bu nəşriyyat onunla əməkdaşlıq edən yazı adamının mənəvi qidasıdır, 
bizi  mənəvi  qidamızdan  təcrid  etməyin!  Müstəqillik  qazandığımız  gün-
dən  bugünə  qədər  hələ  də  az-maz  qalan  kitab  mağazalarında  rusdilli 
bədii məhsullar çoxluq təşkil edir. “Qanun” nəşriyyatı isə bu müqəddəs 
missiyanı  öz  üzərinə  götürüb,  tərcümə  işi  ilə  məşğul  olur,  cəhd  edir  ki, 
millətin balaları ana dilində xarici ədəbiyyatdan bəhrələnsinlər. Belə olan 
halda  onlara  dəstək  olmaq  əvəzinə,  onları  cərimələyirik  ki,  nəşriyyatı 
bağlamağa məcbur olsunlar. Söyləyin bir, ey qanun keşikçiləri, bu hansı 
məntiqə sığışar? Əksinə, nəşriyyatlar sabahımızın xoşbəxtliyi naminə həm 
dövlətdən, həm də imkanlı şəxslərdən dəstək görməlidir. 
Ümidvarıq  ki,  ölkəmizin  başçısı  səviyyəsində  bu  məsələ  “Qanun” 
nəşriyyatının  sabahı  naminə  xeyirə  həll  olunacaq.  Bu  həm  də  “Qanun” 
nəşriyyatıyla  əməkdaşlıq  edən  yazar  əhlinin  arzusudur.  Gəlin  sizli-bizli 
bu arzuya qoşulaq. “Qanun” nəşriyyatının, həmçinin digər nəşr evlərinin 
sabahı naminə…
  11.03.2014



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin