Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə87/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   83   84   85   86   87   88   89   90   ...   99
262
MANATA GİZLİ MƏKTUB
Deyirəm  ki,  vallahi-billahi  bu  dünyada  inanmaqdan  pis  şey  yoxdur. 
Kiməsə,  nəyəsə  ürəkdən  inanasan,  sonra  o  sənin  inamını  qəfildən  vura 
yerə… Bütün ümidlərini itirəsən bir anın içində! Necə ki, MANAT, sən bi-
zim ümidləri bir gecənin içində atdın ayaqlar altına. Cənab manat, mən biz 
deyəndə kasıb-kusub təbəqəni nəzərdə tuturam. Elə o kasıb-kusubdan biri 
də mən özüməm. İnanıb sənə bir-iki manat dala atmışdım yaman günüm 
üçün… bir də eşitdim ki, kəlləni qoymusan yerə. Mən onda xəbər tutdum 
ki, artıq gec idi, başına gələnlərdən tez hali olanlar, necə deyərlər, başının 
çarəsini  qılmışdı.  Manat  hüzuruna  ərz  edim  ki,  verdiyin  faizə  aldanıb 
elə  kasıb-kusub  da  sənin  qapını  döyürdü. Yoxsa  varlının,  imkanlının  nə 
dərdinə qalıb ki, səninlə para bölüşsün? Etiraf edək ki, imkanlı adamların 
içində də sənin pulundan yararlananlar var idi.
Sənin varlığından istifadə edən imkanlı adamlar hansı ki, kimlər üçün 
dal  qapılar  açıqdı,  vaxtında  xəbər  də  tutdular,  vaxtında  da,  manat,  səni 
dollara  dəyişdilər,  deməli,  varlıların  üçdən  biri  daha  da  varlı,  ala-babat 
yaşayanların isə üçdən biri kasıb oldu. Ona görə də bizim sevimli Milli 
Məclisdə deyirlər ki, heç kəsə ziyan olmayıb, onsuz da camaat pulu dol-
larla banklarda saxlayır, onların sözündən belə çıxır ki, xalq deyəndə an-
caq  özlərini  nəzərdə  tuturlar.  Bəs  biz  kimik,  manat?  Dünyada  hər  milli 
valyuta  dollara  bağlıdır,  istədi-istəmədi,  hər  ölkədə  milli  valyuta  dol-
larla hesablanır. İqtisadiyyatı əmrlə, göstərişlə idarə etmək olmaz, köhnə 
qiymətləri müvəqqəti 3-4 ay saxlamaq olar, sonra otuz dörd faiz inflyasiya 
özünü  göstərəcək.  Bu  mənim  fikirlərimdir,  fikirlərim  düz,  ya  da  yanlış 
olacaq, bunu bir neçə ay ərzində bilərik, manat.
Deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Vallah, bütün ümidimi 
qırandan sonra daha sənə inamım-zadım qalmadı. Zad demişkən, elə bizim 
Milli Məclisdə də sevimli millət vəkillərinin bəziləri deyirdi ki, sən onlara 
heç ziyan-filan vurmamısan, çünki onlar onsuz da pullarını dollarla qoyub-
lar banklara…
Mən sənin qarşında tam etiraf edim ki, manat, sənin varlığın pula pul 
deməyənlərə yox, pulu gündüz çıraqla axtaranlara lazım idi. Sən gör nə 
etdin, manat? Elə bir işin var idi, biz yetim-yesirə vaxtında xəbərdarlıq 
edərdin də, manat. Axı biz də sənə azından-çoxundan sayğı göstərirdik! 
Varlını onsuz da sən maraqlandırmırsan, manat. Sən çarəsizlərin arxasında 


263
dayanmışdın, axı. Birdən-birə nə oldu sənə? Xahiş edirəm cidanı çuval-
da gizlətmə, etiraf et ki, qarşımızda günahkarsan. Bir xeyli mənim kimi 
ac-yalavaclar  səndən  incik  düşüb.  Sən  ümidimizin  üstündən  ağır  çəkili 
maşınla  keçdin.  Bir  gecənin  içində  34  faiz  bizi  çırpdın  yerə,  bizi  yerə 
çırpana qədər, görəsən, min ölçüb-bir biçmişdinmi, manat? Yoxsa sən bir 
gecənin içində bu nə hoqqadı çıxartdın, manat? Özün söylə, biz indi sənə 
necə bel bağlayaq, manat?! Bir az insaflı ola bilməzdinmi? Yəni demək 
istəyirəm ki, sən bu işi bir ilə edə bilərdin, amma heç fikirləşmədən bir 
gecəyə  etdin.  Sənə  afərinmi,  ya  nifrinmi  deyim,  manat?  Sən  bizi  yarı 
yolda tənha buraxdın. İndi bilirəm mənə deyəcəksən ki, bu işi mən yox, 
ətrafımdakı  ikiayaqlı  bəndələr  edib.  Mənim  vallah,  manat,  o  dediyin 
ikiayaqlı bəndələrə gücüm çatmır, aqillər demiş, vuran əl olmayanda dil 
işə düşər. İndi məndə zəif cinsin nümayəndəsi olduğum üçün manat əlimi 
yox, dilimi işə salım sənin hüzuruna öz tənələrimi yetirirəm. İndi mənə 
bir şey maraqlıdır, manat, qırdığın inamları necə geri qaytaracaqsan? Axı 
deyirlər ki, ulaq ulaqlığıyla yıxıldığı arxdan bir daha keçməz. İndi bizlərə, 
yəni  pulu  gündüz  çıraqla  axtaranlara  etdiyin  bidada  görə  sənin  şəninə 
nə  düşür,  görəsən,  manat?  Kəsəsi,  manat,  sən  bizimlə  çox  aldadıcı,  çir-
kin oyun oynadın, bir-iki qəpiklik faizinlə bizi yamanca yoldan çıxartdın. 
Sonra isə gecəylə həm verdiyin faizləri, həm də qəpik-qəpik yığdığımız 
ölü-diri pulumuzun da bir hissəsini əlimizdən üsulluca aldın. Afərin sənə, 
manat, sənin bu sevginə, bu ülfətinə, bu məhəbbətinə! 
Bilirəm,  indi  mənə  deyəcəksən  ki,  inflyasiyadır,  bir  dön  ətrafındakı 
qonşu  dövlətlərə  nəzər  yetir,  gör  nə  gündədirlər.  Əgər  mənə  belə  sual 
verəcəksənsə, mən sənin sualını cavablandırıb, əvvəla, biz qonşu ölkələrin 
əhalisi kimi elə də çox deyilik, bu çox əhalisi olmayan ölkənin neft gəlirləri 
var idi, manat, birdən-birə nə oldu ki, sən o gəlirlərdən dar gününə atmadın? 
Heç  bizləri  fikirləşmədinmi,  manat?  Əlqərəz,  bizim  sənə  inamımızın 
təqsirinin bir ucu da elə özümüzlə bağlıdır. Keçən əsrin axırında banklarda 
ölən paralarımızın aqibəti bizə qəpik-quruşla qayıtdı, manat. Biz bundan 
heç nəticə çıxartmadıq. Deyirlər ki, başına gələn başmaqçı olar. Biz isə 
başımıza gələnlərdən nəinki başmaqçı, heç pinəçi də olmadıq. 
Sonda  sənə  deyəcəyim  odur  ki,  manat,  bu  gizli  məktubumu  oxuyub 
qəlbini  sıxma.  Heç  bizdən  utanma,  çəkinmə.  Bizlər  onsuz  da  hər  əzaba 
öyrəşmiş  canlarıq.  Necə  deyərlər,  islanmışın  yağışdan  nə  qorxusu?  Sən 
sağ, biz salamat, manat. Başını aşağı salma, dik tut bir, gecədə cibindən pul 


264
çəkdiyin bəndələrin gözlərinin içinə bax, əgər baxmış olsan göz yaşında 
batarsan manat, bax o batacağın gündən bizi yox, özünü qoru… Axı sən bi-
zim milli valyutamızsan, paramızsan, ciyərparəmizsən. Sən bizi sevməsən 
də biz səni sevirik… Sağ ol, salamat qal. Sənə yazdığım bu gizli məktuba 
görə qınama məni, qınama məni…
  14.03.2015

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin