Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə89/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   85   86   87   88   89   90   91   92   ...   99
XRİSTİAN OCAĞI 
Səmavi dinlər dünyaya gələndən, cahanda kütləvi insan qırğınlarının 
sayı artdı. Müsəlmanlara qarşı törədilən Xaç yürüşlərində qan su yerinə 
axdı.  Dünya  dinlərdən  nə  qazandı,  ölüm,  qan,  qırğın,  dini  düşmənçilik. 
Elm inkişaf etdi, insan ağlının əxz etdiyi kəşflər dünyanı heyran qoydu. 
Qərb dini dövlətçilikdən məhrum edib kilsəyə yerləşdirdi, amma içində öz 
dinində olmayanlara kin bəslədi, bu kin, bu ayrı-seçkilik bu gün də davam 
edir. Öz dinindən olmayanlara yuxarıdan aşağı baxan, dodaq büzən aşağı 
irq hesab edən Qərb bilmirəm hansı demokratiyadan, insan azadlığından, 
demokratik dəyərlərdən bəhs edir?
Roma Papasının, Avropa Birliyinin Türkiyəyə qarşı utancverici qərarı 
yuxarıda  qeyd  etdiklərimə  bariz  nümunədir.  Birinci  Dünya  savaşında 
demək olar ki, qərb ölkələri Osmanlını çökdürmək üçün savaşa atıldılar, 


267
bu  zaman  Osmanlı  dövlətinin  vətəndaşları  sayılan  ermənilər  Rusiyanın 
dəstəyilə  silahlanaraq,  qoynunda  yaşadıqları  vətənlərinə  xain  çıxdılar. 
Osmanlı  dövlətinə  arxadan  xaincəsinə  zərbə  vurdular,  minlərlə  türk 
kəndləri yandırıldı, kütləvi şəkildə qoca, körpə, uşaq, qadın qətlə yetirildi, 
quyulara  dolduruldu,  sonra  onlar  bu  qırğınları  Güney  Azərbaycanında, 
Quzey Azərbaycanında  davam  etdirdilər.  O  zaman  Osmanlı  ön  cəbhədə 
ölüm-dirim  savaşında  idi,  ermənilər  isə  xaincəsinə  yüz  illərlə  suyunu 
dadıb, çörəyinə ortaq olmuş Türk millətinin kürəyinə bıçaq sapladı. Bəs 
görəsən, Osmanlı dövləti nə etməli idi? Ermənilərin başınımı tumarlamalı 
idi törətdikləri qətliamlara görə? Arxada viran qoyduqları kəndlərə görə… 
1915-ci il olaylarını istər Avropa Birliyi, istərsə də Roma Papası bizlərdən də 
yaxşı bilir. Məgər Avropa Birliyi bilmirmi, ermənilər yaxın keçmişimizdə 
Qarabağda  hansı  dəhşətləri  törədiblər?  Viran  etdikləri  Qarabağda  məhv 
olmuş  Xocalının  fəryadına  göz  yuman  Qərb  bu  gün  bizə  hansı  de-
mokratik  dəyərləri  diktə  edir?  İşğal  altında  olan  Qarabağ  torpağından 
didərgin düşmüş insanların fəryadına Avropa niyə susur? Ona görə ki, biz 
müsəlmanıq, bizim günahımız müsəlman olmağımızdadır, xristian qan da 
tökə bilər, torpaqları da işğal edə bilər, milyonlarla insanın haqqını tapda-
laya bilər, ona heç bir söz deyilə bilməz, çünki xristiandır! Mən şəxsən öz 
adımdan deyirəm ki, bu gün Qərbin etdikləri adamı bu qənaətə gəlməyə 
vadar edir. Görəsən, dini ibadət ocaqlarında İsa Həzrətlərinə iman gətirən, 
onun  şərəfinə  misilsiz  ayinlər  icra  edən  xristianlar  heç  düşünürlərmi, 
onların  bu  haqsız  əməlləri Allah  saydıqları,  sayğı  duyduqları  müqəddəs 
varlığa  necə  təsir  edir,  onlar  öz  çirkin  əməllərilə  Həzrəti  İsanı  yenidən 
çarmıxa çəkmirlərmi? Onun ruhunu incitmirlərmi? Heç bir dəfə olsa da 
bu barədə düşünüblərmi? Axı bizim bir insan olaraq dərk etdiyimizə görə 
Allah öz bəndələrinə eyni gözlə baxır, istəyirsən hansı dində olursan ol, 
deyilənlərə inansaq o dünyada insanın yaxşı-pis əməlləri sorğu-sual olu-
nacaq. 
Bir neçə gündə baş verən olaylardan belə nəticəyə gəlmək olar ki, Qərb 
üçün xristian dünyası və onun insanları var. 
XXI əsr texnika, mədəniyyət, inkişaf, super güclərin uğurları əsridir. 
Güman edirdik ki, daha dünyada qandondurucu dəhşətli müharibələr olmaz, 
insanlar mədəniləşmiş, axı insan insanı niyə öldürsün? Dünya belədir ki, 
hamımıza torpaq da, su da, yemək də çatar. Təəssüflər olsun ki, bu belə 
deyil, günahsız insanların qanını tökməkdən həzz alan cəlladlar hələ də 


268
dünyada  hökmranlıq  edir.  Əgər  keçən  əsrin  birinci  yarısında  Avropada 
yəhudilərə, türklərə qarşı kütləvi soyqırım törədilmişdisə, keçən əsrin so-
nunda  yenidən  Xocalıda  bütünlükdə  Qarabağda  türklərə,  müsəlmanlara 
qarşı  soyqırım  törədildi.  Balkanlarda  müsəlmanların  başına  gətirilən 
müsibətlər,  soyqırımlar,  bu  gün  də  o  soyqırımları  davam  edir,  İraqda, 
Yəməndə, Misirdə, Suriyada, Əfqanıstanda, Liviyada, Azərbaycanda! 
Bu gün Türkiyə Suriyada törədilən dəhşətlərdən baş götürüb qaçan yüz 
minlərlə qaçqına qucaq açıb, onların suyunu, çörəyini verir, tədrisini həyata 
keçirir. Belə bir xeyirxah missiya ilə məşğul olan bir dövləti soyqırımı ilə 
suçlamaq, ən azı Allahsızlıqdı, din adı altında Allahın özünü ələ salmaqdı!
Bu gün demokratiya adı altında cəmiyyətlərə, insanlığa, kişiliyə zidd 
olan  xəstə  təfəkkürlü  fərdlərin  əməllərinə  haqq  qazandırmaq,  onların 
haqlarını  müdafiə  etmək  Qərbdə  adət  halını  alıb,  belə  olmasaydı  kişini 
kişi ilə, qadını qadın ilə evləndirib, hələ onlara uşaq da icad etmək savab 
sayılmazdı. Hələ qədimlərdən belə utancverici əməllər, cəmiyyətə təlqin 
olunmazdı, əksinə, belələri qınanılardı, xəstə insanlar kimi dəyər verilərdi. 
Belələrinin  həyatını  önə  çıxarıb,  insanların  beynini  zəhərləmək  insan 
haqları sayılırmış, amma bu gün İraqda, Suriyada,Yəməndə, Azərbaycanın 
işğal altında olan ərazilərində baş verənlər insan haqları sayılmırmış. Bütün 
bunların bir səbəbi var, çünki bu ölkələrdə yaşayan insanların çoxu xris-
tian inanclı yox, müsəlman inanclıdır, deməli, bizim günahımız müsəlman 
olmağımızdadır.
Biz vəhşi xalq deyilik, baxmayaraq ki, erməni ilə müharibə aparmaq 
məcburiyyətindəyik,  30-40  min  erməninin  ad-soyadını  dəyişdirib  öz 
qoynumuzda bəsləyirik, onlar bizim aramızdadı, biz onları tanıyırıq, amma 
susuruq, çünki bizim xislətimizdə vəhşilik yoxdu. Hələ mən Azərbaycanda 
kütləvi şəkildə türklərə soyqırımı edən ermənilərin utanmadan Türkiyəyə axın 
etməsini demirəm. Ey insan haqları deyib bütün günü hay-haray salan Avropa, 
məgər sən bunları bilmirsənmi? Bilirsən, amma susursan. Belə olan halda sən 
İsa Həzrətlərinə də xain çıxırsan, çünki heç bir dində haqqı, ədaləti tapdalam-
aq yoxdu, sadəcə, dini kitablardan siyasətdə silah kimi istifadə edən bəndələr 
nə öz vicdanları, nə də Allah qarşısında cavab verə bilməyəcəklər.
Bir neçə kəlmə də Qərbə aşiq olub, öz keçmişinə, bugününə, dövlət-
çiliyinə,  vətəninə  arxa  çevirən  xarici  ölkələrdən  ciblərinə  dollar  axan 
həmvətənlərimə  deyəcəyim  var.  Əzizlərim,  candaşlarım,  soydaşlarım, 
qan qardaşlarım, bura VƏTƏNDİR, başıbəlalı, min bir yerə parçalanmış 


269
VƏTƏN! Bizim Qarabağ boyda sinə dağımız var, bizim Xocalı yaramız 
var, VƏTƏN adı gələndə biz bütün umu-küsüləri, inciklikləri unutmalıyıq, 
Azərbaycanımızın  sabahı  naminə!  Allah  Türk  millətini  qorusun,  ona 
arxa  olan  bütün  dindaşlarını  qorusun.  Dünya  bizi  eşitməkçün  biz  güclü 
olmalıyıq, bir olmalıyıq, nicat yolumuz birliyimizdədir, əks təqdirdə bizi 
təkləyib dənləyəcəklər…
Deyəcəklərim bu qədər, sağ olun, salamat qalın…
16.04.2015

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin