HİDROLOJİ SIRA VƏ ONUN STATİSTİK XARAKTERİSTİKASI
Müəyyən məqsəd üçün əldə olunmuş təsadüfi kəmiyyətlər toplusuna sıra deyilir. Bir çox hesablamalarda, o cümlədən hidroloji hesablamalarda sıranın statistik parametrlərindən (kəmiyyət göstəricilərindən) istifadə olunur.
Sıranı statistik cəhətdən səciyyələndirən əsas parametrlər kimi sıranın orta hesabi qiyməti -Qor, dəyişkənlik və ya variasiya əmsalı -Cv, asimmetriya əmsalı -Cs təyin edilir.
Dəyişkənlik əmsalı (Cv) statistik məlumatlar toplusunun hər bir həddinin dəyişkənliyini səciyyələndirən ölçüsüz parametrdir. Odur ki, bu parametr sıraya daxil olan müxtəlif ölçülü hədlərin müqayisəsi üçün əlverişli göstəricidir.
Fərz edək ki, orta illik sərflərə dair n sayda müşahidə məlumatların əsasında aşağıdakı hidroloji sıra mövcuddur: Q1, Q2, Q3 …Qn.
Sıranın orta hesabı qiyməti:
(3)
olacaqdır.
Sıranın istənilən Qi həddi modul əmsalları şəklində ifadə olunduqda dəyişkənlik əmsalı aşağıdakı düsturlarla təyin olunur:
n30 olduqda
(4)
n30 olduqda
(5)
Cv əmsalı müşahidə sırasındakı hədlərin dəyişkənlik dərəcəsini ifadə edir.
Statistik sıranı səciyyələndirən parametrlərdən biri də sıranın asimmetriya əmsalıdır (Cs). Asimmetriya əmsalı da ölçüsüz parametrdir və sıra hədlərinin orta hesabi qiymətinə (Qor) nisbətən paylanma formasını səciyyələndirir.
Sıra hədlərinin hər birinin onların orta hesabi qiymətlərindən müsbət və mənfi işarəli kənaraçıxma qiymətləri eyni sayda təkrar olunduqda sıra simmetrik, əks halda isə qeyri-simmetrik adlanır.
Nisbətən az müşahidə məlumatları olan hidroloji sıralar üçün asimmetriya əmsalı Cs(14)Cv kimi hesablana bilər. Cənubi Qafqaz çayları üçün isə Cs2Cv götürülməsi tövsiyyə olunur.
Dostları ilə paylaş: |