19.06 2014
241
RUHU GÖYLƏRƏ UÇAN ŞAİR
İki gün bundan qabağın sözüdür, “Kredo” qəzetinin baş redaktoru şair-
publisist Əli Rza Xələfli mənə telefon açdı, dedi ki, dünyasını dəyişmiş
bir şair var onun haqqında yazı yazmaq lazımdı, şeirlərini sənin elektron
poçtuna yollayırıq, oxu, bəlkə nə isə yazdın? Açığı bir az tərəddüdlə, bir
az maraqla şeirlərlə tanış oldum və bir şair duyğularının istiliyi ilə, ürək
çırpıntıları ilə baş-başa qaldım.
Kitabın, mənəviyyatın ucuzlaşdığı, cılızlaşdığı, şerin, bədii yaradıcılığın
mərtəbələrdən endiyi, mənəviyyat insanlarının öz iç hücrəsinə çəkildiyi bir
məqamda ürəyi dolu, qəlbi həyan axtaran söz adamları tənhalaşma, ruhdan
düşmə dövrünü yaşayır. Bəs ədəbiyyatı olmayan, bədii yaradıcılığı kasad
olan xalqların mənəviyyatı tufan vurmuş bağları xatırlatmazmı? Mənəviyyat
zənginliyi millətlərin həyat diləkçəsi, onların kimliyinin açarıdır. Özünə
doğru-düzgün qiymət verməyən, keçmişinə, bugününə yuxarıdan aşağı
baxan xalqların gələcəyi də başqa millətlərin əlində oyuncaq olar. Mənəvi
dünyamızın işığı olan ağlımız gərək ki, keçəri parıltılar içində solmasın.
Dünəninin üstündən qara xətt çəkib, sabahını özgələrin cızdığı cığırlara
möhtac etməsin. Belə ki, mənəviyyat ögeyləşəndə, yadlaşanda insan kim-
liyini itirir, dədə-babasının hardan gəlib hara getdiyinin fərqində olmur.
Yavaş-yavaş öz ruh dünyasından uzaq düşür. Öncə vətənsizləşir, sonra
dilsizləşir, ömür qüruba yetəndə yalqızlaşır, heçkimləşir…
Millətin kimliyi ədəbi-bədii düşüncələr içində qol-budaq atır, şeir,
şeriyyət isə ədəbiyyatın cəh-cəh vuran bülbülüdür, dilin gözəlliyi, axıcılığı,
zənginliyi ondan boylanır. Şeir ilhamın tanrı pıçıltılarıdır. Şeir yazılmır,
o doğulur, çağa təki hıçqırtılarla ruhu titrədir, ürəyi alışdırır, dodaqları
yandırır, ağ vərəqlər üstündə titrək cığırlar açır, baxmayaraq şər qüvvələr
tərəfindən ona min bir tənələr edilsə belə…
Mən haqq dünyasına qovuşmuş Tapdıq Əlizamanoğlunun şeirlərində
yanan bir ürəyin titrək pıçıltılarını duydum və rəhmətə getmiş həmkarımın
qələmindən süzülüb ağ vərəqlər üstündə tovuz quşu təki min bir çalarlı,
əlvan don geyinmiş sözlərin sehrinə düşdüm. Şairin “Aramızda həsrət
qaldı” şeirlər toplusu bir yurdun, bir elin bağırından qopmuş söz adamının
həyat dastanıdır. Bu şeirlərdə vətən təəssübkeşliyi, vətəndaşlıq qeyrəti,
ata-ana istəyi haçansa qoyub gəldiyi yurduna bağlılıq var. Toplunun ilk
242
səhifəsində ruhu göylərdə cövlan edən şairin “O günlərə” adlı şerindən
bəzi məqamları oxucuların diqqətinə yetirmək istəyirəm:
Yığışardıq bir ağacın dövrəsinə,
Pərvanəydik bir işığın şöləsinə,
Xəbərsizdik bu dünyanın hiyləsi nə?
Gəl qayıdaq o günlərə.
Doğrudan da bu şeir adamı keçmişinə – hansısa kəndində, elatında
şirin xatirələrə hücrə olmuş o günlərə qaytarır, atalı, analı o sevdalı illəri
xatırladır. Nə qədər ürəyə yaxın, nə qədər doğmadır bu misralar:
İtirdiyim qazancımdan çox baha,
Çox məclisdə tay-tuşlarım yox daha,
Əl uzanıb dil gödələn vaxt, daha
Gəl qayıdaq o günlərə.
Əslində yaş üstünə yaş gəldikcə adam ötən günlərin xiffətini çəkir, yaş
artdıqca vaxtın daralması önə çıxır, şair ötən günlərin dəyərini sadaladıqca
günün insan ömründə hansı mərtəbədə olduğu göz önünə gəlir. Şairin
“Kəndimiz” şeri doğma obasından ayrı düşmüşlərin nəğməsidir.
Bu axşam yuxuma girib kəndimiz,
Darıxmışam o yerlərçin, a qardaş.
Orda qalıb ləpirimiz, izimiz…
Dostları ilə paylaş: |